Məhkəmə qərarları › İş №2(102)-1631/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1631/2020

12.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1631/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh vəkili Ağayev Mənsi Zülfi oğlu və nümayəndəsi X1 iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı yük avtomobilinin və dəymiş ziyan tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Əhmədova, iş 2(002)-1608/2019)iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus “Shaqman “SX 32** DM ***” markalı **-JT-*** dövlət qeydiyyatı nömrə nişanlı yük avtomobilinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qətnamə si ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev, iş № 2(103)-12788/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Ağayev Mənsi Zülfi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı MMC-nin nümayəndəsi X2 izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 30.07.2019-cu il tarixli, 01668312-1219 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məktubuna görə, “Shacman” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, ünvan 1 ünvanında, mənzil 33-də qeydiyyatda olan İddiaçı MMC-nin adına gömrük vəsiqəsi əsasında 14.05.2012-ci il tarixdən qeydiyyatdadır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4398/2017 saylı 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Mə rkəzi” MMCniin İddiaçı MMC-nin mülkiyyətində olan “Shaqman SX3251 DM384” markalı **-JT*** dövlət nömrə nişanlı yük avtomobilin satılması barədə açıq hərracın nəticələri haqqında 08.05.2017-ci tarixli 27/01 saylı protokolu etibarsız hesab edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2963\2018 saylı 18.03.2018-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4398/2017 saylı 02 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.04.2018-ci il tarixli məktubuna görə, müvafiq Hərrac Mərkəzi tərəfindən Ədliyyə Nazirliyi Nərimanov rayonu İcra və Probasiya şöbəsinə 27\01 saylı,08.05.2017-ci il tarixli tərtib edilmiş protokolun etibarsz hesab edilməsi barədə məlumat verilmişdir. 27/01 nömrəli hərrac təşkilatının açıq hərracın nəticələri haqqında proto koluna görə, “xxxx” MMC-yə məxsus “Shacman SX32** DM ***” markalı **-JT-*** dövlət nömrə nişanlı minik avtomobili əmlakın tam dəyəri və ya onun faizi 12 000 manat məbləğində müəyyən edilmişdir. Qalib alıcı qismində Cavabdeh qeyd olunmuşdur. İddiaçı MMC-nin 21 iyun 2019-cu il tarixli arayışına görə, 90- JT-023 dövlət nömrə nişanlı Shacman markalı avtomobil 2016-cı ilin yanvar ayından dəyəri 35630 AZN olmaqla İddiaçı MMC-nin balansında olması göstərilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsini tərəfindən Səbail rayon məhkəməsinə ünvanlanmış 17 aprel 2018-ci il tarixli, 4837-1\04 nömrəli məktubuna görə, Səbail rayon məhkəməsinin 2-1(86)-1384\2016 nömrəli, 08 noyabr 2016-ci il tarixli icra sənədi üzrə üzərinə həbs qoyulmuş “Shacman SX32** DM ***” markalı **-JT-*** dövlət nömrə nişanlı av tomobil açıq hərracda satılaraq, tələbin tam təmin olunduğu, tələbkarın nümayəndəsinin icraya xitam verilməsi barədə ərizəsini şöbəyə təqdim etmiş, bu səbəbdən qəbul edilmiş 16.06.2017-ci il tarixli qərarla icra icraatına xitam verilmiş və Səbail rayon məhkəməsi tərəfindən verilmiş 2-1(86)-1384\2016 nömrəli, 08.11.2016-cı il tarixli icra sənədinin qaytarıldığını, sonradan borclu təşkilatın şikayəti əsasında hərracın nəticələrinin ləğv edildiyini, bu səbəbdən icra sənədinin icrasının davam etdirilməsindən ötrü Səbail rayon Məhkəməsinin 2-1(86)-1384\2016 nömrəli, 08.11.2016-cı il tarixli icra sənədinin yenidən icraya yönəldilməsindən ötrü göstəriş verilməsi xahiş olunmuşdur. 14 yanvar 2016-cı il tarixli icarə müqaviləsinə görə, İddiaçı MMC ilə “xxxx” MMC arasında icarə müqaviləsi bağlanmış v ə müqaviləyə əsasən icarəyə verən “Shaqman” markalı ** JT *** markalı dövlət qeydiyyat nömrəli texnikanı saz vəziyyətdə icarəyə verənə icarə haqqı 1 ayı 3500 manat məbləğində müəyyən edilməklə təhvil verməyi öhdəsinə götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-cimaddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhk əmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar