Məhkəmə qərarları › İş №2(102)-1640/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1640/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1640/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması” tələbi) (Mülki mübahisənin kateqoriyası:Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Kredit müqaviləsi; Kredit müqaviləsi üzrə faizlər; kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləs i üzrə faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-190/2024-009 nömrəli qətnaməsindən iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC (bundan sonra iddiaçı Bank) tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 24% dərəcəsi ilə 35.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi məqsədi ilə Cavabdeh1 borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında zamin olaraq cavabdehlik daşımağı öhdəsinə götürmüş, eyni zamanda mülkiyyətində olan Xırdalan şəhəri, 2 7-ci məhəllə, ev 18V ünvanında yerləşən 4 otaqlı, 23 saylı mənzili ipoteka ilə yüklü etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 saylı kommersiya kredit müqaviləsinə əsasən yaranmış 28772,02 manat əsas, 1036,99 manat faiz borcunun, 500 manat cərimənin, cəmi 30309,01 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub iddiaçı Bankın hesabına köçürülməsi, ödəmənin 26 noyabr 2013-cü il tarixli, 119607-NEDVİJ-2005 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yer ləşən ümumi sahəsi 101,5 kv.metr, yaşayış sahəsi 77,0 kv.metr, yardımçı sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi və ilkin satış qiymətinin 61.000 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində iddiaçı Banka ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin isə Cavabdeh1 verilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi – “Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 ot aqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 61000 manat müəyyən edilsin” hissəsində dəyişdirilmiş; Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 92000 manat məbləğində müəyyən edilmiş; qətnamə – İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 saylı kommersiya kredit müqaviləsinə əsasən yaranmış 28772,02 manat əsas, 1036,99 manat faiz borcu, 500 manat cərimə, cəmi 30309,01 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, ödəmə 26 noyabr 2013-cü il tarixli, 119607- NEDVİJ-2005 saylı, ipoteka mü qaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi, əmlak açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində “Bank VTB (Azəbaycan)” ASC-yə ödənilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi isə Cavabdeh1 Həsəqulu oğluna verilsin” hissələrində dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 məxsus Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101,5 kv.m, yaşayış sahəsi 77,0 kv.m, yardımçı sahəsi 24,5 kv.m olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilmiş, İddiaçı ASC-nin kassasiya şikayəti qalan hissədən təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilərək, Cavabdeh2, Cavabdeh1, X2, X3, X4 və X5 ünvan 2 ünvanında yerləşən 23 saylı mənzildən məcburi qaydada çıxarılmaları və həmin evin boşaldılaraq İddiaçı ASC-yə t əhvil verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh2 arasında bağlanmış 119-557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsi ilə müəyyən edilən pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən həmin müqavilənin şərtlərinə əsasən hesablanmış 14.462,77 manat məbləğində faiz borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə q ətnaməni çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank və Cavabdeh2 arasında 119557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzil ipoteka qoyulmuş və bu barədə 119607-NEDVİJ-2005 saylı, xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlak ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin, borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 07 noyabr 2014-cü il tarixə 28772.08 mana t məbləğində əsas borc, 1036.99 manat məbləğində faiz və 3131 manat məbləğində cərimə, cəmi 32940.07 manat məbləğində borcu qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsi ilə cavabdehdən 119557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli Kommersiya krediti müqaviləsi üzrə ümumilikdə 30.309.01 AZN məbləğində pulun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti 61.000 manat müəyyən edilməklə Xırdalan şəhəri, məhəllə 27,ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli m ənzilə yönəldilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)960/2015 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 61.000 manat müəyyən edilməsi hissəsində Abşeron Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiymətinin 92.000 AZN müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-960/2015 saylı qətnaməsin dən narazı qalan Cavabdeh1 həmin qətnamədən kasassiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2016-cı il tarixli, 2(102)-794/16 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-cı il tarixli, 2(105)960/2015 saylı qətnaməsinin qismən dəyişdirilərək, Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m., yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 85.000 manat müəyyən edilmişdir. Bununla da Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən verilmiş müvafiq icra vərəqəsi icra olunması üçün Abşeron Rayon icra şöbəsinə göndərilmişdir. Həmin icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədində göstərilmiş tələblərin cavabdehlər (borclular) tərəfindən könüllü icrası üçün müddət təyin edilmişdir. Lakin həmin müddət başa çatmış və cavabdehlər (borclular) icra sənədində göstərilmiş tələbləri könüllü icra etməmişlər. Bu səbəbdən icra vərəqəsinin icra edilməsi məqsədi ilə ipoteka predmetlərinin açıq hərracdan satılması üçün müvafiq sifariş verilmiş və həmin sifarişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac təşkil edilərək keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Y- 469 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) Bank VTB (Azərbaycan) ASC olmuşdur. "xxxx" MMC ilə Bank arasında xx.xx.2016-cı il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alqı -satqısı barədə müqaviləyə əsasən Cavabdeh1 məxsus Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101.5 kv.m, yaşayış sahəsi 77.0 kv.m., yardımçı sahəsi 24.5 kv.m. olan 4 otaqlı 23 nömrəli mənzil Banka satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-İ tərəfində verilmiş RX ******* saylı çıxarışa əsasən fərdi yaşayış evi üzərində Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyət hüquqları tanınmışdır. (42 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi:**********). Bundan sonra İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6, X9, X10 və X7 qarşı mənzildən çıxarma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(102)-1920/2 018 saylı qətnaməsi ilə Bankın iddia tələbinin təmin edilməsi, Cavabdeh2, Cavabdeh1, X6, X9, X10 və X1 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən 23 saylı mənzildən məcburi qaydada çıxarılmaları və həmin evin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)408/2015 saylı qətnaməsinin qəbul edildiyi tarixdən icra edilənədək 5 (beş) ilə yaxın müddət keçmişdir. Sözügedən qətnamənin uzun müddət sonra icra edilməsinə səbəb isə cavabdehlər tərəfindən əsassız apellyasiya və kassasiya şikayətlərinin verilməsi, ipoteka predmeti olan əmlakı vaxtında boşaltmamaqlarıdır. Məhkəmə qətnamələrindən görünür ki, cavabdehlərin məqsədi qanuni və əsaslı məhkəmə qətnaməsinin icrasını gecikdirmək olmuşdur. Cavabdehlərin məqsədli hərəkətləri nəticəsində pul öhdəlikləri vaxtında icra olunmamış və bunun nəticəsində kredit müqaviləsinin şərtlərinə əsasən faizlər yığılmışdır. Kredit müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 14462,77 manat borc məbləğində faiz borcu cavabdehlərdən tutularaq Banka qaytarılmalıdır.

9. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi.

10. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Bankın cavabdehlərə qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. 11.Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus borc pul məbləğindən hər hansı şəkildə faydala nması və ya həmin məbləği əsassız əldə etməsi sübuta yetirilmədiyindən, digər cavabdeh isə ipotekaqoyan olduğundan və onun məsuliyyəti ipoteka predmeti ilə məhdudlaşdırıldığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 445.7, 449.1, 448.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsin dəki birinci icraat:

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2789/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyevin sədrliyi və məruzəsi ilə, Gülnarə Tağızadə və Lətifə Məmmədovadan ibarət tərkibdə) iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilmə mişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası borclu tərəfindən gecikdirildiyindən yaranmış borc məbləği həmin öhdəliyin təminatı olan ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması yolu ilə ödənilmişdir. İpoteka predmetlərinin satışından əldə olunan vəsaitin borc məbləğinin ödənilməsinə kifayət etməməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etmədiyi kimi bu barədə tələb də irəli sürməmişdir. İpoteka predmeti iddiaçı bankın mülkiyyətinə verildiyindən bu müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Hazırki halda cavabdehlərin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Mülki Məcə llənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi kimi qiymətləndirilə bilməz.

16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.3, 385.1, 445.2.1, 445.2.2, 445.7, 448.2, 449.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

17. Qətnamədən iddiaçı Bank kassasiya şikayəti vermişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1347/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev - məruzəçi, Elşanə Vəliyeva və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

19. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının dəlillərinə tam hüquqi qiymət verilməmiş, mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, hazırki iddia tələbinin əsasını ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etməməsi və ya cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir.

20. Belə ki, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.

21. Bu zaman məhkəmə iddiaçının faiz qismində tələb etdiyi məbləğin kredit vəsaitindən kredit müqaviləsi üzrə müəyyən edilmiş istifadə haqqı, yaxud zərər olduğu barədə məsələləri araşdırmalıdır

22. Belə ki, Konstitusiya Məhkəməsinin həmin mövqeyi hazırki iddiaya tətbiq edilməklə qeyd olunmalıdır ki, iddiaçının kredit vəsaitindən istifadə haqqı olaraq kredit müqaviləsinin müddəti bitdiyi tarixədək, qətnamə ilə müəyyən ol unan məbləğ həmin tarixdən əvvəl ödənildiyi halda isə - qətnamənin tam icra tarixədək - müqavilə üzrə müəyyən olunmuş faizləri, müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üçün - faiz formasında zərəri tələb etmək hüququ vardır.

23. Həmçinin məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir. Hazırkı işdə isə birinci instans iya məhkəməsi Mülki Məcəllənin 447.5-ci maddəsini düzgün tətbiq etməmiş, həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyərək Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafarinin sədrliyi və məruzəsi ilə, Şəmsəddin Abasov və Telman Məmmədovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh2 119-557- 1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə hesablanmış 14462 manat 77 qəpik məbləğində faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd edilməsi qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış, müqavilə xx.xx.2016-cı il tarixədək qüvvədə olmasına baxmayaraq, borc xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir.

26. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 24 dekabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyini hazırkı iddiaya tətbiq edilməklə qeyd edir ki, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin ic rası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7. maddəsinin tələbi baxımından müqavilə üzrə müəyyən edilmiş 14.462,77 manat faiz borcu Cavabdeh2 tutulmalı və alınaraq iddiaçıya verilməlidir.

27. İddiaçı zaminə qarşı iddia tələbi ilə müraciət edərkən qanunvericilik ilə nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış müqavilə 3 il müddətinə, yəni xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək bağlanmış, bununla zaminə qarşı tələbi xx.xx.2017-ci il tarixdə bitdiyi halda, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da 1 illik kəsici müddəti ötürmüşdür.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublika sının Mülki Məcəlləsinin 354.2-ci, 445.7-ci, 470.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. d)Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:

29. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli 2(105)- 1207/2022 nömrəli qətnaməsinin iddia tələbinin Cavabdeh1 aid hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilərək 14.462,77 AZN məbləğində faizin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutulması və ona ödənilməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsindən irəli gələn və məhkəmə qərarı ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 14.462,77 AZN məbləğində faiz borcu Cavabdeh2 tutulmaqla yanaşı Cavabdeh1 da tutulmalı və Banka ödənilməlidir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5775/2022 nömrəli iş üzrə 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfovun məruzəsi ilə, İsmayıl Xəlilov və Ələsgər Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmışdır. e)Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat:

33. Cavabdeh2 apellyasiya instansiya məhkəməsinin 2(105)-1207/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən – ondan 119-557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə hesablanmış 14462 manat 77 qəpik məbləğində faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Banka ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2711/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev- məruzəçi, Mehparə Əhmədova və Vidadi Məmmədov) kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 2(105)- 1207/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. f)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:

35. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-190/2024 nömrəli, 15 yanvar 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov sədrliyi və məruzəsi ilə, Zaur Məmmədov və Almaz Süleymanova ibarət tərkibdə) iddiaçı Bankın apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh2 münasibətdə tamamilə ləğv edilmişdir və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməsi, Cavabd eh2 illik beş faiz hesablnmaqla 2341.75 (iki min üç yüz qırx bir manat 75 qəpik) manat tutularaq (alınaraq) iddiaçı Banka ödənilməsi qət edilmişdir. İddia Cavabdeh2 münasibətdə qalan hissədə təmin edilməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, baxılan işdə birinci instansiya məhkəməsi iddianı rədd edərkən, qət etdiyi qətnamədə tələb edilən faizin “borc pul məbləğindən hər hansı şəkildə faydalanmama” kimi adlandırsa da iddiaçının tələb etdiyi 14.462,77 manatın müqavilə, yoxsa gecikdirmə faizi olmasına ümumiyyətlə qiymət verməmişdir.

37. Apellyasiya şikayətinin dəlillərini, həmçinin Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişlər əsasında araşdırmanı davam etdirən kollegiya ilk olaraq müqavilə faizinə dair açıqlama verərək qeyd edib ki, həmin fai z ancaq tərəflər arasındakı müqavilənin qüvvədə olduğu dövr üçün tələb edilə bilər. Müqavilə ləğv olunduqda isə bu faizin hesablanması və tələb olunması yolverilməz sayılır. Ləğvdən sonrakı dövr üçün kreditor faiz formasında zərərin - real zərərin əvəzini və əldən çıxmış faydanı tələb etməyə haqlıdır.

38. Bu hal göstərilən tarixdən də əvvəl, yəni əgər bank bütün borcun qaytarılmasına dair borcluya pretenziya məktubu göndərmişsə həmin tarixdən, bunu etməyibsə ən azı iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixdən sözügedən kredit müqaviləsinin ləğv olunduğuna dəlalət edir. iddiaçı bankın kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair ən azı məhkəmədə (bundan əvvəlki mülki iş üzrə) iddia qaldırdığı tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün Cava bdeh2 müqavilə faizi tələb etməsi yolverilməzdir

39. Kollegiyanın qənaətinə görə bank həmin tarixdən etibarən borcun tam qaytarıldığı xx.xx.2016-cı ilədək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (ən azı illik beş faizin) ödənilməsini tələb edə bilər.

40. Məhkəmə kollegiyası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərarının 71 və 72-ci bəndlərində qeyd olunanlar üzrə araşdırma apararaq hazırki mübahisədən əvvəlki mülki iş üzrə iddianın nə vaxt verilməsini araşdırmış və müəyyən edilmişdir ki, sözügedən iddia Abşeron Rayon Məhkəməsininə xx.xx.2014-cü il tarixdə daxil olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, əsas borc 28.772,02 manat üzrə öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin- illik beş faizin hesablanması xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı ilədək olan dövrü, yəni 1 il, 7 ay 17 günü əhatə etməlidir.

41. Kollegiya sonda qeyd olunan dövr üzrə illik beş faizin hesablanması ilə bağlı qeyd edib ki, bu açıq riyazi hesablama olduğuna görə xüsusi bilik tələb edən ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi işin süni şəkildə uzanması ilə nəticələnə bilər.

42. Beləliklə açıq riyazi hesablama qaydasında 28772,02 manatın 1 il, 7 ay 17 günə 43. illik beş faizi hesablandıqda alınan məbləğ 2341.75 manat müəyyən edilib (28772,02%5=1438.60 (bir il), 1438.60:12=119.88 (1ay) x 7=835.66 (7 ay), 119.88:30=3.99x17 (gün)=67.49 (17.gün). cəmi məbləğ -1438.60+835.66+67.49=2341.75)

44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllə sinin 385.1, 386.1, 390.1, 421.1, 421.2, 421.3, 443.1, 445.4, 445.7, 739.1, 741-ci maddələrinə istinadla əsaslandırmışdı Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:

45. İddiaçı Bank (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(105)-190/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instnasiyası məhkəməsi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 119557-1-9915/1 nömrəli xx.xx.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh2 is tehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətinə illik 24 (iyirmi dörd) faiz hesablanmaqla 35.000 (otuz beş min) AZN dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 119557-1-9915/1 nömrəli xx.xx.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nin 7.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin imzaları və möhürü olan Tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və “Kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Bank”a tam icra olunduğu andan qüvvədən düşür. Məhkəmə qərarı ilə cavabdehin Banka 07 noyabr 2014-cü il tarixə olan borcun tutulması qərara alınmışdır. Həmin tarixdən qərar icra edilənədək, yəni xx.xx.2016-cı il tarixədək 2 (iki) ildən artıq müddət keçmişdir. Tərəflər arasında bağlanmış 119557-1-9915/1 nömrəli x x.xx.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nin müddətinin bitmə tarixi isə xx.xx.2016-cı ildir. Bank tərəfindən tələb edilən faiz məbləği isə tərəflər arasında bağlanmış 119557-1-9915/1 nömrəli xx.xx.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” qüvvədə olduğu müddətdə hesablanmışdır. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tərəflər arasında bağlanmış kredit müqaviləsində isə bu müqavilə qüvvədə olduğu müddətdə illik 24 % (iyirmi dörd) faiz hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan sübutlardan müəyyən edilir ki, hesablanmış faizlər müqavilə qüvvədə olduğu müddətdə hes ablanmışdır. Göründyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verilməmişdir. Hesab ediblər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuni və əsaslı deyil, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (ha belə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445, 449.1, 449.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını və apellyasiya instansiya məhkəməsinin 2(105)-190/2024 nömrə li, 15 yanvar 2024-cü il tarixli qətnaməsinin yol verilmiş maddi və prosessual hüquq normalarının pozulmasına görə qismən, Cavabdeh2 Çamil oğluna aid hissədə ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan 50. vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları ar asında müqavilə olmalıdır.

52. Maddə 390.1. Fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

53. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

54. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

55. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

56. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

57. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

58. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

59. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

60. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 15.2 məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstəriş lər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qe yd olunan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

73. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır.

74. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmur.

75. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbi t edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

76. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

77. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. B u səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(105)-190/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar