Məhkəmə qərarları › İş №2(102)-1633/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1633/2019

05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1633/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il İş № 2(102)-1633/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9628/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayə ti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.R.Səlimova) 2(011)-372/2018 nömrəli iş üzrə 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 13.11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsi üzrə əsas borca görə 33.939,74 manat, faiz borcuna görə 1.559,00 manat olmaqla, cəmi 35.498,74 manat borcun və məhkəmə xərclərinə görə 148,00 manatın Ləğv prosesində olan «xxxx» ASCnin xeyrinə tutulması, Cavabdeh ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200,00 manat Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 150,00 manat pulun dövlət nəfinə tutulması, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzilinin ilkin satış qiyməti 50.000,00 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitindən 35.646,74 manatın «xxxx» ASC-nin hesabına, 200,00 manat Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, 150,00 manatın dövlət nəfmə keçirilməsi; Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzilin satıldıqdan 1 (bir) ay sonra Cavabdeh mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər İ.Ş.Vəliyev (sədrlik edən və məruzəçi) X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-9628/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-372/2018 nömrəli iş üzrə 01 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 116 saylı, 13.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına Cavabdeh Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzilinin alınması məqsədi ilə 300 ay müddətinə, illik 8% hesablanmaqla 34.400,00 manat kredit verilmişdir. Borcalan Cavabdeh müqavilə üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzilini ipoteka saxlayan banka girov kimi təqdim etmişdir. Bakı şəhəri 13 nömrəli Dövlət Notariat Kontorunda 03.11.2013-cü il tarixdə cavabdeh-alıcı Cavabdeh, satıcı-X2 ilə «xxxx» ASC arasında şəxsi və qarşılıqlı razılıq əsasında bağlanmış üçtərəfli, 116 saylı, 13.11.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən kreditin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmış, bununla əlaqədar hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RXJİ9152354 saylı, 27 fevral 2014-cü il tarixli yüklü çıxar ış verilmişdir. Bundan sonra, «xxxx» ASC ilə Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan Respublikası İpoteka Fondu arasında 26.09.2014-cü il tarixli, 29-94 №-li təhviltəslim aktına əsasən Fond 34.141,71 manat pul vəsaitini müvəkkil kredit təşkilatının hesabına ödəmişdir. Cavabdehə iddiaçı- Bank tərəfindən 07.06.2016-cı il tarixli, 1148 saylı rəsmi poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmin bildirişdə cavabdehin nəzərinə borc geri qaytarılmadığı halda pul tələbinə dair və sair iddia ilə müvafiq məhkəməyə müraciət olunacağı bildirmişdir. Yaranmış borc məbləğini ödəməsi barədə dəfələrlə telefonla xəbərdar edilmiş, şəxsi görüşlərə, rəsmi bildirişlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün hər hansı təşəbbüs göstərməmiş və bununla da, öz qərəzli mö vqeyini nümayiş etdirmişdir. Bundan sonra, iddiaçı-Bank Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə cavabdehə göndərilən bildirişin qeydə alınması ilə bağlı 1180 saylı, 09.06.2016-cı il tarixli ərizə göndərmişdir. Bankın ərizəsinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi **********41 saylı, 12.06.2016-cı il tarixdə müsbət cavab verilmiş və tutmanın yönəldilməsi haqqında bildiriş rəsmən qeydə alınmışdır. Tərəflər arasında bağlanmış 116 saylı, 13.11.2013-cü il tarixli credit müqaviləsinin 2.3., 3.1.5., 1.1.6., 3.1.6.2., 3.İ.6.3., 3.1.6.4., 3.2.5., 3.2.6., 3.2.9., 4.1., 1.2., 5.1.,6.1., 6.2., 7.3., 7.4. və 7.9. bəndlərinin tələblərini borcalan cavabdehlər tərəfindən kobud şəkildə pozmuşdur. Bundan sonra Azərbaycan Respublikas ı Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu 22.04.2016-cı il tarixli məktubla iş üzrə Cavabdeh cavab məktubu yazmış və ona 30 (otuz) gün müddətinə möhlət vermişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan poteka Fondu 25.04.2016-cı il tarixli məktubla iş üzrə Banka məktub yazmış və Cavabdeh ayrılmış pul məbləğindən 33.370,54 manat pul məbləğini geri tələb etmiş, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu arasında 18.05.2016-cı il 29-1805/2016 №-li təhvil-təslim aktına əsasən müvəkkil kredit təşkilatı 33.370,54 manat pul vəsaitini Fondun hesabına geri ödəmişdir. Keçən müddət ərzində borcalan Cavabdeh 116 saylı, 13.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri laz ımınca verinə yetirməmiş və nəticədə «xxxx» ASC-yə əsas kredit borcu 37.370,54 manat və faiz borcu 1.559,00 manat yaranmışdır. Borcalan-Cavabdeh «xxxx» ASC qarşısında ümumi yaranan borcunun cəmi məbləği 23.06.2016-cı il tarixə olan 9.041,54 manat təşkil etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh əsas borca görə 37.370,54 manat, faiz borcuna görə 1.559,00 manat, dövlət rüsumuna görə 30,00 manat, notariat xərclərinə görə 45,00 manat, ipotekanın bildirişinin qeydə alınmasına ödənilən 37,00 manat olmaqla, 23.06.2016-cı il tarixə olan 39.041,54 manatın tutulmasına; tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzilinə yönəldilməsinə və həmin mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş pul vəsaiti hesabına 23.0 6.2016-cı il tarixdə olan 39.041,54 manat borcun tutulmasına, cavabdehin həmin yaşayış mənzilinə olan istifadə hüququna xitam verilməsinə, onun həmin əmlaka olan bütün hüquqlarının tam itirilməsinə, mənzil açıq hərracda satıldıqdan sonra cavabdehin 1 (bir) ay müddətindən gec olmayaraq həmin mənzildən çıxarılmasına, mənzilin boşaldılaraq təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9628/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməmələrinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-9628/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, işin həqiqi hallarına və tərəflərin qarşılıqlıı münasibətlərinə əsaslanm ayan əsasız bir nəticəyə gəlmişdir. İşin materiallarında olan: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)- 3619/2016 saylı qərarından müəyyən olunur ki, «xxxx» ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən etibarən «xxxx» ASC- nin ləğvedicisi təyin edilmişdir. Borcverən «xxxx» ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13.11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsindən 'müəyyən olunur ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana 300 ay müddətinə qaytarmaq şərtilə 34.400,00 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, kredit borcalana Bakı şəhəri, Xətai ayonu, E.Əliyev kuçəsı, 7 saylı evin 75 saylı mənzilinin alınması məqsədi ilə verilmiş dir Kredit müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, kreditin istifadəsinə görə borcalan illik 8 faiz ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndindən müəyyən olunur ki, kreditlər üzrə faizlərin hesablanması ildə 60 təqvim gunü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Kredit müqaviləsinin 3.1.6-cı bəndindən müəyyən olunur ki, borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə, kreditdən bu müqavilənin 1.3cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə, kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış fai zi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Kredit müqaviləsinin 7.4-cü bəndindən müəyyən olunur ki, bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. 13.11.2013-cü il tarixli, 014 saylı ödəniş tapşırığından müəyyən olunur ki, Bank 13.11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsi üzrə dövlət ipoteka kreditinin verilməsi üçün 13 saylı Dövlət Notariat Kontorunun hesabına 34.400,00 manat köçürülmüşdür. «xxxx» ASC-nin 13.11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh 01.12.2013-cü il tarixdən 01.11.2038-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 3 4.400,00 manat, faiz borcuna görə 45.159,56 manat olmaqla, cəmi 79.559,56 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət ieyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 8.11.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzili Cavabdeh adma xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində 2015 saylı reyestr kitabının, 86267 saylı vərəqində qeydiyyata alınmışdır. Kreditor-ipoteka saxlayan «xxxx» ASC, alıcı-ipoteka qoyan Cavabdeh və saıtıcı X2 arasında bağlanmış 13.11.2013-cü il tarixli, 116 saylı alqı-satqı və ipoteka müqavi ləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzilini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndindən müəyyən olunur ki, mənzilin dəyərinin 8.601,00 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 34.400,00 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 13.11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07.02.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətindən müəyyən olunur k ı, Cavabdeh adma xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində 2015 saylı reyestr kitabının, 186267 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, E.Əliyev kuçəsı, 7 saylı evin 75 saylı mənzili 13.11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 25 il müddətinə «xxxx» ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. «xxxx» ASC-nin Cavabdeh ünvanladığı 07.06.2016-cı il tarixli, 1148 №-lı bildirişdən müəyyən olunur ki, Bank borcalana kredit müqaviləsi üzrə borc 5 (beş) gün müddətində ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. «xxxx» ASC-nin 23.06.2016-cı il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcverən «xxxx» ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13. 11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsinə əsasən Cavabdeh mənzil almaq məqsədilə 300 ay müddətinə 34.400,00 manat illik 8% faizlə kredit verilmişdir. İbrähimov Anar Qardaşxan oğlunun 23.06.2016-cı il tarixinə «xxxx» ASC qarşısında cəmi 39.004,54 manat borcu yaranmışdır. Müvəkkil kredit təşkilatı «xxxx» ASC ilə Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu arasında bağlamnış 26.09.2014-cü il tarixli, 29-94 saylı təhvil-təslim aktının surətindən müəyyən olunur ki, müvəkkil kredit təşkilatı Fondun 1X/1421255 saylı, 10.06.2014-cü il tarixli bildirişinə əsasən, bu akta əlavə olunan siyahıda göstərilən hər bir ipoteka kağızında Fondun xeyrinə indossamentlə verilmə qeydi araraq, ümumi məbləği 34.141,71 manat olan ipoteka krediti Fonda satmış, Fond isə həmin kr editi almış, bu akta əlavə olunmuş siyahıda qeyd olunmuş ipoteka kağızı və digər mədlər müvəkkil kredit təşkilatı tərəfindən Fonda təhvil verilmiş, Fond isə həmin mədləri təhvil almış, Fond bu akt imzalandığı tarixdən 1 (bir) iş günü ərzində 34.141,71 ianat vəsaiti müvəkkil kredit təşkilatının hesabına ödəməlidir. Müvəkkil kredit təşkilatı «xxxx» ASC ilə Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu arasında bağlanmış 18.05.2016-cı il tarixli, 29- 805/16 saylı təhvil-təslim aktmin surətindən müəyyən olunur ki, Fond bu akta əlavə olunan siyahıda göstərilən ipoteka kağızında müvəkkil kredit təşkilatının xeyrinə indossamentlə verilmə qeydi apararaq, ümumi məbləği 33.370,54 manat olan ipoteka kreditini Müvəkkil kredit təşkilatına geri satmış, Müvəkkil kredit təşkilatı isə həmin kredit üzrə tələb hüquqlarını geri almış, bu akta əlavə edilmiş siyahıda qeyd olunmuş ipoteka kağızı və digər sənədlər Fond tərəfindən təhvil verilmiş, müvəkkil kredit təşkilatı isə həmin sənədləri təhvil almış, 33.370,54 manat vəsait Müvəkkil kredit təşkilatı tərəfindən Fondun hesabına ödənilmişdir. «xxxx» ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 09.06.2016-cı il tarixli, 180 saylı ərizədən müəyyən olunur ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 22.06.2016-cı il tarixli, ** ********41 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.05.2018-ci il tarixli, 10123 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 13.11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh 23.06.2016-cı il tarixə banka olan əsas borcu 33.939,74 manat, faiz borcu 4.427,25 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150,00 manat təşkil edir. Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 14.05.2018-ci il tarixli, 80 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 7 saylı evin 75 saylı mənzilinin bazar qiyməti 50.000,00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyy ən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 -ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməmə si; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; -34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1 -ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Aşağı instansiya mə hkəmələrinin araşdırmaları zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 13.11.2013-cü il tarixli, 116 saylı kredit müqaviləsi üzrə əsas borca görə 37.370,54 manat, faiz borcuna görə 1.559,00 manat məbləğində borcunun qalması, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, E.Əliyev kuçəsı, 7 saylı evin 75 saylı mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilnıəşi,; rnənzilin ilkin satış qiyməti 50.000,00 manat olmaqla açıq hərracda satılması^satışdan ərdə,olunmuş pul vəsaitindən 35.646,74 manatın “xxxx” ASC-nin hesabına ödənilməsi hissəsində təmin edilməsi əsaslıdır və bu qənaətində aşağı instansiya məhkəmələri haqlı olmular. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsin in tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 -ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəs inə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiall arına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9628/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9628/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar