Məhkəmə qərarları › İş №2(102)-1631/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1631/2023

01.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1631/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:gediş-gəliş yolunun açılması 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)907/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 01 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 19 mart 2020-ci il tarixli Çıxarışa əsasən Oğuz rayonu, Qumlaq kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və dörd nəfər ailə üzvlərinin adlarına qeydə alınışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu, Qumlaq kəndində yerləşən, 19 mart 2020-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 0,11 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Oğuz rayonu, Qumlaq kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi 1992-ci ildə onun və ailə üzvlərinin istifadəsinə verilmişdir və həmin vaxtdan indiyədək onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına mülkiyyət hüququna dair 19 mart 2020-ci il tarixli Çıxarış verilmişdir. Bir neçə ay əvvəl həyətyanı torpaq sahəsinə gedərkən 30 il istifadə etdiyi yolun qazılaraq bağlandığının şahidi olmuş və bu məsələ ilə maraqlandıqda yolun Cavabdeh1 tərəfindən qazıldığı məlum olmuşdur. O, bununla bağlı Cavabdeh1 müraciət etdikdə həmin şəxs yolun onun evinin qarşısından keçdiyini, yoldan avtomobil keçən zaman toz olduğunu deyərək bu səbəbdən yolu bağladığını və açmayacağını bildirmişdir. Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olmaqla, xeyli vaxtdır ki, mübahisəli ərazidə ev tikərək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Bundan sonra o, həmin məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Onun müraciətlərinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilən yolun yerləşdiyi ərazi bələdiyyənin ərazisi olmaqla, həmin yoldan ondan başqa digər kənd sakinləri də istifadə edirlər. Cavabdeh yolu açmadığına görə o, məhkəməyə müraciət etməli olmuşdur. Sonradan iddiaçı, məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Oğuz rayonu, Qumlaq kənd sakini Cavabdeh2 yolun digər hissəsindən öz həyətinə qaz xətti çəkdirərək yolu Cavabdeh1 bağladığı yerdən müəyyən məsafədə, başqa ərazidən bağlamışdır. Ona görə də Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini, xüsusi mülkiyyətində olan 0,11 ha həyətyanı torpaq sahəsinə avtomobil və piyada üçün gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti əsasında Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilmişdir. Həmçinin həmin məhkəmənin 03 mart 2022-ci il tarixli qərardadları ilə X və X İstehsalat Birliyi də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi X məhkəmə iclasında mütəxəss is rəyini və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planını məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçıya məxsus 0,11 ha həyətyanı torpaq sahəsində onun qeyd etdiyi ərazidən sənəd üzrə gediş-gəliş yolu mövcud deyil. İddiaçının iddia etdiyi gediş-gəliş yolunun kiçik bir hissəsi 10-15 il bundan əvvəl təbii qazın nəqli üçün quraşdırılmış xətt- qaz borusu kəmərinə görə bağlanmışdır. İddiaçıya və ailə üzvlərinə məxsus 0,11 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu iddiaçının qeyd etdiyi ərazidən tamamilə fərqli bir ərazidə yerləşir və hazırda da o, həmin yoldan istifadə edir. Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olsa da, faktiki olaraq ailə üzvlə ri ilə birlikdə Oğuz rayonu, Qumlaq kəndində yaşayır. İddiaçının yol açılmasını tələb etdiyi ərazi bələdiyyə mülkiyyətinə aiddir və həmin ərazidə yol mövcud deyil. Cavabdeh1 əvvəllər mövcud olmuş hər hansı yolu bağlamamışdır. Ona görə də iddiaçının Cavabdeh1 qarşı hazırki iddia tələbini əsassız hesab edir və qeyd olunanların nəzərə alınmaqla, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X sədri X1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Oğuz rayonu, Qumlaq kəndi ərazisində yerləşən, iddiaçının yol açılmasını tələb etdiyi ərazi bələdiyyə mülkiyyətinə aid olan ərazidir. Həmin ərazidən müəyyən vaxtlarda gediş-gəliş yolu kimi istifadə olunub. Ancaq iddiaçının mülkiyyətində olan 0,11 ha həyətyanı torpaq sahəsinə onun iddia etdiyi ərazidən heç vaxt sənəd üzrə gediş-gəliş yolu olmayıb. Qeyd olunanları nəzərə almaqla, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(054)-73/2022 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) iddia rədd edilmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının göstərdiyi ərazidə sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığından, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,11 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə mövcud olan gediş-gəliş yolunun isə cavabdehlər tərəfindən qeyri-qanuni olaraq bağlandığı sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının iddia t ələbinin əsası kimi istinad edərək naturada göstərdiyi ərazidə sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığı, qeyd olunan torpaq sahəsinə sənəd üzrə olan gediş-gəliş yolunun iddiaçının qeyd etdiyi ərazidən tamamilə fərqli bir ərazidə yerləşdiyi mütəxəssis rəyi ilə tam təsdiq edilmişdir. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 55-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hall arından göründüyü kimi, mübahisələndirilən yol sahəsi iddiaçının mülkiyyətində olmadığı kimi cavabdehlərində də mülkiyyətində deyil, cavabdehlər özləri də bunu inkar etmirlər. Lakin, məhkəmə cavabdehlərin nümayəndələrinin və digər şəxslərin məhkəmə iclasında verdikləri izahatları əsas tutaraq həmin ərazidə yol olmadığı qənaətinə gəlmişdir. Halbuki, məhkəmə tərəfindən həmin əraziyə yerində baxış keçirilsə idi, real vəziyyətin necə olduğu məlum olardı. Mübahisələndirilən ərazidə yol olmadığı qeyd olunsa da, həmin ərazidən uzun müddətdir ki, yol kimi istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 19 mart 2020-ci il tarixli Çıxarışda, plan-ölçü sənədində göstərilən 0,1082 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu yerquruluşu planında qeyd olunmuşdur (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçının iddia etdiyi ərazidən sənəd üzrə yol yeri nəzərdə tutulmamışdır (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)907/2022 saylı qətnaməsi ilə (hakimlər G.Cavadova sədrlik edən, məruzəçi, V.Məlikov və E.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələblərinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət ver ilərək yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iddianın təmin edilməsi üçün iddiaçının mülkiyyətinə başqa maneələrin törədilməsi və mülkiyyətçi kimi hüquqlarının pozulması faktı sübut olunmalıdır. Yalnız bu halda iddiaçı cavabdehlər tərəfindən bu cür hərəkətlərə son qoymağı tələb edə bilər. Lakin cavabdehlərin iddiaçının evinə gedən gediş-gəliş yolunun bir hissəsini bağlamaları və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən olunmamışdır. Məhkəmə kollegiyası, iddiaçının birinci instansiya məhkəməsinin yalnız işdə iştirak edən şəxslərin izahatlarına əsaslanması və mübahisəli əraziyə yerli baxış keçirdiyi halda cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsinə gedib gəlmək üçün mövcud olan yolu bağladıqlarının təsdiq olunacağına d air apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisəli əraziyə yerində baxış keçirməsi Mülki Prosessual Məcəllədə məhkəmənin mütləq vəzifəsi kimi müəyyən edilməmişdir. Mübahisəli gediş-gəliş yolu ilə bağlı nəzərə alınmalı olan xüsusatlar barədə kifayət qədər aydınlıq olmadığı halda, bu tədqiqat üsulundan istifadə etmək məhkəmənin hüququdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işdə olan tərəflərin izahatlarını, mütəxəssis rəyini və həmin rəylə bağlı DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin izahatı əsasında işin əhəmiyyətli olan halları barədə tam təsəvvürə malik olmuşdur və yerində baxış keçirilməsinə zərurət olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili əsas sızdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunmuş dəlilləri mülki iş materialları ilə təsdiq olunmur. İddiaçının mülkiyyətindən istifadə etməsi ilə bağlı cavabdehlər tərəfindən ona iddia etdiyi kimi hər hansı maneə törədilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edilmişdir ki, iddiaçının iddiası əsassızdır və birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 165.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 47.3, 111.1-ci maddələrinə, MPM-in 9, 14.2, 76.1, 77.1, 88, 217, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassa siya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində nməhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyy ətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə təl əb edə bilər. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrum etmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin- küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfat daxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətl i su təsərrüfatı obyektlərinin, hidro texniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir; Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; M addə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya d əyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 19 mart 2020-ci il tarixli Çıxarışa əsasən, Oğuz rayonu, Qumlaq kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçının və dörd nəfər ailə üzvlərinin adlarına qeydə alınışdır. Hazırda iddiaçı, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,11 ha həyətyanı torpaq sahəsinə olan gediş-gəliş yolunun cavabdehlə r tərəfindən qanunsuz bağlandığını iddia edir. Cavabdehlər isə iddiaçının iddia etdiyi ərazidən sənəd üzrə gediş-gəliş yolunun nəzərdə tutulmadığını, iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun yerquruluşu planında qeyd olunduğunu göstərib, iddiaya etiraz etmişlir. Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli mütəxəssis rəyinə və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına görə, Oğuz rayonu, Qumlaq kəndi ərazisində yerləşən, 19 mart 2020-ci il tarixli Çıxarışda göstərilən 0,1082 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu yerquruluşu planında qeyd olunmuşdur. İddiaçının iddia etdiyi, hazırki iş üzrə mübahisə predmetinə aid olan ərazidən sənəd üzrə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Həmçinin, Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi İlkin Əzizovun məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunur ki, iddiaçıya məxsus 0,11 ha həyətyanı torpaq sahəsində onun qeyd etdiyi ərazidən sənəd üzrə gediş-gəliş yolu mövcud deyil. İddiaçının iddia etdiyi gediş-gəliş yolunun kiçik bir hissəsi 10-15 il bundan əvvəl təbii qazın nəqli üçün quraşdırılmış xətt- qaz borusu kəmərinə görə bağlanmışdır. İddiaçıya məxsus 0,11 ha torpaq sahəsinə sənəd üzrə olan gediş-gəliş yolu onun qeyd etdiyi ərazidə yerləşir və hazırda da həmin yoldan istifadə edir. Eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 19 mart 2020-ci il tarixli Çıxarışa, plan- ölçü sənədinə əsasən iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 0,1082 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu yerquruluşu planında qeyd olunmuşdur (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçının iddia etdiyi ərazidən sənəd üzrə yol yeri nəzərdə tutulmamışdır (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir). Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, habelə mütəxəssis və ekspert rəylərini araşdırıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının iddia etdiyi ərazidə rəsmi sənəd üzrə gediş-gəliş yolu mövcud deyil, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinə rəsmi sənəd üzrə mö vcud olan gediş-gəliş yolu var və bu yol iddia olunan ərazidən tamamilə fərqli bir sahədə yerləşir. Bu yol isə cavabdehlər tərəfindən bağlanmamışdır, yoldan hazırda da istifadə edilir. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinin dəlillərinə uyğun araşdırma aparmış və yuxarıda müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək yekun nəticəyə gəlmişdir. Belə ki, hazırki iddianın təmin edilməsi üçün iddiaçının mülkiyyətinə başqa maneələrin törədilməsi və mülkiyyətçi kimi hüquqlarının pozulması faktı sübut olunmalıdır. Yalnız bu halda iddiaçı cavabdehlər tərəfindən bu cür hərəkətlərə son qoymağı tələb edə bilər. Lakin, cavabdehlərin iddiaçının evinə gedən gediş-gəliş yolunun bir hissəsini bağlam aları və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının birinci instansiya məhkəməsinin yalnız işdə iştirak edən şəxslərin izahatlarına əsaslanması və mübahisəli əraziyə yerli baxış keçirdiyi halda cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsinə gedib gəlmək üçün mövcud olan yolu bağladıqlarının təsdiq olunacağına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisəli əraziyə yerində baxış keçirməsi Mülki Prosessual Məcəllədə məhkəmənin mütləq vəzifəsi kimi müəyyən edilməmişdir. Mübahisəli gediş-gəliş yolu ilə bağlı nəzərə alınmalı olan xüsusatlar barədə kifayət qədər aydınlıq olmadığı halda, bu tədqiqat üsulundan istifadə oluna bilər və bu məhkəmənin hüququdur. Digər tərəfdən, ap ellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işdə olan tərəflərin izahatları, mütəxəssis rəyi və həmin rəylə bağlı DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin izahatı əsasında işin əhəmiyyətli olan halları barədə tam təsəvvürə malik olmuşdur və yerində baxış keçirilməsinə zərurət olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunmuş dəlilləri mülki iş materialları ilə təsdiq olunmur. İddiaçının mülkiyyətindən istifadə etməsi ilə bağlı cavabdehlər tərəfindən ona iddia etdiyi kimi hər hansı maneə törədilməmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassas iya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)-907/2022 saylı qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar