Məhkəmə qərarları › İş №2(102)-1647/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1647/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1647/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-346/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin anası X8 xx.xx.2001-ci ildə vəfat etmiş, ondan miras qalmış Şəmkir şəhəri, M.Rəsulzadə küçəsi, 101 ünvanında yerləşən 0.0948 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən ibarət əmlak miras qalmışdır. 2. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh X5 vərəsəsi kimi tanınmış, miras əmlak Cavabdeh mülkiyyətinə keçmişdir.

3. Cavabdeh mülkiyyətində olan miras əmlakı xx.xx.2021-ci il tarixdə X6 60000 manata satmışdır. Alğı-satqı müqaviləsi Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir.

4. İddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh, X9, Şə mkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin miras əmlakın faktiki qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1004/2022 nömrəli qətnaməsi ilə iddia qismən edilmiş, ünvan 1 ünvanında yerləşən mərhum X4 miras qalmış 0.0948 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.5 kv.m olan fərdi yaşayış evin dən ibarət miras mülkdən Cavabdeh tam pay hüququ verilməsinə dair Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 2V-291 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin miras mülk üzərində Cavabdeh mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı1 və İddiaçı2 həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmaları və həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakdan İddiaçı1 payı 1/2 hissədə, İddiaçı2 payı 1/2 hissədə müəyyən edilməsi, iddia tələbinin miras əmlakın Cavabdeh X1 dair Şəmkir rayonu 1 saylı notariat ofisi ndə xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə təmin edilməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 gələcəkdə xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi qət edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)2355/2022 nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1004/2022 nömrəli qətnaməsinin İddiaçı1 və İddiaçı2 həmin miras əmlaka qan un üzrə vərəsə tanınmaları və miras əmlakı faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakdan İddiaçı1 payı 1/2 hissədə, İddiaçı2 payı 1/2 hissədə müəyyən edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, X4 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,0948 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182,5 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın birinci növbə vərəsələr İddiaçı1, X7 və Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda hər birinin payı 1/3 hissədə müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)23 55/2022 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1529 saytlı qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onların xeyrinə 40.000 manat pul vəsaitinin və 210 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışdırlar ki, cavabdeh - qardaşları Cavabdeh mərhum anaları X4 miras qalan, ünvan 3 ünvanda yerləşən mülkü onlardan xəbərsiz olaraq təkbaşına adına keçirmiş, faktiki olaraq 80000 manata, notaria tda təsdiq edilmiş müqavilədə 60000 manata X3, miras əmlakın satılması ilə bağlı cavabdeh onlara heç bir ödəniş etməmiş, buna görə də aralarında vərəsəlik və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mübahisə yaranmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və evin Cavabdeh adına aparılmış xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydiyyat sənədi ləğv edilmiş, onlara həmin miras mülkdən 2/3 pay, cavabdehə isə 1/3 pay verilmiş, lakin iddialarının Nizami ilə Elgün Musabəylinin mülkə dair bağladıqları alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi rədd edilmişdir. İşə onların apellyasiya şikayəti əsasında baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixl i qətnaməsi ilə də alğı-satqı müqaviləsi qüvvəsində saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə vəziyyətdə onların Cavabdeh miras evin satışından əldə etdiyi məbləğin 2/3 hissəsini, yəni 40.000 manat tələb etmək hüququ qalmışdır. Vərəsəlikdə payların bərabər olmasına dair mübahisə açılmasına ehtiyac olmamışdır. Mübahisəyə baxan məhkəmələr bu məsələni həll etmişlər. Evin satışından 60.000 manat əldə etmiş cavabdeh həmin məbləğin 40.000 manatını (2/3 pay) onlara verməli idi, həmin pay onların mülkiyyətinə keçmişdir.

10. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1983-cü ildə xaricdən ölkəyə gəlmiş və bundan sonra anasın dan qalan evi təmir etdirmiş, sonra evlənmiş və yoldaşı ilə həmin evdə yaşamışdır. Bir müddət orda yaşadıqdan sonra 1983-cü ildə həmin evi qardaşına pay vermişdir. Anaları 2001-ci ildə rəhmətə getmişdir. O, özünə məxsus evi satmışdır və həmin evin iddiaçılara aidiyyəti olmamışdır. O, məhkəmə qətnamələrini əsaslı hesab etməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

11. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-2477/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Rəşad Mustafayev).

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1, X7 və Cavabdeh hər birinin 1/3 hissədə payı olan miras əmlak, digər payçıların razılığı olmadan satılmasından Cavabdeh 60000 manat pul vəsaiti əldə etmişdir. Cavabdeh tərəfindən miras əmlakın satılmasından 60000 pul vəsaiti əldə edilməsi nəzərə alınmalı, həmin məbləğin hər bir vərəsənin payına uyğun 1/3 olaraq ayrılmalı, cavabdehin iddiaçıların hesabına əsassız olaraq əldə etdiyi 40000 manat ondan alınaraq iddiaçılara verilməlidir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların tələb etdiyi pulun onlara heç bir aidiyyəti olmayıb. Belə ki, o, özünə mülkiyyət hüququ ilə məxsu s olan fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini satmış, həmin pulu müalicə xərclərinə ödəmişdir. Ata anasından miras qalmış əmlakda hazırda iddiaçı olan qardaşı Mirzə yaşamışdır. Məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmamışdır.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-346/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Afiq Hüseynzadə).

17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, etibarsız əqdlər üzrə əv əzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu baxımdan iddiaçı tərəf cavabdeh tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, hazırkı iddia tələbində haqlı olmuş və birinci inst ansiya məhkəməsi düzgün olaraq əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etməklə, iddianı təmin etmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin özünə məxsus evi satması, həmin evin miras evə aidiyyətinin olmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin dəlillər qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təkzib edilmişdir. Belə ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mərhum X4 miras qalmış 0.0948 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.5 kv.m olan fərdi yaşayış evi Cavabdeh tərəfindən Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-2067 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi ilə X2.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki M əcəlləsi

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Avropa İnsan Hüquqları M əhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

37. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh anasından miras qalmış, digər qardaşları İddiaçı1 və İddiaçı2 ilə bərabər paylı mülkiyyəti yaranmış Şəmkir şəhəri, M.Rəsulzadə küçəsi, 101 ünvanında yerləşən 0.0948 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini xx.xx.2021-ci il tarixdə X6 60000 manata satmışdır. X9 vicdanlı əldə edən sayıldığına görə həmin alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə tələb Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1004/2022 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Beləliklə Cavabdeh evdən iddiaçılara düşən hissəyə mütənasib məbləğdə pul vəsaiti əldə etməklə əsassız varlanmışdır.

38. Bu halda işə baxmış məhkəmə tərəflər arasında yaranmlş mübahisəyə Mülki Məcəl lənin əsassız varlanma nəticəsində əldə edilənin qaytarılması barədə 1092-ci maddəsini tətbiq etməkdə haqlı olmuşdur.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-346/2024 nömrəli iş üzrə 1 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar