Məhkəmə qərarları › İş №2(102)-1644/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1644/2019

01.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1644/2019 01.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İKB ASC-nin vəkili Vəkil və Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli, 2(103)-10652/2018 nömrəli qətnaməsindən Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) 02.07.2018-ci il tаrix li, 2(011)4400/2018 saylı qətnaməsi ilə İddiaçı İKB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 3497.59 ABŞ dolları əsas borc, 1148.41 ABŞ dolları faiz borcu, 558 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 5204 ABŞ dollarının (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, Cavabdeh 10 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) 08.10.2018-ci il tarixli, 2(103)-10652/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xə tai Rayon Məhkəməsinin 02.07.2018-ci il tаrixli qətnaməsinin dəbbə pulunun məbləği hissəsində dəyişdirilməsi, tutulmalı olan dəbbənin məbləğinin 100 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin apelyanta aid qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə araşdırması zamanı mübahisənin həllinə qeyri-obyektiv yanaşılmış, işin mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, bank ilə cavabdeh arasında bağlanmış kredit müqavil əsinin müddəti 15.07.2016-cı il tarixdə bitmiş, məhkəmə həmin tarixə olan faiz borcu hissəsinin 1148.41 ABŞ dolları olması qənaətinə gəlmiş, apellyasiya kollegiyası isə məhkəmənin həmin mövqeyini əsaslı hesab etmişdir. Halbuki hər iki məhkəmə instansiyasında məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinin zəruriliyi vurğulansa da, buna əhəmiyyət verilməmişdir. Həmçinin iddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmamış, cərimə borcu da düzgün hesablanmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli, 2(103)-10652/2018 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılma sının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Quliyeva Aytən Qəhrəman qızı kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı İKB ASC-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli, 2(103)-10652/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: A zərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad etməklə birinci instiansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəbbə pulu hissəsində dəyişdirilməsi qənaətinə gəlmiş və qənaətini onunla əsaslandırmışdır ki, dəbbə pulu işin hallarına və cavabdehin hazırkı maddi durumuna tənasüb deyil. Beləki, kredit ABŞ dolları ilə verilmişdir. Keçən müddət ərzində Azərbaycan manatı ABŞ dolları qarşısında ucuzlaşmışdır. Bu halın isə cavabdehin ödəmə qabiliyyətinə pis təsir etməsi istisnasızdır. Ona görə məhkəmə kollegiyası tərəflərin əmlak mənafelərini, əsas məbləğ in həcmini və tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun (cərimənin) məbləğinin 100 ABŞ dolları məbləğində müəyyən edilməsi həm ədalətli olar, həm də işin hallarına uyğun olar. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı yoxlama apararkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halını müəyyən etməmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli, 2(103)10652/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar