Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1631/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10766/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin (hakim Əşir Səmədov) 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1, Cavabdeh2 müştərək qaydada 2857,13 ABŞ dolları əsas, 583,58 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 3490,71 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Abiddin Hüseynov) 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması t ələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "İddiaçı” ASC-nin xeyrinə 13.10.2015-ci il tarixli 125.LN.2102.131015.00001 saylı kredit müqaviləsi üzrə 2857,13 ABŞ dolları əsas, 583,58 ABŞ dolları faiz və 79,53 ABŞ dolları cərimə olmaqla, cəmi 3520,24 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 13.05.2015-ci il tarixli 125.LN.2102.131015.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfındən 24 ay müddətinə illik 23 faizlə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. 15.01.2016-cı il tarixində əlavə razılığa əsasən əsas borc üzrə gecikmədə olan 73,36 ABŞ dollar ı məbləğində kredit restrukturizasiya edilib və 0,09 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 3218,05 ABŞ dolları təşkil edib. 16.06.2016-cı il tarixdə əlavə razılığa əsasən əsas borc üzrə gecikmədə olan 191,65 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilib və 78,81 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 3078,85 ABŞ dolları təşkil edib. Kredit müqaviləsinə əsasən 13.10.2015-ci il tarixdən 13.10.2017-ci il tarixədək Banka əsas məbləğ üzrə borc 3578,90 ABŞ dolları müəyyən olunmuşdur. Kredit mıiqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik miiqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozar aq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 29 Sentyabr 2017-ci il tarixə Cavabdeh1 banka 13.10.2015-ci il tarixli 125.LN.2102.131015.00001 saylı kredit müqaviləsi üzrə 2857,13 ABŞ dolları əsas, 583,58 ABŞ dolları faiz və 79,53 ABŞ dolları cərimə olmaqla, cəmi 3520,24 ABŞ dolları borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu i lə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə onun təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətini əsassız olaraq rədd etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.10.2015-ci il tarixli 1 25.LN.2102.131015.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 23 faizlə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. 13.10.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanması, vəsaitin verilməsi, borcluların müqavilə öhdəliklərinə riayət etməməsi işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz s axlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən onun banka borcu yaranmış və bank hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada 2857,13 ABŞ dolla rı əsas, 583,58 ABŞ dolları faiz və 50 ABŞ dolları borcun tutulmasını qət etmişdir. Qətnamədən apellyasiya şikayət verən cavabdeh - borclu Cavabdeh1 qətnaməni əsas və faiz borcu hissəsdə mübahisələndirmişdir. İddiaçı və digər cavabdeh – zamin qətnamədən şikayət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə əsas borcun və faiz məbləğinin artıq hesablanması ilə bağlı cavabdehin dəlili ilə bağlı qeyd etmişdir ki, sənədlərdə cavabdehin etmiş olduğu ödənişlər hamısı öz təsdiqini tapmışdır. İş üzrə mühasibatlıq ekspertizası keçirilmiş, borcun məbləği müəyyən edilmiş, məhkəmə həmin rəyə istinad etməklə qərar qəbul etmişdir. Cavabdeh iş üzrə təkrar ekspertiza keçirilməsini tələb etmiş, lakin təkrar ekspetizanın keçirilməsinə əsas ola biləcək heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi üçün ilkin ekspertizanın gəldiyi nəticələri şübhə altına alan hallar aşkar edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərəfindən cavabdehin ödənişlərinin düzgün silinməsi (müqavilə şərtlərinə uyğun) öz təsdiqini tapmışdır. Cavabdehə hər hansı bir məbləğin artıq hesablanması öz təsdiqini tapmamışdır. Ona görə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə cavabdehin apellyasiya şikayətində qoyduğu tələbi əsassızdır. Bundan başqa cavabdeh maddi vəziyyəti çətin olduğu üçün ödəniş etmək iqtidarında olmadığını bildirmişdir. Cavabdehin həmin dəlili hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağ ıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi cavabdehdən tutulacaq faiz borcunun və ümumi borcun tutulması hissədə dəyişdirilməli, cavabdehdən tutulacaq faiz borcunun məbləği 293,55 ABŞ dolları, ümumi borcun məbləği 3200,68 ABŞ dolları müəyyən edilməli, qətnamə Cavabdeh1 kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun və cərimə borcunun tutulması hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb edilən cərimə borcunu 50 ABŞ dollarına azaltmışdır. Həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək d əbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır İşdə olan 7207 nömrəli, 03.04.2018-ci il tarixli ekspertiza rəyindən görünür ki, 13.10.2015-ci tarixli 125.LN.2102.131015.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 29.09.2017-ci il tarixə 2958,52 ABŞ dolları əsas, 293,55 ABŞ dolları faiz borcu vardır. Ekspert rəyi ilə əsas borcun məbləği 2958,52 ABŞ dolları müəyyən edilsə də məhkəmə əsas borca münasibətdə haqlı olaraq iddiaçının tələb etdiyi həcmdə, yəni 2857,13 ABŞ dolları məbləğində əsas borcun tutulmasını qət etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim irəli sürülmüş tələblər əsasında işə baxır. Məhkəmə faiz borcunun tutulması hissədə düzgün nəticəyə gəlməmiş, bu hissə də məhkəmə ekspert rəyinə qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi bu halı diqqətdən qaçırmış, bu barədə apellyasiya şikayətinin dəlilinə qiymət verərkən birinci instansiya məhkəməsinin ekspert rəyinə uyğun qərar qəbul etməsini göstərmişdir. Halbuki işdən göründüyü kimi, faiz borcunun məbləği ekspert rəyi ilə 293,55 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə həmin rəyin faiz borcu ilə bağlı hissəsinə hüquqi qiymət verməyərək iddiaçının tələb etdiyi həcmdə, yəni 583,58 ABŞ dolları faiz borcunun cavabdehlərdən tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halı diqqətdən qaçırmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcunun tutulması hissədə dəyişdirilərək cavabdehlərdən tutulacaq faiz borcunun məbləğ i 293,55 ABŞ dolları müəyyən edilməli, faiz borcu dəyişdirildiyindən tutulacaq ümumi borcun məbləği də ona uyğun olaraq dəyişməli və 3200,68 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10421/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faiz borcunun və ümumi borcun tutulması hissələrdə dəyişdir ilsin və faiz borcunun məbləği 293,55 ABŞ dolları, ümumi borcun məbləği 3200,68 ABŞ dolları müəyyən edilsin. Qətnamə Cavabdeh1 kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1631/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1631/2019
15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver