Məhkəmə qərarları › İş №2(102)-165/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-165/2022

17.01.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-165/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin tərkib hissəsindən yaşamaq hüququnun tanınması tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: yaşayış evinin tərkib hissəsində yaşamaq hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı4 vəkili Bəkirova Sevda Həbib qızının, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(107)-1192/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı1 ilə X5 25 yanvar 1983-cü il tarixdə nikah bağlamaqla ailə qurmuşlar. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 113 saylı, 09 aprel 2019-cu il tarixli arayışında qeyd olunur ki, İddiaçı1 Maıl oğlu və ailə üzvləri həyat yoldaşı İddiaçı2, oğlu İddiaçı3, qızı X4 və qızı İddiaçı4 Yevlax rayonu Qaraoğlan kəndində yaşayır. Yevlax rayon Təhsil Şöbəsinin 30 may 2019-cu il tarixli arayışlarından görünür ki, İddiaçı4 həqiqət ən 1992-2003-ci illərdə, İddiaçı3 həqiqətən 1991-2001-ci illərdə P.S.Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində təhsil almış, X5 isə 2002-2010-cu illərdə P.S.Atakişiyev adına Qaraoğlan kənd tam orta məktəbində xadimə işləmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-060F KOD 90103038 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 22 nömrəli qərarı ilə 0,20 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi Yevlax rayon Qaraoğlan kənd sakini X2 və X3 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 39 nömrəli, 05.11.2016-cə il tarixli və22.02.2017-ci il ta rixli texniki pasportlarının surətləri ilə müəyyən olunur ki, Yevlax rayonu Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evi 1968-ci ildə inşa edilmişdir. İlk olaraq texniki pasport Cavabdeh1, daha sonra isə Cavabdeh2 adına tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evi, 0,20 ha torpaq sahəsi ilə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1049/2018 nömrəli, 25 oktyabr 2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh DƏDRX 17 s aylı Ərazi İdarəsinə qarşı iddia tələbi qismən təmin edilərək Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən, iddiaçı Cavabdeh1 istifadəsində olan 0,20 ha torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin işə baxılarkən işin məhkəmə araşdırması nəticəsində 12.10.2018-ci il tarixdə əraziyə yerində baxış keçirildiyi zaman məlum olmuşdur ki, mübahisəli ərazidə ümumilikdə 0,51 ha torpaq sahəsi vardır ki, onun 0,20 ha hissəsinə X6 və X3 adlarına JN seriyalı, 060F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X1 bir evdə ayrıca yaşayır. Qalan 0,31 ha hissə xüsusi mülkiyyətə verilmədiyindən bələdiyyə mülkiyyəti kimi saxlanılmışdır. Cavabdeh1 adına texniki pasport tərtib edilmiş fərdi yaşayış evinin bir-birinə əks istiqamətdə yer ləşən və həyətə açılan iki giriş-çıxış qapısı vardır. Sol tərəfdəki qapıda Cavabdeh1 və ailə üzvləri, sağ tərəfdəki qapıdan İddiaçı1 və ailə üzvləri istifadə edirlər. Bu vəziyyət Cavabdeh1 adına 1987-ci ildə tərtib olunmuş evin texniki pasportunda da öz əksini tapır. Həyətin də ayrı-ayrı yerlərdə küçəyə iki girişçıxış darvazası vardır ki, bunların da birindən iddiaçı tərəf, digərindən üçüncü şəxs istifadə edir. Üçüncü şəxs İddiaçı1 və onun ailə üzvlərinin istifadə etdiyi çıxış tərəfdə yerləşən torpaq sahəsinin ölçüsü 0,091 ha təşkil edir və həmin sahə dəmir tor hasarla ayrılmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 nömrəli, 11 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 evdən çıxarılması tələbinə dair iddiası təmin edilm işdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7567/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qərarının surəti ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-3223/2017 nömrəli, 11 dekabr 2017-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək iddia təmin edilməmiş, Cavabdeh1 həmin qətnamədən veridiyi kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, mülki işə əlavə olunmuş arayışlarla həmçinin təsdiq olunur ki, İddiaçı1 torpaq islahatı keçirilən vaxtda ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaraoğlan kəndində yaşamışdır. Belə bir xüsusat torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə həyətyanı torpaq sahəsinin ayrılması, yəni onların yaşadığı yerdə həyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamədə adlarının qeyd olunmasını şərtləndirir. İddiaçı şikayətlərində İddiaçı1 ayrıca evinin olmasını qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi bu xüsusatları ətraflı araşdırmamışdır. İddiaçı1 və onun ailə üzvlərinin (arvadı, övladları) adına həyətyanı torpaq sahəsinin ayrılıbayrılmaması, həmin torpaq sahəsində yaşayış evinin olub-olmaması, evin kimin adına olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Əgər İddiaçı1 başqa yaşayış sahəsinə malikdirsə, onda onun mülkiyyət hüququ ilə başqasına məxsus olan evdən istifadə hüququ istisna olunur. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-575/20 20 nömrəli, 11 iyun 2020ci il tarixli qətnaməsinin surəti ilə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 11 dekabr 2017ci il tarixli 2(039)-3223/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5236/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-575/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı1 öldüyündən iş üzrə icraata xitam verimişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-22/2019 nömrəli, 12.03.2019-cu il tarixli qərarın surəti ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh DƏDRX 17 saylı Ərazi idarəsinə qarşı (üçüncü şəxslər: YYY və İddiaçı1) iddiası təmin edilərək cavabdeh DƏDRX 17 saylı Ərazi idarəsinin üzərinə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 060 F nömrəli (kod ********) şəhadətnaməyə qismən dəyişiklik edilərək torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün mövcud vəziyyətə uyğunlaşdırılması öhdəliyi qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Yevlax rayonu Qaraoğlan kəndində yerləşməklə texniki sənədləri Cavabdeh1 adına olan, o cümlədən onların ailəsinin 1983-cü ildən etibarən fasiləsiz olaraq yaşadıqları və yeganə yaşayış evləri olan fərdi yaşayış evində onların fərdi yaşayış evinin tərkib hissəsində yaşam aq hüquqlarının məhkəmə qaydasında tanınmasına dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini belə əsaslandırmışlar ki, onlar bir ailənin üzvləridir. İddiaçı1la İddiaçı2 ərarvad, digərləri isə onların övladlarıdır. İddiaçı1 İddiaçı2 ilə 27 yanvar 1983-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan 1983-cü il təvəllüdlü 111, 1989-cu il təvəllüdlü 222və 1985-ci il təvəllüdlü XXXadlı övladları vardır. Qızı Aynurənin ailəsi dağılmış və onun 2007-ci il təvəllüdlü Vaqif adlı oğlu da onların yanında, onlarla birlikdə yaşayır. Onların əsas və daimi yaşayış yeri Yevlax rayonu Qaraoğlan kəndində hazırda yaşadıqları fərdi yaşayış evi olmuşdur. Belə ki, valideynlər ailə həyatı qurduqdan sonra həmin ünvanda yaşamış, övladların hər biri orada dünyaya gəlmiş, böyüyüb boya–başa çat mışlar. Cavabdeh1 onların ailəsinin yaxın qohumudur. Cavabdeh, birinci iddiaçının doğma qardaşıdır. Onlarla eyni ünvanda kəllayı (paralel) otaqlarda cavabdeh də ailə üzvləri ilə birlikdə yaşayır. Lakin eyni təsərrüfatı idarə etmirlər. Həyətyanı torpaq sahəsi və yaşayış evlərinin tərkib hissələrini öz aralarında ayırmışlar. Yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki ayrılması ilə bağlı onların ailəsinin heç bir problem yaratmırlar. Lakin cavabdeh yaşayış evinin texniki sənədlərinin onun adına olması bəhanəsi ilə daim onlara qarşı məhkəmə qaydasını mübahisə açır. Hətta cavabdeh onların ailəsinin həmin ünvanda yaşamasını məqsədli olaraq gizlətməklə, guya ki, “bizim də faktiki sahibliyimizdə istifadəmizdə olan daşınmaz əmlakın tərkib hissəsi ona aiddir” kimi təqdim edərək ölçmə işlər ini aparan mütəxəssisləri aldadaraq bütövlükdə daşınmaz əmlakın onun xüsusi mülkiyyətində olmasına dair Dövlət reyestrindən Çıxarış əldə etmişdir. Düzdür, onların yəni ailə başçısı İddiaçı1 aidiyyəti üzrə şikayəti əsasında daşınmaz əmlaka dair Çıxarış verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edildikdən sonra, artıq hazırda onların və cavabdeh, o cümlədən onun ailəsi yaşadığı daşınmaz əmlakın - həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 deyildir. Cavabdeh uzun illər bundan öncə ilkin texniki sənədləri məqsədli olaraq adına tərtib etdirmişdir. Cavabdeh, daşınmaz əmlaka mülkiyyət hüququ üzrə çıxarış əldə etdikdən sonra Yevlax Rayon Məhkəməsində onların evdən çıxarılmaqlarına dair məhkəmə aktı əldə etməyə nail olmuşdur. Təbii ki, onlar birinci instansiya məhkəməsində baxılarkən məlumatlanmamışlar. Bütün qeyd edilənlərdən artıq onların evdən çıxarılmaqlarına dair icra işi həyata keçirilən zaman məlumat bilmiş və qanunamüvafiq qaydada şikayətləri əsasında Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarış qüvvədən düşmüşdür. Hazırda isə, həmin texniki sənədlərə istinadən onların həmin ünvanda yaşamaq hüquqlarının olmadıqlarını bildirir. Narazı söz-söhbət, qanqaraçılıq cavabdehin təşəbbüsü ilə digər xoşagəlməz münasibətlər səngimək bilmir cavabdeh digər neqativ hallara yollara əl atmaqla onların ailəsini bütövlükdə şərtsiz 1983-cü ildən hal-hazıradək fasiləsiz olaraq yaşadıqları yeganə yaşayış evindən çıxarmaq istəyirlər. Hesab edirlər ki, həmin ünvanda onların yaşamaq hüququ var. Məhkəməyə təqdim edilmiş məhkəmə aktlarından göründüyü mübahis ə predmeti olan yəni fərdi yaşayış xüsusi mülkiyyətdə deyildir. Habelə yaşayış evi dövlət və ya bələdiyyə mənzil fonduna daxil deyildir. Belə olan halda, mübahisə predmetinə dair cavabdehlə aralarında yaranmış hüquq münasibətini tənzimləyən qanun norması olmadığından hesab edirlər ki, mübahisə mülki qanunvericiliyin analogiya üzrə tətbiqi əsasında, 01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin maddələrinə əsasən qiymətləndirilməlidir. Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 öldüyündən ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. Yevlax rayon Məhkəməsinin iclasında Şahid Cavabdeh1 bildirmişdir ki, hazırda mülkiyyət hüququ üzrə oğlu Cavabdeh2 məxsus olan yaşayış evi onun tərəfindən 1968-ci ildə inşa edilmişdir. Qeyd edilən tikili ilk olaraq onun anasına məxsus təsərrüfatda qeyd edilsə də, sonradan onun adına ayrıca, başqa nömrə ilə təsərrüfat açılmışdır. Həmin zaman qardaşı İddiaçı1 başqa yaşayış yer olmadığından ona müvəqqəti olaraq həmin evdə yaşamağa icazə vermişdir. İddiaçı1 1983-cü ildə İddiaçı2 ilə ailə həyatı qurmuş və sonuncu, gəlin olaraq həmin evə köçmüşdür. Qardaşı olduğundan İddiaçı1 yenə də etiraz etməmiş, lakin razılıqları belə olmuşdur ki, tez bir zamanda ev tikib oradan çıxacaqlar. Buna baxmayaraq İddiaçı1 ailə üzvləri ilə uzun müddət orada yaşamağa davam etmişdir. Onun oğlu İddiaçı3 artıq oradan köçmüşdür. Arvadı İddiaçı2 və qızı İddiaçı4 isə hələ də orada yaşayırlar. Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli (hakim T.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edil ərək iddiaçılar İddiaçı2 və İddiaçı4 Cavabdeh2 məxsus Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınması, qalan hissədə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi 10 (on) manat 40 (qırx) qəpik Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı4 xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsi mülki işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, Yevlax rayonu Qaraoğlan kəndində, 0,20 ha torpaq sahəsində yerləşən, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ümumi sahəsi 98.8 kv.m sahəsi olan fərdi yaşayış evi 1968-ci il tarixdə cavabdehin atası Cavabdeh1 tərəfindən inşa edilmişdir. İddiaçılardan İddiaçı2, 1983-cü ildə Cavabdeh1 qardaşı İddiaçı1la nikahlarını rəsmi qeyd etdirdikdən sonra, İddiaçı3 doğuld uğu 1983-cü ildən, İddiaçı4 isə doğulduğu 1985-ci ildən həmin evdə Cavabdeh1 razılığı ilə yaşamış, onunla birgə təsərrüfat aparmışlar. Sonradan həmin ev Cavabdeh1, daha sonra isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Buna baxmayaraq iddiaçılardan İddiaçı2 və İddiaçı4 həmin evdə otağın birini sonradan təcrid etməklə yaşamağa davam etmiş və hazırda da yaşamaqdadırlar. İddiaçı3 özünün etirafı ilə isə təsdiq olunur ki, o, həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Cavabdeh iddiaçıların başqa yaşayış evinin olduğunu qeyd etsə də, bu, mövcud sübutlarla təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bir neçə məhkəmə mübahisəsi olmuş, həmin işlər üzrə araşdırmaların nəticəsi ilə də sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı 2 və İddiaçı4 hər hansı başqa yaşayış yeri mövcud deyil. Digər işlər üzrə eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 adına texniki pasport tərtib edilmiş fərdi yaşayış evinin bir-birinə əks istiqamətdə yerləşən və həyətə açılan iki giriş-çıxış qapısı vardır. Sol tərəfdəki qapıda Cavabdeh1 və ailə üzvləri, sağ tərəfdəki qapıdan İddiaçı1 və ailə üzvləri istifadə edirlər. Yevlax rayon Məhkəməsi qeyd etmişdir ki, mübahisənin düzgün həlli məqsədi ilə tərəflərin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olduğu maddi hüquq normaları baxımından yaşayış evinin hüquqi statusu və iddiaçıların həmin yaşayış evinə istifadə hüququnun yaranmasına hüquqi qiymət verilməlidir. Belə ki məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halı odur ki, yaşayış evi 1968-ci ildə ayrılmış təsərrüfat sahəsində Cava bdeh1 inşa etdirmiş, həmin zaman, habelə İddiaçı2 həmin evə Cavabdeh1 razılığı ilə köçüb yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 qeyd edilən yaşayış evinə gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmin evin sonradan mülkiyyət hüququ üzrə ilk olaraq Cavabdeh1, daha sonra isə Cavabdeh2 adına qeyd edilməsi də buna dəlalət edir. Məhkəmə hesab etmişdir ki, mülkiyyət hüququnun Cavabdeh1 adına qeyd edilməsi, daha sonra isə Cavabdeh2 keçməsi iddiaçıların mövcud hüquqlarının xitamına səbəb olmur. Lakin, İddiaçı3 özünün də etirafı ilə təsdiq olunmuşdur ki, o, artıq həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçmüş və bununla da, həmin ünvandan istifadə hüququnu itirmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh, İddiaçı4 da ailə quraraq həmin mənzildən köçməsini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsini 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4, 53, 123-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2 və 217.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Akimova Azərbaycana qarşı məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların Yevlax rayonu, Qaroğlan kəndinə adına qeydə alınmış evə heç bir əmlak hüquqlar ı mövcud deyildir. Onlar onun bibisi YYYnın adına olan evdə yaşayış hüquqları qeydə alınmış, o təsərrüfatın istifadəçiləri kimi qeydiyyata düşmüşlər. İddiaçıların yaşamağa yerləri olduğu təqdirdə də onun evində yaşamaları və ona normal həyatını yaşamağa mane olmaları ədalətsiz və haqsızlıqdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1192/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İmanverdi Şükürov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli yaşayış evi sonr adan başqasının adına keçsə də, faktiki olaraq bu ev 1968-ci ildə Cavabdeh1 tərəfindən inşa edilmiş, İddiaçı2 da məhz Cavabdeh1 razılığı ilə bu evə köçmüş, burada yaşamış və burada iddiaçılardan İddiaçı4 doğulmuş, yaşamış və konustitusiyada təsbit edilmiş mənzil hüququnu bu evdə də gerçəkləşdirmişdir. Ona görə də birinci instansiya məhkəməsi 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etməklə iddianı təmin etməkdə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya instan siyası məhkəməsi öz mövqeyini 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54 və 123-cü, Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3, 77.1, 88, 218.1-ci maddələrinə, «Azərbаycаn Respublikаsı Mülki Məcəllənin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 27 iyul 2001-ci il tаrixli Qərаrına, «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsinin qərarına, həmçinin «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrına istinad edərək əsaslandırmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(107)-1192/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni baxışa qytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının yalnış tətbiqi Cavabdeh2, mülkiyyətçi kimi mülkiyyət hüququnun-mənzil hüququ pozulmuşdur. Cavabdeh və ailəsi öz evində darısqal şəraitdə yaşamağa məcburdur. İddiaçıların mənzil hüququ o zaman yaranardı ki, həmin mənzilə istifaadə hüququ mövcud olmuş olsun. İddiaçıların istifadə hüququnun mövcud olduğu qeydiyyatda olduqları mənzil Yevlax şəhərində olan fərdi yaşayış evləri və potensial ev tiikmək imkanları olduğu torpaq sahələri vardır. Onların Cavabdeh2 evindən istifadə hüquqları yaranmamışdır. Lakin mülkiyyətçinin mülkiyyət, mənzil hüququ pozulmaqdadır. Cavabdeh2 və ailləsinin isə yaşamağa başqa evi yoxdur. Cavabdeh2 mülkiyyətçi olaraq iddiaçıların onun evində yaşamasına icazə verməmişdir. Bundan əvvəlki mülkiyyətçi olan Cavabdeh1 qeyd-şərtlə, müvəqqəti, tezliklə çıxıb getmə şərtilə evə onları buraxmışdır. Lakin bu o demək deyildir ki, onların istifadə hüquqları mövcuddur. Uzun zamandır ailələr arasında münaqişələr olmuşdur ki iddiaçılar çıxıb getsin. Bu iddia tələbini tanımaqla Cavabdeh2 mülkiyyətçi olaraq evində yaşamaq, faydalı xassələrindən yararlanmaq hüququndan məhrum olmuşdur. Onların səs-küyündən evdə oturmaq olmur. Öz şəxsi evində mülkiyyətçinin rahatçılığı yoxdur. Ev iki otaqdır, bir otağını iddiaçılar zəbt edib. Cavabdeh2, yaşlı ata-anası və bacısı bir otaqda yaşayırlar. Halbuki evdən çıxıb gedəcəklərini dəfələrlə bildirsələr də, çıxıb getməmişlər. Onlar mülkiyyətçinin evində illər ərzində özlərinin evlərinə gedəcəkləri vədinə əsasən qalmışlar. Cavabdeh2 ailə qurmaq istəyir, lakin mənzil hüququ pozulmuş, evi ola-ola evsiz qalmış, bu hüququndan da məhrum olmuşdur. İddiaçıların eyni həyətdə olan, pasport qeydiyyatında olduqları evdə və zəruri istifadə torpaq sahəsindən istifadə etmək, həmçinin öz aillə üzvü olan İddiaçı3 ünvan 1 ünvanında olan 2 mərtəbəli fərdi yaşayış evində də yaşamaq imkanları var. Cavabdeh2 yeganə yaşayış yeri olan evindən onların istifadə hüququ mövcud deyil. Məhkəmə mübahisəni həll etməmiş, mülkiyyətçinin h üquqlarını pozmaqla qərar qəbul etmişdir. Mənzilə mülkiyyət hüququ ilə mənzildən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. İddiaçılar hesab edir ki, onların Cavabdeh2 mənzilindən əmlak-istifadə hüququ vardır. Lakin bu belə deyildir. Mənzildən istifadə hüququ zəruri ehtiyacdan irəli gəlirsə də, onun mütləqliyini istisna edən amillər mövcuddur. Belə ki, istifadə hüququnun mövcudluğunu iddia edən şəxsin başqa yaşayış yerindən istifadə etmək imkanı nəzərə alınmaqla təməl hüquq olan mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. İddiaçılar öz evlərində, öz torpaq sahələrində yaşaya bilərlər. Həmçinin, kassasiya şikayətində qeyd edilmişdir ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin mübahisəli hüquq münasibətinə tətbiq edilməli olmayan maddi hüquq normasıdır. Apellya siya instansiyası məhkəməsinin istinad etdiyi maddi hüquq normaları yeni Mənzil Məcəlləsi qüvvəyə minənə kimi yaranmış münasibətlərə tətbiq olunmaqla dövlət mənzil fondunda olan mənzillərlə bağlı münasibətləri tənzimlənmişdir. Cavabdeh2 əvvəlki mülkiyyətçi Cavabdeh1 evi öz şəxsi istifadəsi üçün 1968-ci ildə inşa etmişdir. İddiaçı1 həmin vaxt uşaq olmuşdur. Məhkəmə evin hüquqi statusunu müəyyən edərkən yalnışlığa yoı vermişdir. Ev 1968-ci ildən Cavabdeh1 mülkiyyətində olmuşdur. Evin onun şəxsi mülkiyyətində olması barədə o vaxt mövcud olan Fərdi Mənzil Fonduna aid texniki pasportdan da görmək olar. Məhkəmə isə evin statusuna adekvat olan hüququ normasını tətbiq etməmişdir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşdən də göründüyü kimi İddiaçı2 1983-1985-ci illərdə, İddiaçı4 1985-ci ildən 1996-2000-ci illərdə, 2000-2005-ci illərdə hazırda da HəbibəYYYnın, indi YYYnın ailə başçısı kimi qeydə alındığı təsərrüffatda qeydiyyatda olmaqla yaşamışlar. Yəni iddiaçıkar 1991-1995-ci illərdə Yevlax rayonunun Qaraoğlan kəndində qeydiyyatda olmamış, başqa ünvanda qeydiyyatda olaraq yaşamışlar.Ümumiyyətlə, iddiaçıların yaşayış evi cavabdehlə bir həyətdə olan İddiaçı1 və Cavabdeh1 ata evi olan evdir. Onlar fasilələrlə cavabdehin evindən getmiş, elə həmin vaxtda da qeyd şərt olaraq evi tərk edəcəklərini bildirmişlər. İddiaçı4 2006-cı ild ən ailə qurmuş, daimi əsaslarla yaşamağa ər evinə köçmüş, lakin 2012-ci ildə boşanaraq valideynlərinin yanına qayıtmışdır. Əgər İddiaçı4 2012-ci ildə yenidən qayıdırsa münasibətin tənzimlənməsinin məcrası dəyişir. Çünki İddiaçı4 başqa yaşayış yerinə köçməklə istifadə hüququnu itirmişdir. Həmçinin, Ali Məhkəmənin 26.11.2019-cu il tarixli qərarı mərhum İddiaçı1 Cavabdeh2 mənzilindən istifadə hüququ ilə bağlı olan qərardır. Yəni hazırki xeyrinə qərar çıxarılmış iddiaçıların da mənzildən istifadə hüququ ilə eyni statusda olan şəxsə dair hüquqla bağlı məhkəmə aktıdır, məhkəmə kollegiyasının qənaətidir.Qərarda qeyd olunur ki, İddiaçı1 torpaq islahatı keçirilən vaxtda ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaraoğlan kəndində yaşamışdır. Belə bir xüsusat torpaq islahatı keçirilərkən ona və ailə üzvlərinə həyətyanı torpaq sahəsinin ayrılması, yəni onların yaşadığı yerdə həyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamədə adlarının qeyd olunmasını şərtləndirir. İddiaçı şikayətlərində İddiaçı1 ayrıca evinin olmasını qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi bu xüsusatları ətraflı araşdırmamışdır. İddiaçı1 və onun ailə üzvlərinin (arvadı, övladları) adına həyətyanı torpaq sahəsinin ayrılıb-ayrılmaması, həmin torpaq sahəsində yaşayış evinin olub-olmaması, evin kimin adına olması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Əgər İddiaçı1 başqa yaşayış sahəsinə malikdirsə, onda onun mülkiyyət hüququ ilə başqasına məxsus olan evdən istifadə hüququ istisna olunur. İddiaçların qeydiyyatda olduqları və cavabdehlə eyni həyətdə olan ev, evin yerləşdiyi torpaq sahəsi öz i stifadələrində 0.09 ha torpaq sahəsi həmçinin digər iddiaçı olan İddiaçı3, yəni Zəhra və Aynurənin ailə üzvü olan şəxsin ünvan 3 ünvanında özbaşına tikili adlanan evi vardır. İddiaçı3 özü etiraf edir ki, onun evi vardır. O öz ailə üzvlərinə sahib çıxmalı, onları isti ocaqla təmin etməlidir. Cavabdehin isə belə bir vəzifəsi yoxdur. Apellyasiya Məhkəməsi işi səthi araşdırmış, qanunsuz və əsassız nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1192/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayəti n təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçıların vəkili Bəkirova Sevda Həbib qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə

4. Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri t əşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) Maddə

53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54.3. İcаrədаr və o nunlа yаşаyаn аilə üzvləri аrаsındа bаşqа sаziş olmаmışsа, bu mаddəyə uyğun olаrаq yаşаyış sаhəsindən burаdа yаşаyаn digər şəxslərlə bərаbər surətdə istifаdə etmək hüququ əldə edirlər. Maddə

123. Yаşаyış evi mülkiyyətçisinin özünə məxsu olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə ba xmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyi ndən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin mülkiyyətçinin öz evində iddiaçların yaşamağına icazə verməməsi ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, iddiaçılardan İddiaçı2, mübahisəli evdə Cavabdeh1 razılığ ı ilə yaşamış, onunla birgə təsərrüfat aparmışlar. Sonradan həmin ev Cavabdeh1, daha sonra isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Buna baxmayaraq iddiaçılardan İddiaçı2 və İddiaçı4 həmin evdə otağın birini sonradan təcrid etməklə yaşamağa davam etmiş və hazırda da yaşamaqdadırlar. Kassasiya şikayətində cavabdeh iddiaçıların başqa yaşayış evinin olduğunu qeyd etsə də, bu hal faktları araşdıran məhkəmələr tərfindən mövcud sübutlarla təsdiqini tapmamışdır. Əksinə, iş üzrə məhkəmə mübahisələri olmuş, həmin işlər üzrə araşdırmaların nəticəsi ilə də sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı2 və İddiaçı4 hər hansı başqa yaşayış yeri mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən maddi hüquq normaları məhkəmlər tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1192/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar