Məhkəmə qərarları › İş №2(102)-1648/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-1648/2020

24.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1648/2020 24.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-183/2019 saylı qətnaməsindən İddiaçı ASC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC cavabdeh X1 qarşı “kredit borcunun və ona hesablanmış faizlərin qaytarılması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 656,50 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı təşkilatın kassasiya şikayəti icraata qəbul edilərək, işə kassasiya qaydasında baxılması xx xxxx 2020-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. Kassasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib, məruzəçini dinləyib hesab edir ki, kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, kassasiya şikayətinin icraata qəbul edilməsinə dair qərardad ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılmaqla sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən əsas borca görə 1.348,64 manat, faiz borcun a görə 632,02 manat, cəmi 1.980,66 manat pul tələb etmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsində baxılan sözügedən mülki iş üzrə iddianın qiyməti iki min manatdan azdır, yəni 1.980,66 manatdır. Belə olan halda sözügedən qətnamədən kassasiya şikayəti verilə bilməzdi. Azərbaycan Respublikası MPM-nin 417.1, 417.1.7-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul edildiyini müəyyən edərsə, kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edib, mülki işi kassasiya baxışından çıxarmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı təşkilatın kassasiya şikayəti sadalanan maddələrin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, kassasiya şikayətinin icraata qəbul edilməsinə dair qərardad ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı ASC kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, İddiaçı ASC cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” iddiasına dair mülki iş kassasiya baxışından çıxarılsın və sonrakı pr osessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar