Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1641/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi (qarşılıqlı iddia: müqavilə şərtlərinin dəyişdirilməsi) tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 2(105)-422/2019 saylı, 07 yanvar 2019-cu il tarixli qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(060)-536/2018 saylı qətnaməsi ilə (hаkim A.İ.İsmayılov) İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ilkin iddiasına və Cavabdeh1 İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə ilkin iddia qismən təmin edilmiş, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlə r Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 64,9 kv.m. sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilinə və Cavabdeh2 məxsus 111 mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan s atılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinə olan kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutulması, ipoteka predmetləri olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64,9 kv.m. sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilinin ilkin satış qiymətinin 68.000 manat, Cavabdeh2 məxsus 111 mənzilinin ilkin satış qiymətinin isə 4 8.000 manat müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə və Cavabdeh1 İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-422/2019 saylı, 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov, A.Ə.Abbasov) ilkin iddia üzrə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(060)536/2018 saylı qətnaməsi ilkin iddia üzrə Cavabdeh1 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada cəmiyyəti n xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 63.084,72 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 5691,61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 91.861,48 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 23 nömrəli evin 3 otaqlı 64,9 kv.m. ümumi, 39,4 kv.m. yaşayış, 25,5 kv.m. yardımçı sahədən ibarət olan 31 nömrəli mənzilinə və Cavabdeh2 məxsus 000 mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cava bdehlərin banka olan kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus 000 mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 məxsus 000 mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı X2 açıq səhmdar cəmiyyətinin “Lökbatan” filialı ilə Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə 80.000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və Avro ekvivalentində kredit limiti ayrılmışdır. 21 noyabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə, illik 20% hesablanmaqla 70.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli ipoteka müqavilələrinə əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mi krorayonda yerləşən 23 nömrəli evin 3 otaqlı 64,9 kv.m. ümumi, 39,4 kv.m. yaşayış, 25,5 kv.m yardımçı sahədən ibarət olan 31 nömrəli mənzil və Cavabdeh2 məxsus 000 mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. 16 oktyabr 2017-ci il tarixə Cavabdeh1 İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsi üzrə 63.084,72 ABŞ dolları məbləğində əsas, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 5691,61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 91.861,48 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh1 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti ilə arala rında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-201894-14 saylı kredit müqaviləsinin 1-ci bəndinin dəyişdirilərək bu müqavilə üzrə əsas borc və aylıq faizlərin müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir kimi göstərilməsi, kredit müqaviləsi üzrə hesablanmış cərimə və faiz borclarının silinməsi və kredit valyutasının Azərbaycan manatı ilə ifadə edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin “Lökbatan” filialı ilə bağlanmış 21.11.2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı kredit müqaviləsi üzrə ona 72 ay müddətinə 80.000 manat məbləğində veriləcək günə bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti ayrılmışdır. 21.11.2014 -cü il tarixdə o, bankdan illik 20% ödəməklə, 48 ay müddətinə 70100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təmini kimi ona məxsus 000 mənzili və Cavabdeh2 məxsus 000 mənzili 21.11.2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı ipoteka müqaviləsi əsasında girov qoyulmuşdur. Müqaviləyə əsasən borc və faizlər ödənilən gün qüvvədə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödənilməlidir. Kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilmiş, ödənişlər aparılmışdı. 2015-ci il fevral ayındakı devalvasiyadan sonra o, 1 ABŞ dolları 1 manat 05 qəpik civarında olduğu zamanda da öhdəliklərini yerinə yetirmişdir. Sonrakı devalvasiyalardan sonra manatın məzənnəsi ABŞ dollarına nisbətdə 100 faiz dəyərdən düşərək 1 ABŞ dolları 1 manat 70 qəpik civarında olmuşdur. Beləliklə, 2015-ci il fevral ayından başlayaraq Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100 faiz qiymətdən düşməsi onun həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. O, 23.02.2017-ci il tarixdə İddiaçı X2 açıq səhmdar cəmiyyətinə rəsmi müraciət edərək müqavilə şərtlərinin dəyişdirilməsini təklif etmiş, lakin bu təklifinə cavab verilməmişdir. İddiaçı X2 açıq səhmdar cəmiyyətinin ona hesabladığı əlavə faiz borcu, cərimə borcu kredit müqaviləsinin şərtlərinə və mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından onun borcu şişirdilmişdir. Onun kredıt müqaviləsi üzrə ödədiyi 30.000 ABŞ dolları əsas borcunun azalmasına yönəldilməmişdir. Buna görə də 2015-ci il fevral ayından başlayaraq Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100 faiz qiymətdən düşməs i və İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin qeyri-qanuni tələbləri, əsasən də əlavə hesablamalar onun həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Müqavilə layihəsi ona İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də onun tərəfindən imzalanmışdır. Buna görə də müqavilə Azərbaycan Respublikasının MM-nin 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış əqddir. Eyni zamanda bu müqavilə İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin öz hakimiyyətindən istifadə edərək onun üçün son dərəcə əlverişsiz (kreditin manatla deyil, ABŞ dolları ilə yüksək faizlə verilməsi) şərtlərlə bağlamağa məcbur olduğu əqdir. İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti mülki hüquq normalarına zidd olan şərtlərlə müqavilə bağlamaqla, özünü sığortalamaqla hədd ən artıq gəlir əldə etmək məqsədi ilə onu ağır şəraitə salmışdır. O, əvvəlcədən manatın ABŞ dolları qarşısında birdən-birə 100 faizdən çox ucuzlaşacağını görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Ona görə də müqavilə şərtləri dəyişdirilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə Cavabdeh1 və vəkili Səfərov Eldar İbrahim oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası mə hkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı əsas kredit müqaviləsinin surətindən görünür ki, kreditor hər birinin məqsədi, məbləğ və müddəti hazırki müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq əlavə kredit müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 80.000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və Avro ekvivalentində 72 ay müddətinə borcalana kredit limiti ayrılmasını öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan f ilialı ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 20 faiz olmaqla 70.100 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı əsas kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməsi üçün zaminlər məsu liyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-01894-14 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı əsas kredit müqaviləsinə əsasən veriləcək kredit limitinin və ona hesablanmış faizlərin, habelə qanunvericilikdə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus 000 ipoteka ilə yüklü edilmiş, mənzil 60.000 manat qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ22-0-1 894-14 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı əsas kredit müqaviləsinə əsasən veriləcək kredit limitinin və ona hesablanmış faizlərin, habelə qanunvericilikdə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 4 nömrəli evin 2 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş, mənzil 50.000 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qe ydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 000 yaşayış, 25,5 kv.m. yardımçı sahədən ibarət olan 31 nömrəli mənzili Cavabdeh1 adına 07 iyun 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus 000nin ipoteka ilə yüklü edilməsi 22 noyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyat a alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 000 mənzili Cavabdeh2 adına 11 aprel 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cav abdeh2 məxsus 000 mənzilinin ipoteka ilə yüklü edilməsi 22 noyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin 08 may 2017-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 17 may 2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzili üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İşdə olan İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin 08 may 2017-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 17 may 2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 4 saylı evin 2 saylı mənzili üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16 oktyabr 2017-ci il tarixə olan əsas borcu 63084,72 ABŞ dolları, faiz borcu 23085,15 ABŞ dolları, cərimə borcu 5691,61 ABŞ dolları, cəmi borcu 91861,48 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 0193/18/NB saylı, 04 aprel 2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilinin bazar qiyməti 68.000 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 0194/18/NB saylı, 04 aprel 2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 4 saylı evin 2 saylı mənzilinin bazar qiyməti 48.000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2712 saylı, 29 iyun 2018ci il tarixli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alın maqla Cavabdeh1 Ərziman oğlunun 16 oktyabr 2017-ci il tarixə İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinə olan borcu 86168,57 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 63050,98 ABŞ dolları, faiz borcu üzrə 23117,59 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş v ermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğ inin kreditora ödənildiyi günə qədər tutulur. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materiallarında olan İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı əlavə kredit müqaviləsinin 5.3-cü və 6.1-ci bəndlərinə əsasən Cavabdeh1 kredit 48 ay müddətinə illik 20 faiz dərəcəsi olmaqla verilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 sayl ı zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər borclunun kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Həmin müqavilələrin 4.1-ci bəndinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. -270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. -295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. ö hdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı ipoteka müqavilələrinin 10.1.1 və 10.1.2-ci bəndlərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müq avilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 21 dekabr 2014-cü il tarixdən başlayaraq hər ay əsas və faiz borcu ilə birlikdə 2133,17 ABŞ dolları, sonuncu ay isə 2133 ABŞ dolları ödəniş etməlidir. Lakin iş materiallarında olan maliyyə arayışından, hesabdan çıxarışdan və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 ödənişləri qrafik üzrə aparmamış, 17 dekabr 2015-ci il tarixdən sonra ödəniş etməmişdir. Qeyd edilən hallar cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmadığından apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də i nkar edilmədiyindən İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi və ipoteka predmetlərinin açıq hərracdan satılması barədə bi rinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 qarşılıqlı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə istinad etmiş və apellyasiya şikayətində 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-01894-14 saylı kredit müqaviləsinin 1-ci bəndinin dəyişdirilərək bu müqavilə üzrə əsas borc və aylıq faizlərin müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir kimi göstərilməsini və kredit valyutasının Azərbaycan manatı ilə ifadə olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəf lər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. İlkin iddia üzrə Cavabdeh1 apelyasiya şikayətinin kredit valyutasının Azərbaycan manatı ilə ifadə olunması dəlilinə münasibətdə qeyd etmişdir ki, İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinin Lökbatan filialı ilə bağlanmış 21 noyabr 2014-cü il tarixli, 19-SMEGZ2-2-01894-14 saylı əlavə kredit müqaviləsinin 7.5-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar müəyyən olunmuş müddətdə ABŞ dolları ilə həyata keçirilir. İlkin iddia üzrə Cavabdeh1 apelyasiya şikayətində kredit müqaviləsi üzrə hesablanmış cərimə və faiz borclarının silinməsini xahiş etdiyindən apel yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə hesablanmış cərimə və faiz borclarının silinməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasib ətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-422/2019 saylı, 07 yanvar 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1641/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1641/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver