Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-164/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)9461/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəf indən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli 2900PB/BF/PK №-li kredit (borc) müqaviləsi üzrə 2997.86 ABŞ dolları əsas, 3867.38 ABŞ dolları hesablanmış faiz, 779.93 ABŞ dolları dəbbə pulu, cəmi 6085.31 ABŞ dolları məbləğində pulun tutulması, xx xxxxxxx 2014-cü il tarixli 2703PB/BF №li kredit (borc) müqaviləsi üzrə 45494.17 ABŞ dolları əsas, 47131.64 ABŞ dolları hesablanmış faiz, 62510.51 ABŞ dolları dəbbə pulu, cəmi 155136.32 ABŞ dolları, hüquqi yardıma g örə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 96.000 manat məbləğində qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə ünvan 1 ünvanında yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 107,3 kv.m yaşayış, 60.6 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və fərdi yaşayış evinin açıq hərracda satılaraq, tələb edilən borcun ödənilməsi; ünvan 2 ünvanında yerləşən, Cavabdeh1 tam mülkiyyətində olan 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 107.3 kv.m yaşayış, 60.6 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1 və Cavabdeh2 çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edil məsini xahiş etmişdir. Daha sonra iddia məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-nə 45494.17 ABŞ dolları əsas, 17865.50 ABŞ dolları faiz, 13467.79 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 76827.46 ABŞ dolları; xx xxxxxx 2015-cı il tarixli 2900 PB/BF/FK №-li kredit müqaviləsi üzrə 3000 ABŞ dolları əsas, 1214.18 ABŞ dolları hesablanmış faiz, cəmi 5606.18 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulması, borcun əvəzi ipoteka predmeti 65000 manat qiymətləndirilmiş ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evin ə yönəldilməsi və həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ünvan 3 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evinin boşaldılması və orada yaşayan Cavabdeh1, Cavabdeh2 istifadə hüququ ləğv edilməklə göstərilən ünvandan çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Anar İbrahimov) xx xxxxx 2019-cu il tarixli, 2(010)-90/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsinə xitam verilməsi, xx.xx.2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC- nin xeyrinə 40.177.28 ABŞ dolları məbləğində əsas, 17865.50 ABŞ dolları məbləğində faiz, 10 0 ABŞ dolları məbləğində dəbbə pulu, 2015-ci il 14 yanvar tarixli 2900 PB/BF/FK №-li kredit müqaviləsi üzrə 3000 ABŞ dolları məbləğində əsas, 590 ABŞ dolları məbləğində hesablanmış faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əsas borclu və zamindən - Cavabdeh1 və Cavabdeh3 tutulması, borcun əvəzi ipoteka predmeti olan, ünvan 3 ünvanında yerləşən, Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3kv.m, ibarət 16 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracda satılaraq, tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən, Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3kv.m, ibarət 16 saylı fərdi yaşayış evinin 96000 manat dəyərində qiym ətləndirilməsi, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri olan145 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) xx xxxxxx 2019-cu il tarixli 2(103)-9461/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-90/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2019-cu il tarixli 2(103)-9461/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apell yasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqavilələri üzrə aylıq ödənişləri vaxtlı-vaxtında yerinə yetirmişdir. Respublikada baş vermiş məlum devalvasiyadan sonra kredit müqaviləsi üzrə ödəniş həyata keçirməyi mümkünsüz olmuş, maliyyə yükünü müqavilədə nəzərdə tutulmuş ödəniş qrafıkindən çox fərqləndirmişdir. Bundan başqa ipoteka predmeti dəyərindən dəfələrlə aşağı qiymətə, 96000 manata qiymətləndirilmişdir. İpoteka predmeti ilə yüklü edilmiş evin real dəyəri 160.000-170.000 manat təşkil edir. Bununla bağlı 1-ci instansiya məhkəməsində dəfələrlə ipoteka predmetinin real dəyərinin müqavilədə göstəriləndən çox olduğunu, e kspertiza təyin edilməsini tələb etsə də, məhkəmə evin dəyərinin müqavilə ilə müəyyən edildiyini əsas gətirmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 illik 24%-lə 36 ay müddətinə 60.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh1 illik 30%-lə 12 ay müddətinə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir.xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinə zamin olmuşdur. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətindəki 0.025 ha torpaq sahəsində olan 2 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 107.3 kv.m, ibarət 16 saylı fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehlərin banka olan borcunun məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkə mə Ekspertizası Mərkəzinin 23390 saylı, xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmiş və xx xxxxxx 2015-cı il tarixli 900/PB/BF/PK nömrəli və xx xxxxxxx 2014-cü il tarixli 2703 PB/BF nömrəli kredit müqavilələrinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xxx oğlunun İddiaçı BOKT ASCyə olan borcu xx xxxxxx 2015-ci il tarixli 2900/PB/BF/PK nömrəli müqavilə üzrə müqavilə müddəti bitən tarixə, yəni xx xxxxxx 2016-cı il tarixə əsas borc üzrə 3.000,0 ABŞ dolları, faiz borcu üzrə 590,0 ABŞ dolları; iddia tələbi tarixinə, yəni xx xxxxxxx 2017-ci il tarixə əsas borc üzrə 3.000,00 ABŞ dolları, faiz borcu üzrə 2.197,50 ABŞ dolları; xx xxxxxxx 2014-cü il tarixli 2703 PB/BF nömrəli müqavilə üzrə müqavilə müddəti bitən tarixə, yəni xx xxxxxxx 2017-ci il tarixə əsas borc üzrə 40.177,28 ABŞ do lları, faiz borcu üzrə 17.865,50 ABŞ dolları, iddia tələbi tarixinə, yəni xx xxxxxxx 2017-ci il tarixə əsas borc üzrə 40 177.28 ABŞ dolları, faiz borcu üzrə 18 320.84 ABŞ dolları təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqavilələrinin müddətinin bitdiyi tarixə cavabdehlərin Banka xx.xx.2014-cü il tarixli 2703PB/BF nömrəli kredit müqaviləsi üzrə 40.177.28 ABŞ dolları məbləğində əsas, 17865.50 ABŞ dolları məbləğində faiz borcunun və 100 ABŞ dolları cərimənin; xx xxxxxx 2015-ci il tarixli 2900 PB/BF/FK №-li kredit müqaviləsi üzrə isə 3000 ABŞ dolları məbləğində əsas, 590 ABŞ dolları məbləğində faiz borcunun olması və həmin borcun borclu və zamində tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası i ş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qismənipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissədə qətnamə kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkli ndə borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllədə təsbit edi lmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyy ən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yara nmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kassatorun şəraitin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsinin hazırki mübahisəyə tətbiq edilməsinin əsaslarına apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaması barədə dəlilinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliklər əsasında müəyyən vəzifələr daşıyıcısıdır və iş üzrə tə rəflər arasında bağlanmış müqavilənin şəraitin dəyişməsi ilə bağlı ləğv edilməsinə əsaslar olmadığı üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq hazırki mübahisəyə Mülki Məcəllənin 422-ci maddəsi tətbiq edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnə sinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Buna görə də, kassasiya şikayəti bu hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin ipotekanın predmetinin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilləri əsasında araşdırma aİddiaçıraq müəyyən edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində ipoteka predmetinin ipoteka müqaviləsində göstərilən qiymətinin aşağı yazıldığını, bu qiymətlə razı olmadığını bildirmişdir. (xx.xx.2018-ci il tarixli məhkəmə iclasının protokolu) Lakin birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin qiyməti ilə bağlı tərəflər arasında razılığın olmaması nəzərə alınmayaraq, ipoteka predmetinin müəyyən edilməsi üçün hər hansı tədbir görülməmiş, ipoteka müqaviləsində göstərilən 96.000 manat qiymət əsas gö türülmüşdür. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ipotekanın predmetinin satış qiyməti ilə bağlı hər hansı dəlil göstərməsə də, apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya instansiya məhkəməsi isə qətnaməsində apellyasiya baxışının həddinin apellyasiya şikayəti əsasında birinci inst ansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin yalnız kredit borcun tutulması hissəsində Cavabdeh1 münasibətdə yoxlanılmasını təşkil etdiyini qeyd etsə də, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə deyil, bütünlüklə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Bu isə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi bir-birinə uyğun olmamasını deməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə dəyişdirmədən saxladığından, həmçinin apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi hüquq normalarına riayət etməsini yoxlanması apellyasiya məhkəməsinin vəzifəsi olduğundan, ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi ilə bağlı maddi hüquq normasının tələblərinə birinci instansiya məhkəməsi tərəfindən riayət edilib-edilməməsini apellyasiya məhkəməsi yoxlamalı idi. Məhkəm ə kollegiyası ipoteka predmetinin dəyərinin 96.000 manat göstərildiyi xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin bağlanmasından 4 ildən çox vaxt keçdiyini və bu müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin dəyişdiyini, həmçinin ipoteka qoyanın həmin qiymətlə razı olmamasını məhkəmə iclasında bəyan etməsini nəzərə alaraq, hesab edir ki, məhkəmələr tərəfindən ünvan 1 ünvanında yerləşən Cavabdeh1 tam mülkiyyətində olan 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 107,3 kv.m yaşayış, 60.6 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müstəqil qiymətləndirici dəvət edilməklə müəyyən edilməsi məsələsi müzakirə edilməməsi düzgün olmamışdır. Buna görə də, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının birinci instansiya məhkəməsi qətnam əsinin dəyişdirilmədən saxlanılması barədə iş üzrə gəldiyi nəticə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə baxılması üçün yeni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9461/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-164/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-164/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver