Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1642/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: su bərəsinin bərpa edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1635/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Tərəflər Ucar rayonu, Boyat kəndinə qonşu olmaqla yaşayır və onlar arasında həyətyanı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su bərəsindən istifadə ilə əlaqədar mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin fevral ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun həyətyanı sahəsinə gələn su bərəsinin qonşusu olan cavabdeh tərəfindən doldurulub şəxsi torpaq sahəsinə keçirilməsini əsas göstərməklə torpaq sahəsinə gedən su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-14/2019 nömrəli, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: H.İ.Xəlilov) iddia təmin edilmişd ir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin işdəki sübutlara düzgün qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan çıxarılmasını, işdəki mütəxəssis və ekspert rəyləri arasında ziddiyyətlərin olmasını və s. əsas göstərərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-37/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(063)-14/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə q əbul edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3629/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qərarı ilə hakimlər – M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və İ.K.Xəlilov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-37/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1635/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.R.Rəfiyev (sədrlik edən və məruzəçi) E.Ş.Hüseynov və V.İ.Məlikov) Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(063)-14/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, on dan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM -nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslı olması barədə nəticəyə gələrkən iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkə zinin 06 noyabr 2020-ci il tarixli ekspert rəyində cavabdeh tərəfindən iddiaçının naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsinin cavabdeh tərəfindən çəpərlənməsini, həmin hissənin cavabdehin deyil, bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsini, həmçinin 01.05.2018-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin izahat verərkən iddiaçının onlardan sonra həmin yerə köçməsini, hər bir şəxsin özünün ayrıca su bərəsinin nəzərdə tutulmasını, əvvəlcə onların icazəsi ilə ağacların suvarılması üçün iddiaçının onların su bərəsindən istifadə etdiyini, sonradan özlərinin bərələrini qazmadıqlarını və onun əkin yerinə ziyan gətirdiyi üçün icazə vermədiyini bildirməsini, 28.11.2019-cu il tarixində keçirilmiş məhkəmə iclasında da cavabdehin sədrli k edənin sualına cavab olaraq mübahisəli su bərəsinin 2018-ci ilin yanvar ayında düzlənməsini bildirməsini və 20 ildir ki, iddiaçı tərəfindən su bərəsinin onun razılığı ilə istifadə olunmasını bildirməsini əsas göstərmiş və gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 152.5, 560.1 və 170.2-ci maddələrinə əsaslanmışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə işdəki sübutlara düzgün qiymət verməklə və maddi hüquq normalarının qüvvəsini düzgün tətbiq etməklə gəldiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1635/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1642/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1642/2022
16.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver