Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-165/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1534/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31913,75 ABŞ dolları, faiz borcu üzrə 4246,26 ABŞ dolları, cərimə borcu üzrə 3748,17 ABŞ doları, cəmi 39908,18 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 9992,59 manat, faiz borcu üzrə 506,8 1 manat, cərimə borcu üzrə 301,84 manat, cəmi 10801,24 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 39908,18 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 10801,24 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydı alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən borcverən borcalana 60 ay müddətinə, xx xxxxx 2019-cu il tarixinədək bu Müqavilə çərçivəsində X3 bağlanıl maqla 1.000.000 manat məbləğində kredit vermək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığına əsasən X3 ilə tənzimlənir. 3. xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh1 12 ay müddətinə, illik 17% ödəmək şərti ilə 70.000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə borcverən əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas b orc məbləğinin illik 360% miqdarında və faizlərin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən faiz məbləğinin illik 360% miqdarında cərimə tədbiq edə bilər
4. Bocverən “xxxx” KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli kredit sazişinə əsasən, kredit müqaviləsinin 1.2 bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18% müəyyən edilməsi, kredit xətti müqaviləsinin müddətinin 12 ay uzaldılaraq xx xxxxxxxx 2017-ci il təyin edilməsi, aylıq ödənişin 11 ay 1.374 ABŞ dolları olmaqla, qalıq məbləğ müddətinə sonuna keçirilməsi şərti ilə 12 ay müddətinə fərdi cədvəl verilməsi, borcverənə qaytarılmasının dövriliyinin müəyyən edən yeni ödəniş cədvəlinin tərtib olunması və həmin cədvəlin kredit müqaviləsinə 1 saylı əlavə hesab edilməsi, bu dəyişikliklər qüvvəyə mindikdən sonra borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 10 təqvim günü gecikdiyi halda borcverən faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytara bilməsi barədə razılığa gəlinmişdir; 5. xx xxxxxxx 2015-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh1 36 ay müddətinə illik 23% ödəmək şərti ilə 20.000 manat məbləğində kredit verməyi, borcalan Cavabdeh1 isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən borcalan kredi tin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə borcverən əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğinin illik 360% miqdarında və faizlərin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən faiz məbləğinin illik 360% miqdarında cərimə tədbiq edə bilər;
6. İpoteka saxlayan "xxxx" KB ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 20/Bİ8/14 saylı İpoteka müqaviləsinə əsasən, xx xxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq X3 üzrə borcalanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evdə yerləşən 13 nömr əli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 170.0000 manat məbləğində qiymətləndirilmişdir;
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 28, 13 saylı mənzil “xxxx” KB ASC qarşısında 60 (altmış) ay müddətində ipoteka ilə yüklü edilmişdir. Əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində xx xxxxx 2014-cü il tarixdə qeydiyyata alınmışdır. 8. "xxxx" KB ASC tərəfindən verilən xx xxxxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 oğlunun 20B8/14-3 saylı kredit müqavi ləsinə əsasən əsas məbləğ üzrə borcu 31.913,75 ABŞ dolları, faiz borcu 4.246,26 ABŞ dolları, cərimə faizləri 3.748,17 ABŞ dolları, cəmi borcu 39.908,18 ABŞ dollar təşkil edir; 9. "xxxx" KB ASC tərəfindən verilən xx xxxxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 oğlunun 20B8/14-4 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 9.992,59 manat, faiz borcu 506,81 manat, cərimə faizləri 301.84 manat, cəmi borcu 10.801,24 manat təşkil edir; 10. 2x xxxxxxxx 2017-ci il tarixli pretenziya məktubunun surətindan görünür ki, Cavabdeh1 banka olan borcunu 10 təqvim günü müddətində tam ödənilməsi,əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; 11. "xxxx" KB ASC tərəfindən Cavabdeh1 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx xxxxxxx 2 017-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlandığı barədə məlumat verilmişdir;
12. Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərindən görünür ki, onlar Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinin “xxxx” Kommersiya Bankına ipoteka qoyulmasına razı olduqlarını və həmin mənzilə tutma yönəldikdə və satıldıqda evi tərk etməyi öhdəliklərinə götürmüşlər; 13. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinin hazırki şəraitdə satış qiyməti 200.000 manat təşkil edir;
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixədək banka olan borcu ümumilikdə 28.910,74 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 25.505,73 ABŞ dolları, faiz borcu üzrə 3.405,01 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixədək banka olan borcu ümumilikdə 13.369,22 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 12.804,74 manat, faiz borcu üzrə 564,48 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir; 15. 1x xxxxxxx 2017-ci il tarixli qəbzlərə əsasən iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə bildirişin qeydiyyatı üçün xidmət haqqı olaraq 20 manat, dövlət rüsumu olaraq 10 manat, cəmi 30 manat məbləğində ödəniş edilmişdir;
16. İddiaçı bildirir ki, “xxxx” KB ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2014cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: xx.xx.2015-ci il tarixli əlavə kredit xətti müqaviləsinə əsasən borcalana 12 ay müddətinə, xx.xx.2016-cı il tarixədək, illik 17% ödəmək şərtilə 70.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 23% ödəmək şərtilə 20.000 manat məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xxxx KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzili “xxxx” KB-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq xxxx KB-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 “xxxx” KB ASC-yə borcu xx.xx.2017-ci il tarixə: xx.xx.2015-ci il tarixli əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31.913,75 ABŞ dolları, faiz borcu üzrə 4.246,26 ABŞ dolları, cərimə borcu üzrə 3.748,17 ABŞ dolları, cəmi 39.908,18 ABŞ dolları, xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 9.992,59 manat, faiz borcu üzrə 506,81 manat, cərimə borcu üzrə 301,84 manat, cəmi 10.801,24 manat təşkil edir. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzili əsas kredit müqaviləsindən irəli gələn ödəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 170.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış e dən mənzildən cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri mümkün olacaq.
17. Cavabdeh2 bildirir ki, onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən uzun müddət ödənişlər həyata keçirilmiş, lakin iddiaçı tərəf ödənişləri dolların manata məzənnəsinə yüksək kursla hesablamış və bu da, əsas borcun və faiz borcunun şişirdilməsi ilə nəticələnmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin çox hissəsi yerinə yetirilmiş, sonda maddi vəziyyətinin pisləşməsi səbəbindən ödəmədə çətinliklər yaranmışdır. Lakin bu qədər əsas borcun və fai z borcunun olması mümkün deyildir. Bank tərəfindən əsassız olaraq edilmiş ödənişlər faizlərə hesab edilmiş, əsas borcdan çıxılmamışdır. Kreditor tərəfindən həm əsas borc, həm də faiz düzgün hesablanmamış, şişirdilmişdir. Həmçinin, cərimə hissəsində məhkəmə düzgün mövqe nümayiş etdirməmişdir, dolların hansı məzənnə ilə hesablanması da müəyyən edilməlidir. Hesab edir ki, borc məbləği müqabilində borcdan qat-qat dəyərli olan ipoteka predmetinə tutmanın yönəldilməsi zərurəti yoxdur, bu halda yalnız borc məbləği tələb edilməlidir Cavabdeh X2 İ.Namazovla eyni məzmunda ifadə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-204/2019 nömrəli, xx xxxxxx 2019-c u il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) İddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 25.505,73 (iyirmi beş min beş yüz beş dollar, yetmiş üç sent) ABŞ dollar məbləğində əsas, 3.405,01 (üç min dörd yüz beş dollar, bir sent) ABŞ dollar məbləğində faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 29.410,74 (iyirmi doqquz min dörd yüz on dollar, yetmiş dörd sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulması, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli, k redit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 9.992,59 (doqquz min doqquz yüz doxsan iki manat, əlli doqquz qəpik) manat məbləğində əsas, 506,81 (beş yüz altı manat, səksən bir qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə olmaqla, cəmi 10.549,4 (on min beş yüz qırx doqquz manat, qırx qəpik) manat məbləğində borc iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində tipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinin ilkin satış qiyməti 200.000 (iki yüz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzili satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1 (bir) ay ərzində həmin evi tərk etmədikləri halda onların, məcburi qaydada çıxarılmaları, Cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manatı və bildirişin qeydiyyatı üçün xidmət haqqı 30 (otuz) manat məbləğində vəsait “xxxx” KB ASC-nin xeyrinə tutulması, iddia digər hissədə təmin edilməmiş, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 55 (əlli beş) manat hissəsi iddiaçı “xxxx” KB ASC-dən, 145 (bir yüz qırx beş) manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsi üzrə kredit borcunun tutulması ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab etmişdir ki, qeyd olunan müqavilə üzrə ekpert rəyində göstərilən məbləğ deyil, iddia ərizəsində tələb olunan 9.992,59 manat məbləğində əsas və 506,81 manat məbləğində faiz borcu, ümumilikdə 10.499,4 məbləğində borc C avabdeh1 “xxxx” KB ASC-nin xeyrinə tutulmalıdır.
20. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı hesab etmişdir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği endirilməli və xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 500 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsi üzrə isə 50 manat məbləğində müəyyən edilməlidir.
21. Birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yöğnəldilnməsinə aid hissəsində hesab etmişdir ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 28 saylı evin 13 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd e tmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 200.000 manat məbləğində müəyyən edilməlidir.
22. Məhkəmə iddia tələbinin mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan cavabdehərin mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd e dir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 28 saylı evin 13 saylı mənzili satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar, məcburi qaydada evdən çıxarılmalıdırlar.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 427.3, 442, 443.1. 448.1, 448.2, 470.1, 471, 472, 739.2, 462.1, 463.1. 465.2, 467, 269.1, 269.7, 269.4, 317.1, 319.1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı “xxxx” KB ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1534/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov-sədrlik edən və məruzəçi, M.Məmmədov və Ş.Məhərrəmova) iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 204/2019 saylı qətnaməsi xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi və xx xxxxxxx 2015-ci il tarixli 20B8/14-4 saylı əlavə kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 xx xxxxx 2014- cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 31504,49 (otuz bir min beş yüz dörd dollar, qırx doqquz sent) ABŞ dolları məbləğində əsas, 4190,10 (dörd min yüz doxsan dollar, bir sent) ABŞ dolları məbləğində faiz borcu, 3000 (üç min) ABŞ dolları cərimə olmaqla, cəmi 38.694,59 (otuz səkkiz min altı yüz doxsan dörd dollar, əlli doqquz sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin xx xxxxxxx 2015-ci il tarixli 20B8/14-4 saylı əlavə kredit müqaviləsi üzrə 200,00 (iki yüz) manat cərimə məbləği iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulması qət edilm iş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instanbsiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza uzrə ekspert əlavə ödənişlərin hansı sənədlə müəyyən edildiyini əsaslandırmamışdır. Apellyasiya kollegiyası qeyd edilən halı nəzərə alıb, iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə hesab etmişdir ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilməlidir. xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən xx xxxxxxxx 2015-ci il tarixli, kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxxxx 2017ci il tarixə banka olan borcu əsas borc üzrə 31504,49 ABŞ dolları, faiz borcu üzrə 4190,10 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli kr edit müqaviləsi üzrə xx xxxxxxxx 2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 12804,74 manat, faiz borcu üzrə 564,48 manat müəyyən olunur. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, ekspertin 3472 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 31504,49 ABŞ dolları məbləğində əsas və 4190,10 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 35.694,59 ABŞ dolları məbləğində borc Cavabdeh1 “xxxx” KB ASC-nin xeyrinə tutulmalıdır.
27. İddia tələbinin xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 3748,17 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 301,84 manat cərimə borcu tələbi ilə bağlı apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin tələbləri qismən təmin etməklə, düzgün qənaətə gəlsə də, cərimənin məbləğinin müəyyən edilməsi zamanı səhv nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi yaranmış borcun məbləğini və onun gecikdirildiyi müddəti nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulunun xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit xətti müqaviləsi üzrə 3000,00 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 200,00 manat həddində müəyyən edilməsi yaranmış mübahisənin ədalətli həlli olardı.
29. İş üzrə Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh şəxs qətnamənin əsas borc və faiz borcu hissəsində dəyişdirilərək həmin məbləğlərin azaldılmasına, cərimənin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində isə qətnamənin ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir, həmçinin bununla bağlı iş materiallarında heç bir əsas müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi ədalət mühakiməsi çək işmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxs, yəni o çağırılıb dindirilmədən, qanunun işə baxıla bilməməsi tələbi nəzərə alınmadan, işdə iştirak edən şəxslərin, bizim halda isə cavabdeh tərəfin öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr düzgün olmamış, xüsusən də, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda qanunun bu prinsiplərini də kobud surətdə pozaraq, öz qərarını irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmayaraq, qərar qəbul etmiş və bununla yanaşı, yalnız iddiaçının qanunsuz iddialarını təmin etmək arzu və fikiri ilə, faktiki heç bir araşdırma aparmadan, tələsik tam qanunsuz və ə sassız qətnamə qəbul etmişdir.
32. Həmçinin kassator qətnamənin əsas borc və faiz borcu hissəsində dəyişdirilərək həmin məbləğlərin azaldılmasına, cərimənin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etdilər
35. İddiaçının vəkili M.Cabbarov məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıı xahiş etdi.
36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlil ləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
38. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi
41. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
42. Borc müqaviləsinə görə, iştirakçılarda n biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
43. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
44. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
45. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
46. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (maddə 443)
47. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
48. Əgər bu Məcəllə ilə və mü qavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
49. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda əhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449)
50. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləş dirir. (maddə 449.2)
51. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. (maddə 449.3)
52. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəb bə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 449.4)
53. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir..(maddə 467) “İpoteka haqqında” Qanun
54. Borclu əsas öhdəliyini icra et6mədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (xx xxxxx 2005-ci ildən xx xxxxxx 2018-ci ilə kimi qüvvədə olan 34-cü maddə)
55. İpoteka saxlay an ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. (xx xxxxx 2005-ci ildən xx xxxxxx 2018-ci ilə kimi qüvvədə olan 39.1-ci maddə )
56. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)
57. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. (maddə 59.3.1) Mülki Prosessual Məcəllə
58. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
60. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
61. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
62. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olma larını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər;. (maddə 417.1.2) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
65. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməısi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, yaranmış borcun məbləği və onun gecikdirildiyi müddət nəzərə alınaraq, dəbbə pulu xx xxxxxxxx 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 3000,00 AB Ş dolları, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 200,00 manat həddində müəyyən edilməlidir.
66. Nəzərə alınmalıdır ki,dəbbə pulu borclunu əsas borc və faiz borcu üzrə öhdəliklərinin icrasında intizamlı olmağa yönəldən məsuliyyət tədbiridr və bu tədbir öz mahiyyətinə görə əsas borcun və faiz borcunun məbləğini aşmamaqla yanaşı cəza tədbiri kimi tətbiq edilməməli, borcun məbləğinə mütənasib bir məbləğ olmaqla borclunu sonrakı öhdəliklərin icrasına sövq etməlidir.
67. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə zidd olaraq xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 20B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə tutulmalı olan 31504,49 ABŞ dolları məbləğində əsas borca münasibətdə tənasübsüz yüksək olan 3000 ABŞ dolları dəbbə pulu hesablamışdır.
68. Belə ki, həmin maddənin tələblərinə görə məhkəmə işin hallarının, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
69. Göründüyü kimi xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 20B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə tutulmalı olan 31504,49 ABŞ dolları əsas borca münasibətdə 3000 ABŞ dolları gecikdirməyə görə hesablanmış faiz borcunun tutulması tənasübsüz olmaqla bərabər aşkar surətdə əsas borcun məbləğinə uyğun deyildir.
70. Beləliklə göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, dəbbə pulu hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən xx xxxxxxxx 2015-ci il tarixli 20B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə tutulmalı olan 31504,49 ABŞ dolları məbləğində əsas borcun məbləğinə mütənasib olaraq 500 ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır.
71. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1534/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehdən dəbbə pulunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx xx xxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 31504,49 (otuz bir min beş yüz dörd dollar, qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borca münasibətdə dəbbə pulu 500 (beş yüz) ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.