Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1643/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9934/2018 nömrəli iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) 25 iyun 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Ca vabdeh2 birgə qaydada 13.11.2013-cü il tarixli, 49MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 15.11.2013-cü il tarixli, 49MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə 9925,07 ABŞ dolları əsas borc, 79,39 ABŞ dolları faiz borcu, 27,76 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10031,22 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının əvəzinin alınaraq «xxxx» KB ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 37342 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «xxxx» KB ASC-yə olan kredit borclarının ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Abiddin Hüseynov) 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 25 iyun 2018-ci il tarixli qət naməsi apelyanta münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 13.11.2013-cü il tarixli 49MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 15.11.2013-cü il tarixli 49MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 9925,07 ABŞ dolları, faiz borcu üzrə 78,39 ABŞ dolları, cərimə borcu üzrə 27,76 ABŞ dolları, cəmi 10031,22 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına da ir xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışmdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 15.11.2013-cü il tarixli 49MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə 10031,22 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 28000,00 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiya sı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəfllərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanması, vəsaitin verilməsi, cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi işin mübahisəsiz hallarıdır. Birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində məhkəmə iclaslarında iştirakının təmin edilməməsini, borca görə hesablanmış məbləğin səhv hesablandığını qeyd etmişdir. İş materiallarında olan 05.06.2018-ci il tarixli (sifarişli poçt) reyestrdən görünür ki, cavabdehlərə məhkəmənin iclasları barədə məlumat verildiyinə baxmayaraq onlar, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh apellyasiya icraatı zamanı da, məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kredit müqaviləsi üzrə faiz və qalıq borc məbləğinin artıq hesablanılması ilə bağlı dəl ilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, ödənişlər müqavilə şərtlərinə uyğun olaraq silinmiş, cavabdeh tərəfindən edilmiş ödənişlərin əsas borc əvəzinə faiz borcdan çıxılmasına və borcun düzgün hesablanılmamasına ehtimal verən hallar yoxdur. Bununla yanaşı, cavabdeh faiz və qalıq borc məbləğlərinin düzgün hesablanmaması barədə heç bir sübut təqdim edə bilməmiş, sadəcə formal əsaslar gətirməklə qətnamənin əsassız olduğunu qeyd etmiş, həmçinin etirazının araşdırılması ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin borcunun müqavilə şərtlərinə uyğun olaraq hesablanılması iş materiallarında olan hesabdan çıxarışla təsdiq olunduğundan və əksini ehtimal edən halları göstərən sübut təqdim olunmadığından məhkəmə cavabdehin bu dəlilini əsassız saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətində məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmamasını qeyd etmişdir. Lakin məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarına cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması barədə xəbərnamə əlavə edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilməd ən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9934/2018 nömrəli iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1643/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1643/2019
15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver