Məhkəmə qərarları › İş №2(102)-164/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-164/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-164/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərər, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-820/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Kəlbəcər rayonundan məcburi köçkündür.

2. Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 Cavabdehnə (bundan sonra – cavabdeh və ya MTK) qarşı qeyriqanuni sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1115/2016 saylı, 19 iyul 2016-cı il tarixli qərardadına əsasən, iddiaçılar İddiaçı və X2 iddiadan və apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qa rşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 55000 manat maddi ziyanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcbur köçkün düşdükdən sonra, 1996-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri, Ət emalı kombinatının ərazisində 82 kv.m-dən ibarət fərdi yaşayış evi tikərək, ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Bu barədə Abşeron Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin və mənzil istismar idarələrinin arayışları da mövcuddur. Ailəsi ilə birlikdə uzun illər yaşadığı sözügedən fərdi yaşayış evi 2014-cü ildə cavabdeh tərəfindən ailə üzvləri evdə olduğu halda sökülmüşdür. Cavabdeh evini sökərkən bild irmişdir ki, onu və ailəsini başqa mənzillə təmin edəcəkdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş və o, məcbur qalıb, sökülmüş evin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələblə bağlı məhkəmə işinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən, cavabdeh və nümayəndəsi təkrar onu aldadaraq, onu və ailəsini evlə təmin edəcəklərinə dair söz vermiş, savadsızlığından istifadə edərək, məhkəmə işindən imtina etməsi barədə ona ərizə yazdırmışlar. Bu dəfə də cavabdeh verdiyi sözə əməl etməyərək, onu və ailəsini mənzillə təmin etməmişdir. Evin sökülməsi zamanı orada olmuş həyat yoldaşı qorxaraq, aldığı sarsıntıdan və həmin xəstəlik nəticəsində 3 il xəstəxanada yatdıqdan sonra 2020-ci ildə dünyasını dəyişmişdir.

6. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia çı ilə aralarında olan ilk mübahisənin üzərindən 6 il keçdikdən sonra eyni əsasla məhkəməyə müraciət edilməsi əsassızdır. İddiaçı tərəfindən məhkəməyə iddia tələbi ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Ona görə ki, iddiaçının qeyd etdiyi ərazidə nə tikilisi olmuş, nə də o, həmin ərazidə yaşamışdır. İddiaçının qohumları həmin ərazidə MTK-ya məxsus ət emalı kombinatının binalarında məskunlaşmış və onlara mənzil veriləcəyi barədə məlumat əldə etdikdən sonra, dərhal iddiaçı həmin qohumlarının yanında özbaşına olaraq məskunlaşmağa cəhd etmiş, lakin iddiaçının Bərdə rayonunda qeydiyyatda olması və yaşaması müəyyən edildiyi üçün evlə təmin edilməmişdir. Bundan sonra, iddiaçı ət emalı kombinatının sərhəd ərazisi yaxınlığında torpaq sahəsi zəbt edərək, orada özünə hər cür şəraiti olan yaşayış evi tikib, ailə üzvləri ilə oraya köçmüşdür və hal-hazırda da həmin evdə yaşayır. Bu fakt işdə olan sübutlarla təsdiq olunur.

7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-271/23 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia rədd olunmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının izahatları digər sübutlarla təsdiq edilməmişdir, buna görə də iddia tələbi əsassızdır.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

12. Məhkəmə icraatı gedişində Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir.

13. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Kəlbəcər Rayonu İcra Hakimiyyəti başçısının X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 04 aprel 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçı 2005-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 25-də məskunlaşıb, yaşayır.

14. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının 2009-cu il tarixindən Abşeron rayonu ərazisində qeydiyyatsız məskunlaşdığı, iddiaçının adının 2022-ci il tarixədək Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi dalan 7, ev 5 ünvanında qeyd olunduğu, daha sonra ünvan 1 ünvanında məcburi köçkün kimi qeydiyyata düşdüyü, halhazırda orada məskunlaşdığı qeyd olunmuşdur.

15. Məhkəməyə təqdim edilmiş Cavabdeh MTK-nın 04 may 2023-cü il tarixli, 308 nömrəli arayışında qeyd olunmuşdur ki, X6 yerləşdiyi ərazi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti məhəllə 30 ünvanında yerləşir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-820/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı məhz cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi, bunun nəticəsində iddiaçıya maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübut qismində yalnız müvafiq arayışlara istinad etmişdir. Həmin sənədlər baxılan iş üzrə birbaşa sübutetmə vaistəsi qismi ndə çıxış etmir, həmin halları təsdiq etmir. Başqa sözlə, arayışlar iddiaçı tərəfindən mübahisəli ərazidə fərdi yaşayış evinin öz vəsaiti hesabına tikilməsini, bununla bağlı xərc çəkməsini, ona məxsus fərdi yaşayış evinin mövcudluğunu, həmin evdə yaşaması və məskunlaşmasını, cavabdeh tərəfindən həmin evin sökülməsini, bununla da ona maddi ziyan vurulmasını təsdiq etmir. Təqdim edilən arayışlar şəxsin hansı ünvanda qeydiyyatda olması və ya yaşaması (məskunlaşması) ilə bağlı halları təsdiq edir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlər mübahisə predmeti olan ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı deyil, başqa ünvanda yerləşən fərdi yaşayış evinə aid olmuşdur. Bu baxımından həmin sənədlər əsasında da iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətini iddia ərizəsi və apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır.

21. İddiaçı, həmçinin məhkəməyə əlavə ərizələr göndərək, iş materiallarının saxtalaşdırıldığını, tələbini təsdiq edən sübutların iş materiallarına əlavə edilmədiyini (işdən çıxarıldığını) bildirmişdir. b) İşə şifahi icraat qaydasında baxılması barədə ərizə

22. İddiaçı (vəkili) məhkəməyə ərizələr ünvanlayaraq, işə məhkəmə iclasında şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyası işə şifahi icr aat qaydasında baxılması üçün qanunda müəyyən edilmiş əsaslar müəyyən etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayd a) başa düşülür.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Apellyasiya instansiy ası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

41. İddiaçı məhkəməyə ünvanlandığı ərizələrdə tələbi təsdiq edən sübutlarının saxtalaşdırıldığını və iş materiallarından çıxarıldığını bildirsə, bu hallar iş materialları ilə təsdiq olunmur. Əksinə işdən görünür ki, apellyasiya baxışı iclasları bir neçə dəfə təxirə salınmış, iddiaçının vəsatətləri əsasında müxtəlif orqanlara sorğular verilmiş və cavablar alınaraq iş materiallarına əlavə edilmişdir. İddiaçı sübutların saxtalaşdırıldığı barədə ərizələrini yalnız subyektiv dəlillər və həmin ərizələrə əlavə etdiyi fotosurət (kserosurət) olan arayışlarla əsaslandırmışdır.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaə tə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-820/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar