Məhkəmə qərarları › İş №2(102)-1633/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1633/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1633/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı vəkili Qocayev Babək Lətif oğlu və cavabdehin vəkili İbrahimov Taleh Vəli oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2018-ci il tar ixli qətnaməsi ilə (sədrlik edən C.Qədimov) iddia qismən təmin edilmiş, cavabdeh x2 2469,97 manat əsas, 213,20 manat faiz borcu, 100 manat dəbbə pulu, ödənilmiş 4,13 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ödənişin cavabdeh x3 məxsus olan, ünvan 1 binada yerləşən qeyri-yaşayış sahəsinə (1 nömrəli mağaza), habelə ünvan 1 binada yerləşən qeyri-yaşayış sahəsinə (2 nömrəli mağaza) yönəldilməsi, qeyri-yaşayış sahələrinin açıq hərracdan ilkin satış qiymətlərinin hər bir daşınmaz əmlak üçün 45.900 manat olmaqla müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin cavabdeh x3 qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik ed ən, məruzəçi), İ.Şirinov və E.Kazımov, 2(103)-864/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2018 saylı iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, əsas borcun məbləği 2715 (iki min yeddi yüz on beş) manat 60 (altmış) qəpik, faiz borcunun məbləği 310 (üç yüz on) manat 79 (yetmiş doqquz) qəpik müəyyən edilməsi, qətnamənin dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, işin apellyasiya baxışı zamanı keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 145 manat pulun 72 (yetmiş iki) manatı cavabdeh x2, 73 (yetmiş üç) manatı iddiaçı x1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdehlər x2 və - x3 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 17.879,37 manat məbləğində əsas borcun, 1.734,94 manat məbləğində faiz borcunun, 2.000,56 manat məbləğində dəbbə pulu borcunun, müvafiq bildirişlərin göndərilməsi üçün çəkilmiş 5,25 manat məbləğində poçt xərcinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün çəkilmiş 60 manat məbləğində xərcin, iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə cavabdeh x3 məxsus olan, ünvan 1 binada yerləşən qeyri-yaşayış sahəsinə (1 nömrəli mağaza), habelə ünvan 1 binada yerləşən qeyri-yaşayış sahəsinə (2 nömrəli mağaza) yönəldilməsinə, ip oteka predmetlərinin ilkin satış qiymətlərinin müvafiq olaraq 45.900 manat və -45.900 manat olmaqla müəyyən edilməsinə və borcun ipoteka predmetlərinin açıq hərracdan satılması hesabına ödənilməsinə, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərin digər əmlakları hesabına ödənilməsinə, müvafiq qeyri-yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin əsas, faiz və cərimə borcunun təmin olunmamış hissəsində ləğv edilməsini, i şə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkili Qocayev Babək Lətif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclası nda iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhk əməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bank ilə 06.02.2014-cü ildə bağlanmış 215/10 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana 60 ay müddətinə 50.000 manat məbləğində kredit xətti açmışdır. Bank ilə borcalan arasında 12.02.2014-cü ildə “06.02.2014-cü il tarixli 215/10 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair” 1 nömrəli kredit sa zişi imzalanmışdır. Bu sazişə əsasən Bank borcalana 3 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 50000 manat kredit vermişdir. 18.06.2014-cü ildə Bank ilə borcalan arasında “06 fevral 2014-cü il tarixli 215/10 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair” 2 nömrəli kredit sazişi imzalanmış, bu sazişə əsasən Bank borcalana 12 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 48.213,72 manat məbləğində kredit vermişdir. Həmin məbləğ 12.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsinə sərf olunmuşdur. Kredit öhdəliyinin təminatı olaraq cavabdehlərlə 06.02.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, cavabdeh x3 özünə məxsus ünvan 1 binada yerləşən qeyri-yaşayış sahəsini (2 saylı mağaza) Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışına əsasən, cavabdehin 24 aprel 2018-ci il tarixə Banka əsas borcu 9310,47 manat, faiz borcu 4181,61 manat, cərimə borcu 6713,19 manat təşkil edir. İşə birinci instansiya məhkəməsi baxılarkən bir neçə dəfə ekspertiza təyin edilmiş, ekspert qarşısında müxtəlif suallar qoyulmuş və fərqli cavablar verilmişdir. Sonuncu 02.04.2018-ci il tarixli, 18436 saylı ekspert rəyinə əsasən 12 fevral 2014-cü il tarixli kredit sazişi № 1 və 18 iyun 2014-cü il tarixli kredit sazişi № 2-nin şərtlərinə müvafiq olaraq x2 Banka olan borcu aşağıdakı kimi müəyyən olunur saziş № 2nin saziş № 1-in davamı olması nəzərə alınmaqla) 1-ci sual üzrə: 18 iyun 2015- ci il tarixə kredit sazişi № 2-nin müddəti bitən tari xə) 19.893,17 manat: əsas borc üzrə - 19.893,17 manat, faiz borcu üzrə - 213,20 manat. x2 tərəfindən 15.07.2015-ci il tarixdən 13.01.2016cı il tarixədək 17.210 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişlər nəzərə alındıqda, cavabdehin iddiaçıya olan borcu 2.683,17 (19.679+213,20-17.210) manat məbləğində müəyyən edilir, o cümlədən, kredit borcu üzrə - 2.683,17 manat. 2-ci sual üzrə: 12.02.2014-cü ildən 18.06.2015-ci il tarixə 15%, 18.06.2015-ci ildən 02.11.2016ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik uçot faiz dərəcələrini nəzərə alaraq 3.091,62 manat: əsas borc üzrə - 2.903,61 manat, faiz borcu üzrə - 188,01 manat. Ekspert Bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcunu hesablamamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 442, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan 2469,97 manat əsas, 213,20 manat faiz borcu və azaldılmış 100 manat cərimə borcu Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəy ə gəlsə də, əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsi baxılarkən bir neçə dəfə ekspertiza təyin edilmiş, ekspert qarşısında müxtəlif suallar qoyulmuş və fərqli cavablar verilmişdir. İddiaçı sonuncu rəy ilə razılaşmamış və birinci instansiya məhkəməsində təkrar mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının 25.06.2019-cu il tarixli, 32548 saylı rəyi ilə müəyyən edilmişdir ki, borclunun 27.04.2018-ci il tarixə Banka olan əsas borcu 2715,60 manat, faiz borcu 310,79 manat, qalıq faiz borcu 267,19 manat olmaqla, cəmi borcu 3293,48 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rəy kifayət qədər əsaslandırıldığı və rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar olmadığı üçün qətnamə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcu x2 Bankın xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 17 setyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar