Məhkəmə qərarları › İş №2(102)-163/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-163/2025

15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-163/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında tələb etmə) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3368/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. PİC-104323/20 (RPA**********) saylı sığorta şəhadətnaməsinə əsasən sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 110.000 manat məbləğində zərərdən sığortalanmışdır.

2. LPA-********** saylı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsinə görə sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.20 21-ci il tarixədək sığortalanmışdır.

3. Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işləmişdir. Həmin müddətdə - xx.xx.2020-ci il tarixdə MMC-nin satış sahəsində qaz sızmasından partlayış baş vermişdir. Hadisə ilə bağlı cinayət işi başlanmış, müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin, “Qazdan istifadə qaydaları”nın, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın və “Qaz təsərrüfatında texniki-təhlükəsizlik qaydaları”nın tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, st andartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-nin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən, həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borusunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində satış sahəsində olan X3 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsiri ilə alışması səbəbindən baş vermiş partlayış zamanı X3 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70-75%-ni əhatə edən İİ-İİİ dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq xx.xx.2020-ci il tarixdə saat 07:30-da müalicə olundu ğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X1 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən "xxxx" MMC-yə 204.000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da, Cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur.

4. Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 01 il müddətinə müəyyən vəzifə tutma q və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir.

5. Həmin cinayət işi üzrə apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-93/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102) 1848/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. 6. "xxxx" MMC-nin direktoru H.H.Abbasov xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə ərizə ünvanlayaraq "xxxx" MMC-də qaz sızması nəticəsində baş vermiş partlayışla əlaqədar dəym iş zərərə görə sığorta ödənişinin edilməsini xahiş etmişdir. 7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində baş vermiş qaz partlayışı nəticəsində PİC 104323/20 saylı sığorta şəhadətnaməsi ilə nəzərdə tutulan sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinə dəymiş zərərlə əlaqədar sığorta ödənişinin məbləği 107500 manat təşkil edir. 8. #001XOH********** saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC "xxxx" MMC-yə 32250 manat məbləğində sığorta ödənişi, #001AZ**********8 saylı, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığında əsasən isə "xxxx" ASC "xxxx" MMC-yə 75250 manat sığorta ödənişi etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat

9. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faydalanan şəxsin hesabına köçürülmüş sığorta ödənişi əvəzində 107500 manat məbləğində vəsaitin, 397,50 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməmiş, baş vermiş partlayış nəticəsində "xxxx" MMC və "xxxx" MMC-yə (bundan sonra "xxxx" MMC) məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə zərər dəymişdir. Hadisə üzrə xx.xx.2021-ci il tarixdə FHN-nin tərtib etdiyi 10/3722 saylı ekspert rəyinə, eyni zamanda Abşeron Rayon Məhkəməsinin l(012)-33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmədkdə təqsirli bilinmişdir. Sığortalı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi qarşı yazılı etiraz ərizəsi göndərmiş, iddiaçıya həyata keçirdiyi ödənişlərin nəzərə alınmasını xahiş etmişdir.

11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilir ki, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(012)-33/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündə sübut qismində istinad edilmiş xx.xx.2021-ci il tarixli, 10/3725 nömrəli ekspertiza rəyində göstərilir ki, "xxxx" MMC-yə məxsus satış-ofis sahəsində partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Yəni, daşınmaz əmlakın icbari sığortası haqqında xx.xx.2020-ci il tarixdə müqavilə bağlananda "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xətti yararsız vəziyyətdə olmuşdur. Hazırkı vəziyyətdə "xxxx" MMC-yə onun direktoru Cavabdeh tərəfindən vurulan ziyanla bağlı məsələ “İcbari sığortalar haqqında ” Qanunla deyil, Əmək Məcəlləsi ilə tənzimlənməlidir. "xxxx" ASC məhkəmədə cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyil. Sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə iki icbari sığorta şəhadətnaməsi tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmişdir. Onlardan birincisi RPA********** nömrəli, seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndən görünür ki, sığortalı "xxxx" MMC 157,87 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini 110.000 manat sığorta məbləği ödənilməsi şərtilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığo rtaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Digər LPA********** nömrəli, blank seriyası “SA”, nömrəsi 115970 olan “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsi”ndən isə görünür ki, sığortalı "xxxx" MMC 30 manat sığorta haqqı ödəməklə, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsini xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortaçı "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Lakin bu şəhadətnamədə sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləği göstərilməmişdir. Əlbəttə, icbari sığorta müqaviləsinin bağlanması üçün bu barədə sığortalı sığortaçıya rəsmi yazılı formada müraciət etməlidir. Mülki işdə olan icbari sığorta müqaviləsinin bağlanmasına dair sığortaçı "xxxx" ASC-nin firma blankında xx.xx.2019-cu il tarixdə C-PİC-0461/9 nömrəli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasiya” tərtib edilsə də, 15 gün müddətində qüvvədə olan bu təklif sığortalı "xxxx" MMC tərəfindən nə imzalanmamış, nə də möhürlə təsdiq edilməmişdir. İcbari sığorta müqaviləsinin bağlanmasına dair sığortaçı "xxxx" ASC-nin firma blankında C-PİC-0461/9 nömrəli “Daşınmaz əmlakın icbari sığortası üzrə kvotasiya”nın xx.xx.2019-cu il tarixdə tərtib edilməsindən 15 gün müddətində xx.xx.2020-ci il tarixdə başa çatması nəzərə alınsa, onda xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilməsi yuxarıda qeyd edilən iki icbari sığorta şəhadətnaməsinin artıq heç bir hüquqi qüvvəsinin olmadığı diqqətdən yayınmamalıdır. Çünki, icbari sı ğorta müqaviləsinin bağlanmasına dair təklifin müddəti xx.xx.2020-ci il tarixdə başa çatandan sonra sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilərək, imzalanıb möhürlə təsdiq edilmiş adıçəkilən iki icbari sığorta şəhadətnaməsi sığortalı "xxxx" MMC üçün hər hansı formada hüquqi nəticə yarada bilməzdi. Belə vəziyyətdə yuxarıda göstərilən daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrindən heç biri sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd qismində qəbul edilə bilməz. Bundan başqa, sığorta hadisəsi barədə məlumatı və sığorta ödənişlərinin məbləğinin hesablanmasını özündə əks etdirən xx.xx.2023-cü il tarixli “Sığorta aktı” sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Ümumiyyətlə, sığorta ödənişinin həyata keçrilməsinə hüquqi əsas yaradan bu vacib sənədin kim tərəfindən tərtib edilməsi də naməlum qalmış və o, sığortaçı "xxxx" ASC-də qeydiyyata alınmamışdır. Həmçinin, “Sığorta aktı”nda istinad edilən PİC-104323/20 nömrəli sığorta şəhadətnaməsi sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC barəsində tərtib etdiyi daşınmaz əmlakının icbari sığortasına dair iki icbari sığorta şəhadətnaməsinin heç birinə uyğun deyildir və tamamilə başqa bir sığorta şəhadətnaməsi ilə bağlı tərtib edilmişdir. Bununla da, xx.xx.2023-cü il tarixli “Sığorta aktı”nda sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında icbari sığorta münasibətlərini tənzimləməyən sənədə istinad edilmişdir. Bu halda iddiaçı "xxxx" AS C tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Sığorta aktı” sığorta ödənişinin yerinə yetirilməsinə əsas olan sənəd qismində qəbul edilə bilməz və mötəbər sübut sayıla bilməz. Ən nəhayət sığorta müqaviləsi yazılı olaraq, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən оna sığorta şəhadətnaməsinin verilməsi yоlu ilə bağlanır. Sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyriyaşayış sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə tərtib edilib imzalanmış və möhürlə təsdiq edilmiş iki icbari sığorta şəhadətnaməsinin heç birində sığortalanan risklər, о cümlədən, qaz partlayışı, kоnkret оlaraq sadalanmamış, оnların məbləğləri göstərilməmişdir. RPA********** nömrə li, blank seriyası “BB”, nömrəsi 104323 olan “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi”ndə sığortalı "xxxx" MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sığorta məbləğinin 110.000 manat оlması göstərilsə də, bu məbləği hansı növ sığorta riskinə görə ödənilməli оlması qeyri-müəyyən qalmışdır. Bu halda adıçəkilən icbari sığоrta şəhadətnaməsi üzrə sığоrta ödənişi aparılmış оlsaydı, о qanuni sayıla bilməzdi.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbi təmin edilməmişdir.

13. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə müqavilənin bağlanması anında "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xəttinin yararsız vəziyyətdə olması halı, cavabdeh bu barədə sübut təqdim etmədiyindən, öz təsdiqini tapmamışdır.

14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müqavilənin şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, "xxxx" ASC-nin ziyanına (əleyhinə) təfsir edildiyindən sığorta şəhadətnamələrində qeyri-yaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləğinin göstərilməməsi, sığortalanan risklərin, о cümlədən, qaz partlayışının kоnkret оlaraq sadalanmaması, “Sığorta aktı”nın sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmaması, möhürlə təsdiq edilməməsi, "xxxx" ASC-ni dəymiş zərəri ödəmək öhdəliyindən azad etmədiyindən, sığortalı "xxxx" MMC-nin ziyanına (əleyhinə) təfsir оlunmamışdır. PİC-104323/20 RPA**********) saylı sığorta və LPA-********** saylı daşınmaz əmlakın istism arı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnamələr tərtib edildikdən sоnra sığortalı "xxxx" MMC həmin sənədləri mübahisələndirməmiş, əksinə sığоrta hadisəsi baş verdikdən sоnra müvafiq sığоrta ödənişinin edilməsi üçün sığortaçıya müraciət etmiş, sоnuncu da sığorta münasibətlərinin mövcudluğunu mübahisələndirmədən, sığоrtaçı оlaraq sığоrta ödənişi etmək öhdəliyini icra etmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.2 və 936.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2 və 49.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin faktiki hallarına, habelə sübutlara uyğun yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.

17. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun olaraq onunla əsaslandırılmışdır ki, partlayış nəticəsində daşınmaz sığortalı əmlaka dəymiş zərər müvafiq qaydada qiymətləndirilmiş, iddiaçı tərəfindən qarşılanmış və nəticədə, "xxxx" ASC zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna sahib olmuşdur. Beləliklə, məhkəmə "mülki məsuliyyətin icbari sığortası" ilə "daşınmaz əmlakın icbari sığortası" üzrə tətbiq olunan hüquq normalarını pozmuş və gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3368/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və M.A.Məmm ədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməsi və Cavabdeh 107500 manat məbləğində sığorta ödənişi əvəzi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 397,50 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidməti və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 199 manat olmaqla cəmi 108.096,9 manat pulun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

19. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, işin mübahisəli halı xx.xx.2023-cü il tarixdə 107500 manat məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilməsinə baxmayaraq, cavabdehin həmin məbləği ödəməməsi və "xxxx" ASC tərəfindən ödənilmiş 107500 manat məbləğində vəsaitin Cavabdeh tərəfindən geri qaytarılmalı olması, eləcə də cavabdehin iddiaya etirazında göstərdiyi kimi, "xxxx" ASC məhkəmədə Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamasıdır.

20. Birinci instansiya məhkəməsi iddiaya etirazın dəlili kimi xx.xx.2020-ci il tarixdə müqavilənin bağlanması anında "xxxx" MMC-ni təbii qazla təmin edən qaz xəttinin yararsız vəziyyətdə olması halı təsdiq edilməməsinə dair düzgün hüquqi nəticəyə gəlsə də, müqavilənin şərtləri təfsir edilərkən etirazda cavabdehin nöqsan kimi saydığı sadaladığı digər bütün qeyri-müəyyənliklərlə razılaşmasında səhvə yol vermişdir.

21. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" ASC-nin ziyanına (əleyhinə) təfsir edildiyindən sığorta şəhadətnamələrində qeyri-yaşayış s ahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləğinin göstərilməməsi, sığortalanan risklərin, o cümlədən qaz partlayışının konkret olaraq sadalanmaması, “Sığorta aktı”nın sığortaçı "xxxx" ASC-nin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmaması, möhürlə təsdiq edilməməsi ilə razılaşmış və bu halların "xxxx" ASC-ni dəymiş zərəri ödəmək öhdəliyindən azad etmədiyindən, sığortalı "xxxx" MMC-nin ziyanına (əleyhinə) təfsir olunmaması, PİC-104323/20 (RPA**********) saylı sığorta və LPA********** saylı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnamələri tərtib edildikdən sonra sığortalı "xxxx" MMC həmin sənədləri mübahisələndirməməsi, əksinə sığorta hadisəsi baş verdikdən sonra müvafiq sığorta ödənişinin edilməsi üçün sığortaçıya müraciəti əsasında sonuncunun da sığorta münasibətlərinin mövcudluğunu mübahisələndirmədən, sığortaçı olaraq sığorta ödənişi etmək öhdəliyini icra etməsinə istinad etməklə sığortaçının sığorta olunandan subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququnun ümumiyyətlə yaranmaması əsası ilə iddianı rədd etsə də, nəzərə almamışdır ki, məhkəmənin şəhadətnamələrin tərtibi və təsdiqi zamanı qeyd etdiyi nöqsanların mövcudluğu halında belə faktiki olaraq cavabdeh sözügedən müqavilələrin qanuniliyini mübahisələndirməməklə onları bəyənmiş və hüquqi qüvvəyə malik olduğu üçün icra edilməsinə etiraz etməmiş, əksinə özü iddiaçıya məhz bu şəhadətnamələr əsasında qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi üçün ərizə ilə iddiaçıya müraciət etmişdir.

22. Həmçinin məhkəmə müəyyən etmişdi r ki, sığorta şəhadətnamələrində qeyriyaşayış sahəsinə vurulan zərərə görə ödəniləcək sığorta məbləğinin göstərilməməsi halı olmamış, əksinə məzmundan bu məbləğlərin konkret göstərilməsi müəyyən edilmiş, sığortalanan risklərin, o cümlədən qaz partlayışının konkret olaraq sadalanmamasına baxmayaraq "xxxx" ASC baş vermiş hadisəni sığorta hadisəsi kimi qəbul etmişdir.

23. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, “Sığorta aktı”nın sığortaçı "xxxx" ASCnin İdarə heyətinin üzvü A.R.Ömərova tərəfindən imzalanmaması, möhürlə təsdiq edilməməsi iş materiallarından göründüyü kimi, həmin sənədin elektron formada tərtib edilməsi ilə əlaqədar olmuşdur.

24. Məhkəmə hesab etmişdir ki, müqavilənin elektron qaydada bağlandığı üçün göstərilən formada olması qanuna zidd olmamışdır.

25. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, cavabdehin iddiaya etirazında qeyd edilən daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrindən heç biri sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd qismində qəbul edilə bilməməsini göstərməsinin dəlilinin əsassızlığı və ağlabatan mühakiməyə uyğun olmaması onun həmin şəhadətnamələri imzalaması, onlarla tanış olduqdan sonra qanuniliyini mübahisələndirməməsi, həmçinin də xx.xx.2020-ci ildə "xxxx" MMC-nin direktoru kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etməsi ilə təsdiq edilir.

26. Məhkəmə əlavə olaraq vurğulamışdır ki, "xxxx" MMC-nin direktoru kimi Abşeron rayo nu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edərək sonradan sonuncu tərəfindən sığorta ödənişinin MMC tərəfindən qəbul edilməsinə etiraz etmədiyi halda, hazırda iddiaçının qaldırdığı iddianın əsassızlığı ilə bağlı etirazında göstərilənlər onun mülki məsuliyyətdən yayınması kimi qiymətləndirilir və onun bu hərəkətləri mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmasına dair mülki qanunverijilikdə təsbit edilmiş prinsiplərinə ziddir.

27. Beləliklə, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Çünki hadisə zamanı cavabdehin təqsiri sübuta yetirilmiş və iddiaçı tərəfindən hadisə nəticəsində dəymiş zərərin əvəzi ödənilmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sözügedən mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 419.2-ci maddəsini düzgün tətbiq etməməklə, eləcə də iddianın rədd edilməsinin əsası kimi iddiaçının məhkəmədə Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmaması əsası ilə rədd etməklə səhvə yol vermişdir.

29. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 49.2 və 25.1.2-ci maddələrini tətbiq etməkdə səhvə yol vermişdir.

30. Belə ki, "xxxx" MMC-yə onun direktoru Cavabdeh tərəfindən vurulan ziyanla bağlı məsələ “İcbari sığortalar haqqında” Qanunla deyil, Əmək Məcəlləsi ilə tənzimlənməlidir. Başqa sözlə, mülkiyyətçi ilə əmək münasibətləri əsasında fəaliyyət göstərən cavabdehin özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyanla bağlı məsələləri Əmək Məcəllənin normalarında həllini tapmışdır.

31. Məhkəmə Əmək Məcəlləsinin (10-cu maddəsinin “ç” yarımbəndi, 191-ci maddəsinin 1-ci hissəsi, 193-cü maddəsinin 1-ci və 2-ci hissələri və 194-cü maddəsi) 199cu maddəsinin tələblərinə («c» bəndi) əsasən hesab etmişdir ki, Cavabdeh Hüseyn oğlu "xxxx" MMC-nin işçisi (direktoru) kimi cinayət qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olması təsdiq olunduğuna görə 107500 manat məbləğində sığorta ödənişi əvəzi ondan tutul malıdır.

32. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmamış, baş vermiş yanğın hadisəsi zamanı cavabdehin təqsirinin olduğu halda cavabdehin iddiaçının sübyektiv hüquqa malik olmamasına dair əsassız dəlilərinə istinad etməklə və iş materiallarında sübutları sadalamaqla kifayətlənərək, iddianın əsaslı olmasına dair təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur. Cavabdehin iddiaya olan etirazın əsası kimi istinad edilən hallar onu baş vermiş hadisədə təqsirinin olmasına dair yuxarıda sadalanan məhkəmə aktları və digər sübutlarla təkzib edilmişdir.

34. İddiaçı tərəfindən tələb edilən subroqasiya məbləğin qismində vəsaitə münasibətd ə məhkəmə qeyd etmişdir ki, Abşeron rayonu, Mehdibad qəsəbəsi, Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsinə dəyən zərər qiymətləndirilmiş “Əmlakın qiymətləndirilməsinə dair rəy”ə əsasən 145882 manat məbləğində müəyyən edilmişdir. 35. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən 107500 manat məbləğində sığorta ödənişinin pay nisbətinə uyğun olaraq 75250 manat məbləğində hissəsi "xxxx" MMC-nin təqdim etdiyi hesaba, digər hissəsi yəni, 32250 manat məbləğində sığorta ödənişi isə digər payçı "xxxx" MMC-nin təqdim etdiyi hesaba köçürülmüşdür (sığorta məbləği 110000 manat olmaqla, 2500 manat məbləğində azadolma tətbiq olunmuşdur).

36. Bundan başqa, iş materiallarında dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün qeyd olunan əmlakın qiymətləndirilməsinə dair rəyi şübhə altı na alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası həmin ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, rəydə göstərilənlərin işin faktiki hallarına uyğun gəlir. Dəymiş zərərin məbləği 145882 manat müəyyən edilsə də, iddia tələbi üzrə vurulan zərərin sığorta ödənişi miqdarı əvəzi 107500 manat müəyyən edilməlidir.

37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 191, 193, 194, 199 və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.4, 25.2, 35.1, 36.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi etirazın dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

42. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığ orta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

43. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. əvəzinin ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi

44. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

45. Maddə

191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

46. Maddə

193. İşəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə məsuliyyət

1. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır.

2. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.

47. Maddə

194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

48. Maddə

199. İşçinin tam maddi məsuliyyəti … c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllə rin əlamətləri olduqda; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

49. Maddə 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsinəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.

50. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməs i, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

51. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digərhadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

52. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapan ma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə

936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfi ndən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kas sasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə qarşı irəli sürdüyü dəlillərlə eynidir və apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrar lamağa lüzum qalmır.

65. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

66. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

67. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndinə görə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gə lən ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.

68. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə h adisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.

69. Buna görə də Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum olunması haqqında Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində indi baxılan mülki iş üzrə məcburidir.

70. Odur ki, kassatorun hadisənin baş verməsində təqsirliyinin olmaması (qaz xəttinin sığorta müqaviləsi bağlanan zaman yararsız olması və s), o cümlədən MMC-nin direktoru kimi məsuliyyət daşımadığı barədə dəlilləri hazırki iş üzrə yoxlanıla bilməz.

71. Bundan başqa, Mülki Məcəllənin 49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

72. Hüquqi şəxsə vurul muş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir (MM 49.5-ci maddəsi).

73. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

75. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3368/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar