Məhkəmə qərarları › İş №2(102)-1647/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1647/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1647/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçılardan İddiaçı1, X1, İddiaçı4, İddiaçı5 və onların vəkili X2 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 15 aprel 2019-cu il t arixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(012)-801/19) iddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov-sədrlik edən və məruzəçi, F.Məmmədov və A.Abbasov, iş № 2(105)-3405/19) apelyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsi nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 və İddiaçı5 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətindən gördükləri təmir-tikinti işlərinə görə cavabdeh tərəfindən onlara ödənilməmiş 276352 manat əsas pul məbləğinin, onlara verilməli olan əsas pul məbləğini qanunsuz və əsassız özündə saxlayıb faydalandığına görə cavabdehdən qətnamənin çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflər in izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçılardan İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və iddiaçıların vəkili F.Süleymanov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya sı məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçılardan İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və iddiaçıların vəkili F.Süleymanovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı,Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçıların tələbi gördükləri təmir-tikinti işlərinə görə ödənilməmiş 276.352 manat əsas pul məbləğinin və həmin məbləğdən faydalanmağa görə bank faizinin cavabdehdən tut ulması barədədir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 2016-2017-ci illərdə cavabdehlə bağladıqları şifahi podrat müqaviləsinə əsasən cavabdehə məxsus istehsalat binalarında və s. tikililərdə müvafiq təmir-tikinti işləri aparmış, lakin onların və eləcə də işə cəlb olunmuş çoxsaylı fəhlələrin əmək haqları tam şəkildə ödənilməmişdir. Cavabdeh iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş və apelyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.1-c i maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh oluns un, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iddianı rədd edərkən iddiaçılarla cavabdeh arasında podrat və ya əmək müqavilələrinin bağlanmasının sübut olunmamasına və təmir-tikinti işlərinin “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında sonuncu tərəfindən 2014-2015-ci illərdə aparılmasına, görülən işlərin dəyəri kimi 784 000 manat məbləğində pul vəsaitinin həmin MMC-yə ödənilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə əsl həqiqətin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulan tədbirlər görməmiş, bununla bağlı hər hansı təşəbbüs göstərməmiş, sübutların müstəqil əldə olunmasında çətinlik çəkən iddiaçılara Azərbaycan Respublikası MPM-nin 14.1 və 78.2-ci maddələri ilə nəzərdə tutulmuş qaydada prosessua l yardım etməmişdir. İddiaçılar cavabdehin sifarişini özünü MMC-nin səlahiyyətli şəxsi kimi təqdim edən Akif Rəhimov vasitəsilə yerinə yetirdiklərini və əmək haqlarının həmin şəxs və eləcə də Rəna adlı xəzinədar tərəfindən ödənildiyini, bununla əlaqədar əmək haqqı cədvəllərinə imza etdiklərini göstərsələr də, cavabdeh həmin şəxslərin MMC-də çalışmadıqlarını bildirdiyinə görə məhkəmə istinad olunan dəlili sübut olunmamış hesab etmişdir. Halbuki, mübahisə mövzusu çoxsaylı insanların əmək müqaviləsi bağlanmadan işə cəlb olunmaları ilə bağlı olduğundan işə baxan məhkəmə bu sahədə səlahiyyətli dövlət orqanı kimi X4 işdə iştirak etməyə cəlb etməli, bu məsələlərin həmin təşkilatda araşdırılıbaraşdırılmadığını, eləcə də Akif Rəhimovun və Rəna adlı şəxsin cavabdeh ASC-də işləyibişləmədiklərini Müfə ttişlik vasitəsilə öyrənməli, həmin məsələlərin məhz həmin təşkilat tərəfindən araşdırılıb məhkəməyə məlumat verilməsini təmin etməli idi. Eləcə də, cavabdehin istinad etdiyi “xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmaqla onunla cavabdeh arasında həqiqətən də podrat müqaviləsi bağlanıb-bağlanmaması, həmin şirkət tərəfindən iddia tələbində göstərilən tikililərdə hər hansı təmir-tikinti işləri aparılıb-aparılmadığı, aparılmışdırsa görülən işlərin dəyərinin hansı formada – nəqd, yoxsa köçürmə (hesablaşma hesabı) qaydasında ödənilməsi müəyyən edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olm alarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olması ilə bağlı normanın mövcudluğu məhkəməni həmin Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin icrasından azad etmir. Həmin maddəyə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, gör üləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərərkən tərəflər arasında barşığın mümkün olub-olmadığını da müzakirə etməli, onlara mübahisəni sülh yolu ilə bitirmək, barışıqla həll etmək hüquqları olduğunu izah etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinin tələbinə görə məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna olmaqla, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi öz qətn aməsini sübut növlərindən biri kimi cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla əsaslandırmış olsa da, məhkəmə iclas protoklunda belə bir izahata rast gəlinmədi. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən iddiaçıların, yaxud onlardan hər hansı birinin vergi ödəyicisi olub-olmadıqları da aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq mübahisənin məhkəmə aidiyyəti üzrə səlahiyyətli məhkəmədə baxılıb-baxılmadığına qiymət verilməlidir. Məhkəmə kollegiyası habelə hesab edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən apelyasiya və kassasiya şikayətlərinin əsas dəlillərindən biri olan ekspertiza keçirilməsi məsələsi də müzakirə olunmalı və belə bir zərurətin olduğu müəyyən edildiyi təqdirdə müvafiq ekspertiza təyin olunmalıdır. B elə bir ekspertizanın keçirilməsi ən azından təmir-tikinti işlərinin nə vaxt – iddiaçıların göstərdiyi 2016-2017-ci illərdə, yoxsa cavabdehin qeyd etdiyi 2014-2015-ci illərdə aparıldığını müəyyən etmək baxımından əhəmiyyətli olardı. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını n düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən işdə iştirak edən şəxslərdən hər ha nsı birinin əməlində (hərəkətlərində) cinayət tərkibinin əlamətləri müəyyən edilərsə bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 oktyabr 2019-cu il tarixli, 2(105)-3405/19 saylı qətnaməsi ləğv olunsun və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar