Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1645/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, faktın etirafı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2175/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 105.000 (yüz beş min) ABŞ dolları pulun ödəniş gününə olan milli manata məzənnəsində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı kürəkəni olmaqla sonuncudan müxtəlif vaxtlarda aralarında heç bir rəsmiləşdirmə olmadan borc pul almışdır. İddiaçı Cavabdeh verdiyi borcun qaytarılmasını istədikdə sonuncu müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Cavabdeh İddiaçı borclu olduğu 105.000 (yüz beş min) ABŞ dolları pulu qaytarmadığından sonuncu Bakı şəhəri Nəsimi rayon Poli s İdarəsinin 20-ci polis bölməsinə müraciət etmişdir. Cavabdeh polis bölməsində verdiyi izahatında İddiaçı 105.000 (yüz beş min) ABŞ dolları məbləğində deyil, 50.000 - 60.000 ABŞ dolları məbləğində borcu olduğunu qeyd etmişdir. Polis bölməsində araşdırma aparıldıqdan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 müalicə alan Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, onun İddiaçı 105.000 (yüz beş min) ABŞ dolları məbləğində deyil, 50.000-60.000 ABŞ dolları məbləğində borcu vardır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3831/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı pulun qa ytarılması tələbi qismən təmin edilib, Cavabdeh 60000 (altmış min) ABŞ dolları pul ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh həm Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20ci polis bölməsində aparılan araşdırma zamanı verdiyi izahatında, həm də, məhkəməyə göndərdiyi ərizədə İddiaçı 100500 (yüz beş min) ABŞ dolları məbləğində deyil, 50.000-60.000 ABŞ dolları məbləğində borclu olmasını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı 105.000 ABŞ dolları məbləğində pulun Cavabdeh borc qismində verməsinə dair iddia tələbi üzrə təqdim etdiyi sübutlarla iddia tələbini tam hissədə sübuta yetirə bilmədiyindən, yalnız Cavabdeh izahatında 50.000-60.000 ABŞ dolları məbləğində borclu olmasını etiraf etdiyindən, iddia etiraf və sübut edildiyi hissədə, yəni 60.000 ABŞ dolları məbləğində təmin edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3831/2019 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Elman Rəhimov və Lətimə Məmmədova) xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)2175 /2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3831/2019 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin edərkən düzgün nəticəyə gəlmiş, cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 202 0-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci İnstansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmış, iş üzrə sübutlar təqdim etməyə şərait yaradılmamışdır. İş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ona göndərilən elektron bildirişdə məhkəmə iclasının vaxtını səhv oxuduğun görə məhkəməyə zəng vuraraq prosesin təxirə salınmasını xahiş etsə də, işə onun iştirakı olmadan baxıldığından apellyasiya şikayətində qeyd edilən faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sonradan cavabdeh kassasiya şikayətinə əlavə ilə məhkəməyə müraciə t edərək qeyd etmişdir ki, qayınanasından hissə-hissə 44900 ABŞ dolları, 8850 manat və 2100 Avro pul alıb, manat və Avro ilə olan borcu tam, ABŞ dolları ilə aldığı borcdan isə 18.400 ABŞ dolları qaytarmışdır. İddia tələbində göstərilən məbləğ yalandır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüquq unu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tər əflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 vasitəsilə məhkəməyə göndərdiyi iki ərizəsində iddiaçıdan 50.000-60.000 ABŞ dolları borc alması faktını etiraf etmiş və bununla da Mülki Prossesual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən iddiaçını gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan borc pul aldığını və həmin borcun q aytarılması barədə faktları apellyasiya məhkəməsində açıqlayacağını bildirmiş, lakin borcunun tam və ya qismən qaytarılması barədə həmin məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Kasasiya şikayətində cavabdeh ona göndərilən elektron bildirişdə məhkəmə iclasının vaxtını səhv oxuduğunu və məhkəməyə zəng vuraraq prosesin təxirə salınmasını xahiş etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxıldığından apellyasiya şikayətində qeyd edilən faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, cavabdehin məhkəmə iclasının təxirə salınması barədə işdə hər hansı vəsatəti və ya teleqramı mövcud deyildir və apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2-ci maddəsinə istinad edərək işə onun iştirakı olmadan baxılması nəticəsinə gələrkən hər hansı prosses ual hüquq normalarını pozmamışdır. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2175/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilmiş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.