Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-164/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma 03.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-991/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzük-tənə dəsti (dairəvi formalı) -738 manat manat dəyərində, üzük - 656 manat dəyərində, üzük – 369 manat dəyərində, üzük - 435 manat dəyərində, tənə (tək qaş, uşaq üçün) 328 manat dəyərində, tənə (tək qaş, uşaq üçün) - 358 manat dəyərində olmaqla cəmi: 2884 manat dəyərində olan əmlaklarının (qızıl-zinət əşyalarının) olmadıqda həmin əşyaların dəyəri olan 2884 manat məbləğində ona dəymiş ziyanın, əmlakın (əşyların) qiymətləndirilməsi üçün ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 300 manat pul lazım olduğu üçün təxminən 2016-cı ildə X adlı Şəki rayon sa kininə ona borc pul tapması üçün müraciət etmişdir. Həmin vaxt X yanında X adlı şəxs də olmuşdur. X adlı şəxs öz istifadəsində olan mobil telefon ilə cavabdeh X3 zəng edərək X və onun olduğu yerə gəlməsini bildirmişdir. Cavabdeh X1 rayon X kənd sakinidir. Onun faizə pul verdiyini X və Xr ona bildirmişlər. Həmin zaman X şəhərdə olduğundan dərhal onların yanına gəlmişdir. Xr ondan nə qədər pul lazım olduğunu soruşmuşdur. Həmin vaxt X ilə UX artıq orda olmamışlar. O da Qadirə 300 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də pulu götürmək üçün X əlində olan qızılları verərək əvəzində pul götürmək istədiyini bildirmişdir. Cavabdehlə danışıqları zamanı belə sövdələşmişlər ki, pulu qaytaracağı zaman qızılları da geri götürəcəkdir. X onun verdiyi qızılları alaraq onun icazəsi ilə həmin qızı lları X öz adına lombarda girova qoymuşdur. Bundan sonra X ona məlum olmayan məbləğdə lombarddan pul götürərək ona cəmi 110 manat pul vermişdir. Pulun qalan hissəsini cavabdehdən istəsə də cavabdeh, pulu ona verməmişdir. Qalıq pulu nə üçün ona geri vermədiyini soruşduqda cavabdeh ona demişdir ki, iki günə kimi pulu ona qaytaracaqdır. Lakin həmin vaxtdan bu günə qədər cavabdeh ona nə qızıllarını, nə də qızıllarının dəyəri olan 2884 manat pulu qaytarmamışdır. Öz əmlakını, qızıl-zinət əşylarını geri qaytarması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. Şəki Rayon Məhkəməsinin 02 mart 2021-c i il tarixli, 2(075)-285/2021 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X2 190 manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Əmlakların qiymətləndirilməsi üçün ödənilmiş 50 manatın 45 manatı iddiaçının özünə aid edilməsi, 5 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının iddiaçının özünə aid edilməsi, 5 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı 738 manat manat dəyərində üzük-tənə dəstini (dairəvi formalı), 656 manat dəyərində üzüyün, 369 manat dəyərində üzüyün, 435 manat dəyərində üzüyün, 328 manat dəyərində tənənin (tək qaş, uşaq üçün), 358 manat dəyərin də tənənin (tək qaş, uşaq üçün) cavabdeh X3 verilməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının lombardda girov qoyması üçün cavabdehə verməsinə də şübhə ilə yanaşır. Çünki iddiaçı iddia ərizəsində və məhkəmə iclasındakı izahatında bildirmişdir ki, ona 300 manat pul lazım olduğu üçün cavabdehə müraciət etmişdir. İddiaçı həmçinin məhkəmə iclasında 2884 manat məbləğində qızıl zinət əşyaları müqabilində nəyə görə cavabdehdən 300 manat pul istəməsi ilə bağlı suallara da məntiqi cavab verə bilməmişdir. Bir sözlə iddiaçı cavabdehə hər hansı qızıl əşyasının verməsini sübut etməmişdir.
5. Lakin cavabdeh Xv məhkəmə iclasında iddiaçıdan 2 dənə xırda qızıllar alıb öz adından lombardda girov qoyduğunu bildirmişdir. Hə min qızıllar X yanında tərəzidə çəkilmiş və pulla dəyəri təxminən 300 manat etmişdir. O da həmin pulları alıb elə oradaca X vermişdir. Göründüyü kimi cavabdeh etiraf etmişdir ki, iddiaçının qızıllarını lombardda öz adına girov qoyaraq 300 manat pul almış və həmin pulu iddiaçıya vermişdir. İddiaçı isə cavabdehin qızıla görə aldığı puldan ona yalnız 110 manat pul verdiyini bildirmişdir. Cavabdeh isə yerdə qalan 190 mantın iddiaçıya verilməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə 190 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı hesab etmişdir.
6. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, cavabdeh X4 190 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1093.1, 1093.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-991/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Şükürov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(075)-285/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya sı məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
15. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
19. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)
20. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. (maddə 1091.2)
21. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (maddə 1092.1)
22. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (maddə 1092.2)
23. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. (maddə 1093.1)
24. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. (maddə 1093.2) Mülki Prossesual Məcəllə
25. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
26. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
28. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materi alları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-991/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.