Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1628/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü; apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilmədikdə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə d air mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1512/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 63/099137 saylı kredit müqaviləsi üzrə 13.987,22 manat əsas borc, 1.096,77 manat faiz borcu, 7.661,97 manat cərimə olmaqla, cəmi 22.735,96 manat, iddia qaldırmaq üçün ödənilmiş 159,0 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə a lınması üçün ödənilmiş 135 manat dövlət rüsumu, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan İmişli rayonu, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,2634 ha torpaq sahəsinə və İmişli rayonu, Bəhrəməpə qəsəbəsində yerləşən 0.6316 ha torpaq sahəsinə yönəldilərək ipoteka predmetinin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra en geci bir ay ərzində vahid daşınmaz əmlak obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İmişli Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 3 may 2023-cü il tarixli, 2(036)102/2023 saylı qətnaməsi ilə iddia tələb i qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, 63/099137 saylı kredit müqaviləsi üzrə 13.987,22 manat əsas borc, 1.096,77 manat faiz və 200 manat cərimə, 294 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, İmişli rayonu, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 170,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,2634 ha torpaq sahəsinə və İmişli rayonu, Bəhrəməpə qəsəbəsində yerləşən 0.6316 ha torpaq sahəsinin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan İmişli rayonu, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsində yerləşən 170,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 55.000 manat, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,2634 ha torpaq sahəsinin hərracdan ilkin satış qiymətinin 11.500 manat, İmişli rayonu, Bəhrəməpə qəsəbəsində yerləşən 0.6316 ha torpaq sahəsinin hərracdan ilkin satış qiymətinin 6000 manat müəyyən edilməsi, Şahverdili kəndində yerləşən 0.26 ha torpaq sahəsində yerləşən 170.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh, X3, X5, X2, X6 və X1 bir ay müddətində həmin mənzildən çıxarılması qət edilmişdir
3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tale Kərimov) 2(106)-1512/2023 nömrəli, 5 sentyabr 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin İmişli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmamış, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Həmçinin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, q əbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.
6. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Çünki qanunun bu tələbinə əməl edilməməsi apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır.
7. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmamışdır. Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdə dövlət rüsumunu ödənilməsini təsdiq edən qəbz əlavə edilməsi qeyd edilsə də iş materiallarında həmin qəbz aşkar olunmamışdır.
8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının MPM-in 10-1.3, 363.1.5, 363.1.1, 363.1.2, 364.1, 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, ŞirvanApellyasiya MəhkəməsininMülkiKollegiyasının 05 sentyabr 2023-cü iltariхli 2(106)-1512/2023 nömrəli, 05 sentyabr 2023-cü il tariхli qərardadının ləğv edilməsi və işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıхarılmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti elektron qaydada imzalanmışdır. Odur ki, işin bu cür halında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada imzalandığından kağız daşıyıcıda olan imzaya bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
11. Apellyasiya instansiyası məhkəməsinin həmçinin apellyasiya şikayətinin elektron kabinet vasitəsi ilə verilməməsinə dair dəlilləri də əsassızdır.Belə ki, apellyasiya şikayəti əlbə-əl verilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir.
12. Göründüyü kimi, apellyasiya şikayəti üzrə dövlət rüsumu ödənildiyi və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verildiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin hallara aşkar şəkildə zidd və əsassız olaraq dövlət rüsumunun ödənilməməsinə, həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsinə əsaslanmaqla əsassız olaraq apellyasiya şikayətinin mümkün hesab edilməməsinə dair nəticəyə gəlmişdir.
13. Həmçinin apellyasiya şikayəti elektron qaydada imzalandığı haldı, apellyasiya şikayətinin əvvəlcə imzalanaraq sonra sistemə yerləşdirilməsinə dair əsassız nəticəyə gəlmişdir. Sənəd elektron qaydada imzalandıqda əvvəlcəimzalanıb sonra sistemə yerləşdirilmir. Elə sistemin özündə imzalanır və elektron imza elə bund an ibarətdir.
14. İmişli rayon Məhkəməsinin 2(036)- 102/2023 saylı, 03 may 2023-cü il tariхli qətnaməsindən verilən apellyasiya şikayəti üzrə 147 (əlavə ilə birlikdə 148 manat) manatməbləğində dövlət rüsumu ödənilmiş və apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsiilə verilmişdir.
15. Göründüyü kimi, apellyasiya şikayəti elektron qaydada imzalanmışdır. Odur ki, işin bu cür halında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada imzalandığından kağız daşıyıcıda olan imzaya bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
16. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti imzalandıqdan sonra elektron sistemə yerəlşdirilməli olmasına istinad etməsi də əsassızdır. Göstərilən хüsusat onu demə yə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi sənədin elektron qaydada imzalanmasının necə həyata keçirilməsi barədə düzgün məlumata malik deyildir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
19. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı nın Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
21. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
22. Maddə 361.1. Ap ellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir).
23. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.
24. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamı şdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 25. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya ins tansiyası məhkəməsinə göndərilir.
26. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
27. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
31. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Dövlət rüsumu haqqında” Qanun
33. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə ak tlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
35. Hazırki kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadının tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası mhəkməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya şikayəti cavabdeh tərəfindən imzalanmamış, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Həmçinin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin məlumatları ilə təsdiq edilir ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 102/2023 saylı, 03 may 2023-cü il tariхli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş və xx.xx.2023-cü il tarixində nümayəndəsi Vəkil tərəfindən elektron imza ilə imzalanmış və apellyasiya şikayəti verilərkən 147 manat dövlət rüsumu ödənilmişdir.Lakin apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamış, gəldiyi qənaətin hüquqi əsası kimi istinad etdiyi prosessual hüquq normalarını düzgün tətbiq etməyərək düzgün olmayan qərardad qəbul etmişdir.
39. Ona görə də Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2023-cü il tarixli 2(106)1512/2023 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2023-cü il tarixli 2(106)-1512/2023 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.