Məhkəmə qərarları › İş №2(102)-1632/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1632/2019

28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1632/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(011)2670/2018 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi qismən təmin edilərək, cavabdehlər x1ndan, x3, x4ndan, x5ndan, x6 müştərək qaydada 02R000026741 saylı kredit razılaşması üzrə 8634.72 ABŞ dolları əsas borc, 3214.3 AB Ş dolları faiz borcu, 588 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12437.02 ABŞ dolları məbləğində pul vəsaitinin x2-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7689/2018 saylı, 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Xəlilov, X.Cəmilova və A.Hüseynov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(011)-2670/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Həşimov Firudin Mayıl oğlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7689/2018 saylı, 20 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 x2-si ilə 11.07.2007-ci il tarixdə bağladığı 02L000000401 saylı kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 04.12.2007-ci il tarixli 401 saylı sazişlə kredit xətti müqaviləsinin müddəti 120 aya, məbləği isə 300000 ABŞ dollarınadək artırılmışdır. Kredit xətti müqaviləsi üzrə x1 x2si ilə bağladığı 03 aprel 2013-cü il tarixli 02R000026741 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17 fevral 2016-cı il tarixli 02R000026741SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.11.2016-cı il tarixdən banka qaytarmamışdır. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 20965.26 ABŞ dolları ödəmiş, onun 9034.74 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu Kreditora qaytarmadığı üçün 05.01.2018-ci ta rixə 416 gün üçün hesablanmış faiz borcu 3214.3 ABŞ dolları təşkil edir. Kreditin razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kreditin qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 05 yanvar 2018-ci il tarixə 416 gün üçün hesablanmış cərimə 5887.47 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi cavabdehlər üzrə x1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər x3, x4, x5, x6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. İddiaçı iddia ərizəsini MM-nin 442, 448.1, 445.2.1, 465.2, 467, 472.1 və 472.2-ci maddələri ilə əsaslandıraraq, cavabdehlər x1ndan, x3, x4ndan, x5ndan, x6 müştərək qaydada x2-nin xeyrinə 02R000026741 saylı kredit razılaşması üzrə 9034.74 ABŞ dolları əsas, 3214.3 ABŞ dolları faiz, 5887.47 ABŞ do lları cərimə borcu olmaqla, cəmi 18136.51 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Həşimov Firudin Mayıl oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7689/2018 saylı, 20 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərba ycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən cavabdehə hər hansı bir məbləğin artıq hesablanması öz təsdiqini tapmır. İşdə olan sənədlərdən görünür ki, əsas borcun məbləğinə faizlər hesablanarkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə riayət edilmişdir. Cavabdeh borcun məbləğini müba hisələndirdiyi halda onun tərəfindən ödənilmiş hansısa məbləğin nəzərə alınmaması, və yaxud düzgün silinməməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. İşdə olan maliyyə sənədlərindən görünür ki, cavabdeh müqavilə öhdəliklərini pozmuş, onun tərəfindən edilmiş ödənişlər əsas və faiz borcundan silinmişdir. Hesablanan məbləğin şübhəli olmasına dair cavabdeh tərəf sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası bildirir ki, ölkədə baş verən devalvasiya ilə bağlı cavabdehə hər hansı güzəşt edilməsi bankın müstəsna hüququdur. Tərəflər bununla bağlı məhkəmədən kənar qaydada istənilən razılığa gələ bilərlər. Lakin bankın belə güzəşt etməkdən imtina etməsi hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsas ən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar