Məhkəmə qərarları › İş №2(102)-1636/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1636/2020

06.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1636/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X9 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Əsədov Anar Mehman oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.N.Mahmudova) x nömrəli, 01 iyul 2019- cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblər inin rədd edilməsi, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “təyin edilmiş aliment məbləğinin və uşağın müalicəsi ilə bağlı əlavə xərc qismində təyin edilmiş məbləğin artırılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əlavə xərclər qismində qətnamə ilə müəyyən edilmiş məbləğin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbi rədd edildiyi üçün ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) x nömrəli, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “təyin edilmiş aliment məbləğinin və uşağın müalicəsi ilə bağlı əlavə xərc məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2005-ci il tarixdə faktiki nikaha daxil olmuşdur. Bu nikahdan 2006-ci il tarixdə və 2007-ci il tarixində anadan olmuş xvə x adlı uşaqları var. Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh övladlarının saxlanılması üçün sabit pul məbləği kimi hər uşağa 110 manat olmaqla, cəmi 220 manat aliment və hər uşağa görə 60 manat olmaqla cəmi 120 manat məbləğində onun xeyrinə pul tutulması barədə qərar qəbul olunmuşdur. Həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh övladlarının saxlanılması üçün uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşağa sabit pul məbləğində 108 manat olmaqla, cəmi 216 manat aliment və hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat məbləğində əlavə xərclər tutulması qət edilmişdir. Cavabdehlə birgə faktiki nikahdan anadan olmuş Özcan anadan gəlmə "qasıq yırtığı, onurğa sümüyündə qrija və əyrilik, gözlərində infeksiya və görmə dərəcəsi aşağı olduğundan, boğazında artıq ət və infeksiya yarandığından ensefalopatiya psixomotor oynaqlı sindromu" fric və anemiya, sterprodermiya, sinənin və qolun texniki yanığı, (kaloid çapıqlar) xəstəliyinə düçar olmuşdur. Hal-hazırda demir defçitli anemiya, xroniki qostrit, dioqnozu ilə stosionar q eydiyyatdadır və Pediatrik müayinə və müalicəyə ehtiyacı var. Bu səbəbdən də 24 saylı şəhər poliklinikasında mütəmadi olaraq ambulator müalicə alır. İkinci övladı Elnar isə yarımçıq doğulma travması ilə 2-ci dərəcəli mərkəzi sinir sisteminin travmatiq zədələnməsi, kəskin dövr “subaraxnidal sahənin genişlənməsi, MSS-nin işemiktravmatik zədələnməsi, hipenterziyon sindrom dioqnozu ilə müxtəlif vaxtlarda ambulator və stosionar müalicədə olmuşdur. Hal-hazırda dioqnoz 2 OU hipermetrapik astiqatizim dioqnozu ilə 24 saylı şəhər poliklinikasında qeydiyyatdadır və ambulator müalicə alır. Bundan savayı övladları 6-cı sinifdə təhsil alırlar. Onların gündəlik xərcləri, yol pulları, məktəbli formalarının alınması, əlavə geyim, məktəb ləvazimatlarının alınması, normal qidalanması, müalicə olunması üçün alınan dərmanlar xeyli məbləğdə pul tələb edir. Digər tərəfdən işə səhhətində yaranmış problemlərə əsasən 3-cü qrup əlil olmağı və bu səbəblərdən işə düzələ bilməməyi, eləcə də uşağın xəstəliyi ilə əlaqədar ona daimi qulluq etməyinə görə əlavə maaş və gəlir əldə edə bilmir. Cavabdeh isə maddi vəziyyəti olduqca yaxşıdır. Öz övladlarından xəbəri belə olmasa da, onlara atalıq edə bilməsə də, onların tərbiyəsi ilə məşğul olmasa da və heç bir əlavə xərclərdə iştirak etməsə də başqalarının uşaqlarına psixoloqluq edərək özünə şəhərin mərkəzində şəxsi klinikalar və tədris kursları açmışdır. Bundan əlavə o, müğənni, aparıcı və produser kimi də fəaliyyətdədir. Həbs olunana kimi də özəl fəaliyyətini davam etdirmişdir. Belə ki, o, televiziya verilişlərinə çıxaraq daima özünü reklam etdirmiş, müştəri toplamağa çalışmışdır. Bu barədə fotoşəkillər və disk var ki, orada da hər şey öz əksini tapmışdır. Bundan əlavə, o, guya ki, obyektini ləğv etdirib, lakin buna baxmayaraq, onun torpaq sahələri var, lakin başqa şəxslərin adına qeydiyyata saldırıb ki, alimentdən yayınsın. Müəyyən edilmiş alimentin və uşağın müalicəsi ilə bağlı əlavə xərclərin məbləği artırılmalıdır. Göstərilənlərə əasən, Cavabdeh birgə faktiki nikahdan anadan olmuş xvə X1 üçün hər uşağa müəyyən edilmiş 108 manat məbləğində alimentin artırılaraq 200 manat məbləğində müəyyən edilməsi və əlavə xərc qismində sabit pul məbləğində müəyyən edilmiş hər uşağa 100 manat artırılaraq uşaqlarının müalicəsi, dərs və məktəb ləvazimatların əldə edilməsi məqsədi ilə hər uşağa görə 200 manat, cəmi 800 manatın alınaraq ona verilməsi barədə və alimentin tutulmasının məhkəməyə müraciət etdiyi gündən hesablanması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Kərimov X2 Aygün Baba qızına qarşı “əlavə xərclər qismində qətnamə ilə müəyyən edilmiş məbləğin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmıdşır ki, İddiaçı iddia tələbinin əsası kimi uşaqların xəstəliyinə və mütəmadi müalicəyə ehtiyaclarının olmasına istinad etmiş, lakin həmin müalicənin nədən ibarət olması, xüsusən də müalicə üçün hansı miqdarda vəsaitin tələb olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının uşaqlarda xəstəliklərin mövcud olmasına dair təqdim etdiyi arayışlar da, müvafiq dövlət müəssisələrindən alındığından birmənalı şəkildə təsbit etmək mümkün olur ki, uşaqların müalicəsi üçün həqiqətdə hər hansı bir məbləğdə vəsait iddiaçı tərəfindən xərclənmir. Belə ki, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur. Odur ki, iddiaçının uşaqların xəstəliyi ilə bağlı əlavə xərclərin məbləği nəinki artırılmalı, hətta ümumiyyətlə ləğv olunmalı, uşaqların xəstəliyi hətta mövcud olduğu halda belə onların müalicəsi dövlət hesabına, yəni pulsuz həyata keçirilməkdədir. Bundan başqa, iddiaçı tərəf qətnamə ilə müəyyən olunmuş 108 manat aliment məbləğinin artırılması ilə bağlı irəli sürdüyü tələbi əsaslandırarkən övladlarının 6-cı sinifdə təhsil alması, onların gündəlik xərcləri, yol pulları, məktəbli formalarının alınması, əlavə geyim, məktəb ləvazimatlarının alınmasının xeyli miqdarda pul tələb etdiyinə istinad etmiş, lakin bununla bağlı da iddia ərizəsin ə hər hansı bir sübut əlavə etməmiş, hər hansı bir sübuta ümumiyyətlə istinad etməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, hətta bu növ xərclərin mövcudluğu sübut olunduğu təqdirdə belə həmin xərclər alimentin həcminin müəyyən edilməsi üçün meyar kimi qəbul edilə bilməz. Belə ki, alimentin tutulmasının məqsədi uşağın məhz normal böyüməsi, qidalanması və saxlanması üçün zəruri olan vəsaitin təmin edilməsindən ibarət olmaqla, aliment məbləğinin müəyyən edilməsi meyarı kimi isə uşaqlar üçün yaşayış minimumu və aliment ödəmə vəzifəsini daşıyan valideynin maddi durumu qəbul edilir. Bu baxımdan iddiaçı tərəfin verdiyi iddia ərizəsinin qeyd olunan dəlilləri əsassız hesab olunmalıdır. Digər tərəfdən iddiaçı aliment məbləğinin artırılmalı olması ilə bağlı iddia tələbinin əsası kimi istinad etmiş dir ki, guya Cavabdeh maddi vəziyyəti olduqca yaxşıdır, hansısa dairəsi müəyyən edilməmiş uşaqlara psixoloqluq edərək özünə şəhərin mərkəzində şəxsi klinikalar və tədris kursları açmış, bundan əlavə guya Cavabdeh müğənni, aparıcı və prodyuser kimi də fəaliyyətdədir. Göstərilən xüsusatlarla bağlı qeyd olunmalıdır ki, bütün bu sadalanan hallar yalnız söz yığınından ibarət olmaqla heç bir sübutla təsdiq olunmur, iddiaçının iddia ərizəsinə əlavə etdiyi fotoşəkillər və videoyazılar isə uzaq keçmişə aid olmaqla onun hazırkı dövrdə həyat və fəaliyyətini əks etdirmir. Belə ki, əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Virtual ödəyici xidməti sistemindən edilmiş çıxarışlardan (arayışdan) görünür ki, Cavabdeh təsisçisi olduğu **********-17001 kodlu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyy əti hələ 07.03.2016-cı il tarixdə ləğv olunmuşdur. Cavabdeh təsisçisi olduğu “xxxx” MMC-nin ləğvinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 30 iyun 2015-ci il tarixli qətnaməsindən sonra həyata keçirilməsi halı isə həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, habelə əlavə xərclərdə iştirak payının ləğvinə səbəb ola biləcək ciddi dəyişiklik kimi qiymətləndirilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkməkdədir. Bununla yanaşı, onun ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasına dəlalət edən mühüm əhəmiyyətli hal ondan ibarətdir ki, o, 11.11.2010-cu il tarixdə Gülər Ağayeva ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından 26.04.2015-ci il tarixdə Mələk və 23.09.2018-ci il tarixdə Tamerlan adlı övladları anadan olmuş, birinci uşağın anadan olması faktı Bakı Apellyasiya Məhkəməsi tərəfindən 30 iyun 2015-ci il tarixli qətnaməsi qəbul edilərkən nəzərə alınmamış, ikinci uşaq isə ümumiyyətlə adıçəkilən qətnamədən sonra anadan olmuşdur. Məlum olduğu kimi İddiaçı ilə Cavabdeh arasında heç bir vaxt rəsmi nikah mövcud olmamış, iddiaçının uşaqlarının atası olaraq onun göstərilməsi bilavasitə atalığın müəyyən olunması qaydasında həyata keçirilmiş, eyni zamanda onun hazırda da rəsmi nikahda olduğu Gülər Ağayeva ilə birgə nikahlarından iki körpə uşağı var, həmin uşaqların da Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. İddiaçı saysız hesabsız şikayətləri nəticəsində azadlıqdan məhrum edilmiş, nəticədə rəsmi nikahdan doğulmuş uşaqlarının belə saxlanılması üçün minimum maddi təminatlarını ödəyə bilmir. İddiaçı onun barəsində demək olar ki, hər yerə şikayət ərizəsi yazmışdır. Buna görə də o, fəaliyyətini dayandırdıqdan sonra işsiz kimi qeydiyyata alınmış və dövlət jurnallarından birinin redaksiyasında işə düzələrək 200 manat əmək haqqı almışdır. İddiaçı alimentin həmin məbləğə yönədilməməsi üçün Vergilər Nazirliyinə və digər orqanlara şikayət yazaraq onun işdən çıxarılmasına səbəb olmuşdur. Buna görə də o, heç bir yerdə işə düzələ bilmir və işə düzəlsə belə İddiaçı şikayətlərindən sonra heç bir orqan onu işdə saxlamaq istəmir. Bundan əlavə, İddiaçı onun barəsində qeyd etdiyi obyektini ləğv etdirsə belə fəaliyyətdə olması, verilişlərə çıxması, müğənnilik etməsi və s. kimi faktların hamısı 2016-cı ilə kimi olan fəaliyyətlərdir. İddiaçı həmin faktların yeni olduğunu təsdiq edəcək heç bir sübutu yoxdur. Göstərilənlərə əsasən, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilərək, Cavabdeh əlavə xərclər qismində Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətn aməsini ləğv edib, ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Əsədov Anar Mehman oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası i şə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüqu qi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 10.12.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 27.06.2006-cı il tarixdə anadan olmuş X5 və 29.09.2007-ci il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə 23 yanvar 2015-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul mələgində aliment və hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat məbləğində; əlavə xərc olmaqla, cəmi 340 manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin və əlavə xərcin artırılması tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2013-ci i l tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin və əlavə xərcin miqdarının artırılması, Cavabdeh 27.06.2006-cı il tarixdə anadan olmuş X5 və 29.09.2007-ci il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 108 manat, cəmi 216 manat sabit pul məbləğində aliment və hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində əlavə xərc olmaqla, cəmi 416 manat pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 5 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 21.10.2015-ci il tarixdə verilmiş “müayinə olunan şəxs barədə məlumat”dan görünür ki, İddiaçı eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, eşitmənin konduktiv tipli 2 tərəfli itirilməsi 2 tərəfli koxlear nevrit neyrosensor ağıreşitmə, 2 tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, üçüncü dərəcə əlillik diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Suraxanı rayon şöbəsi tərəfindən 02.11.2016-cı il tarixdə verilmiş 5025 nömrəli arayışdan görünür ki, İddiaçı üçüncü qrup əlilliyə görə 98,49 manat DSMF Suraxanı rayon şöbəsindən pensiya alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 24 nömrəli şəhər poliklinikası tərəfindən 08.04.2019-cu il tarixdə verilmiş tibbi arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı övladları: 27.06.2006-cı il təvəllüdlü X11 08.07.2006-cı il tar ixdən poliklinikada qeydiyyatdır. Həyatının ilk illərindən animeya, sterptodermiya, sinənin və qolun termiki yanığı (kaloid çapıqlar), ensofolopotiya, psixamator oynaqlığı diaqnozları ilə dispanser qeydiyyatında olmuşdur. Periadik müayinə olunmuş stasionar müalicələrə cəlb edilmişdir. Belə ki, 07.03.2010- 15.03.2010-ci il tarixi müddətində 8 nomrəli BUX-da entribioz anemiya ensfolopotiya diaqnozları ilə; 17.03.2013- 25.03.2013 tarixi müddətində 1 nömrəli UYXX- da lakunar angina st.mənşəli, ağır forma Anemiya, birincili xolanqit diaqnozları ilə; 04.12.2013- 06.03.2013-ci il tariixndə Ş.K.X-da Xroniki tonzillit, adenoid diaqnozları ilə stasionar müalicədə olmuş, adenoektimiya əməliyyatı aparılmışdır; 27.02.2015-ci il tarixində Z.Əliyeva adına göz instutunda sağ göz OD sadə düz tipli hipermet ropik asqetmatizm OU demodes diaqnozları ilə; 24.03.2019-30.03.2016-cı il tarixlərində 8 nömrəli BUX-da Qastrit kəskin gedişli toksiko-eksikoz İİ kəskin KRVİ ağır forma xoliçisto xolanqit diaqnozları ilə; 01.06.2017-12.06.2017-ci il tarix müddətində Qarayev adına 2 nömrəli uşaq xəstəxanısında KRV neyrotoksikoz diaqnozları ilə stasionar müalicədə olmuşdur. Hal-hazırda dəmir defçitli anemiya, xroniki qastrit diaqnozu ilə dispanser qeydiyyatındadır. Periodik müayinə və müalicələrə ehtiyacı var. 29.09.2007-ci il təvəllüdlü X12 10.10.2007-ci il tarixində polikilnikada tibbi qeydiyyatdadır. Uşaq yarımçıq, doğuş travması ilə doğulub. M.S.S-nin travmatik zədələnməsi, subaraxnoidal sahənin genişlənməsi, MSS-nın işemiktravmatik zədələnməsi hipertonziyon sindrom diaqnozları ilə müxtəlif vaxtlarda amb ulator və stasionar müalicələrdə olmuşdur. Hal hazırda diaqnoz “OU hipermetrapik astisqatizm” diaqnozu dispanser qeydiyyatındadır. Periodik müayinə və müalicələrə ehtiyacı var. Qəbələ rayonu Ovcullu kənd İ.Ə.N-yi tərəfindən 11.11.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 618666 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 11.11.2010-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu ilin noyabr ayının 11-ci günündə 05 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 08.05.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 498852 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26.04.2015-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2015 -ci ilin 05-ci ayının 08-ci günündə 377 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X8 göstərilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22.10.2018-ci il tarixdə verilmiş AZİV seriyalı 200340 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23.09.2018-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin 10-cu ayının 22-ci günündə 5568 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X7 göstərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.01.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətin ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Obyektin ləğvi barədə bildirişdən görünür ki, Cavabdeh obyektin ləğvi barədə onlayn ərizəsinə əsasən **********-17001 kodlu obyekt (“xxxx” MMC) 07.03.2016-cı il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşdən görünür ki, hazırda cavabdehdən iddiaçının xeyrinə uşaqlar yetkinlik yaşına çatanadək h ər ay hər uşağa 108 manat, cəmi 216 manat sabit pul məbləğində aliment və hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində əlavə xərc olmaqla, cəmi 416 manat pul tutulur. İddiaçının alimentin və əlavə xərcə görə tutulan pulun artırılması ilə bağlı apellyasiya instansiyası məhkəməsi cavabdehin maddi vəziyyətinin yaxşılaşmasına dəlalət edən sübutlar olmadığı üçün alimentin məbləğinin əsaslı surətdə artırılmasını düzgün hesab etməyərək qeyd etmişdir ki, hər uşağa görə minimum yaşayış həddi məbləğində aliment tutulması hazırda azadlıqdan məhrum edilmiş və himayəsində daha iki azyaşlı uşağı olan valideynə münasibətdə əsaslı və ədalətli olmaz. Həmçin apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onu da qeyd etmişdir ki, məhkəmə qətnaməsi icra olunan olmalıdır. Alimentlə bağlı qəbul edilmiş qərar formal əsaslarla deyil, tərəflərin maddi və ailə vəziyyəti, öhdədə olan uşaqların mənafeyin nəzərə alınmaqla çıxarılmalıdır. Çıxarılmış aliment qətnaməsini cavabdeh icra edə bilmədiyi üçün azadlıqdan məhrum edilmişdir. Özünün ailəsi və iki azyaşlı uşağı da baxımsız qalmışdır. Bundan sonra yenidən alimentin məbləğinin artırılması heç bir tərəfin mənafeyinə, o cümlədən aliment alan uşaqların mənafeyinə uyğun deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “ Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli i ş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar