Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1649/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın istifadəsindən götürülmüş gəlirin mülkiyyətçilərin paylarına uyğun bölüşdürülməsi və cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon məhkəməsinin (hakim X.Tağıyev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın istifadəsindən götürülmüş gəlirin mülkiyyətçilərin paylarına uyğun bölüşdürülməsi və cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən E.Rəhimov, hakimlər G.Tağızadə, T.Quliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın istifadəsindən götürülmüş gəlirin mülkiyyətçilərin paylarına uyğun bölüşdürülməsi və pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kass asiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia edir ki, 23 il öncə cavabdehə 10 yeşik arı ailəsi vermişdir. Onların aralarındakı razılaşmaya əsasən bu təsərrüfat artırılmalı, sonradan alınmış bəhər tərəflər arasında yarı bölünməli idi. Lakin keçən 23 il ərzində cavabdeh külli miqdarda qazanc əldə etsə də, qazancın və təsərrüfatın yarısını ona verməmişdir. İddiaçı cavabdehin hazırda 263 yeşik arı ailəsinin sahibi olması və onun ötən müddət ərzində 9.073.500 manat gəlir əldə etməsini bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarından məlum olur ki, cavabdeh in hazırda 5 pətək arısı mövcuddur. Lakin bu təsərrüfatın məhz iddiaçının sərmayəsi əsasında təşkil edilməsi ilə bağlı da İddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşdə olan şahid ifadələrinə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, bu ifadələr hazırkı mübahisə üzrə mötəbər sübut hesab edilmir, çünki həmin ifadələrdə təsərrüfatın hansı formada və şərtlərə əsasən qurulması, yatırılmış sərmayənin (pul vəsaitinin) məbləği, tərəflərin paylarının hansı qaydada müəyyənləşdirilməsi barədə heç bir müddəa yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüq uquna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, kassasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1649/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1649/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver