Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1644/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayəti ilə mübahisələndirilən məbləğ tələb olunan məbləğdən az olduğuna görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-xxx/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(107)-xxxx/2022 nömrəli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-xxx/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(107)-1218/2022 saylı qətnaməsini ləğv edərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edildi ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətindən müəyyən olunur ki, mübahisələndirilən məbləğ 4500 manatdır. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 402-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlü yünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Azərbaycan Respublikasının MPM-in 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci maddəsinin tələbinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərba ycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(107)-xxxx/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1644/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1644/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver