Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1650/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə “pul tələbi” barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)7646/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə 18 aprel 2023-cü il tarixdə işə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC (bundan sonra cavabdeh) ilə İddiaçı3 (bundan sonra iddiaçı) arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 39 nömrəli müqaviləyə və ona əlavə olunan ödəniş qrafikinin surətinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 3 ünvanında yerləşən sahəsi 133 kv.m olan, 3 otaqlı, 58 №-li təmirsiz mənzili sifarişçiyə verməyi, sifarişçi isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərini dəməyi öhdəsinə götürür. 1 kv.m qiyməti-939.84 manat olmaqla mənzilin ümumi dəyəri - 125000 manat müəyyən olunmuş və “sifarişçi” tərəfindən ödənilmişdir.
2. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 95 saylı maliyyə arayışının surətinə əsasən İsayev X1 Rayon İcra Hakimiyyətinin x x.xx.2016- cı il tarixli sərəncamına əsasən, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli binanın "A" girişində yerləşən, "10"-cu mərtəbə, "3" otaqlı, sahəsi - "133" kv.m olan, "58" saylı mənzili müqaviləyə əsasən almışdır. Onun qeyd olunan mənzilin sifariş dəyərindən Cavabdeh MMC-nə borcu yoxdur.
3. Cavabdeh MMC ilə “sifarişçi” İddiaçı2 (bundan sonra iddiaçı) arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 82 nömrəli müqaviləyə və ona əlavə olunan ödəniş qrafikinin surətinə əsasən “icraçı” Cavabdeh MMC ünvan 2 ünvanında inşa etdiyi 16-mərtəbəli yaşayış binasının "A" girişinin 13-cü mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan, 3 otaqlı, 79 №-li təmirsiz mənzili sifarişçiyə verməyi, sifarişçi isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin dəyərin i ödəməyi öhdəsinə götürür. 1 kv.m qiyməti-977.44 manat olmaqla mənzilin ümumi dəyəri – 130.000 manat müəyyən olunmuş və “sifarişçi” tərəfindən ödənilmişdir.
4. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 199 saylı maliyyə arayışının surətindən görünür ki, Əliyev X2 Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli binanın "A" girişində yerləşən, "13"-cü mərtəbə, "3" otaqlı, sahəsi - "133" kv.m olan, "79" saylı mənzili müqaviləyə əsasən almışdır. Onun qeyd olunan mənzilin sifariş dəyərindən Cavabdeh MMC-nə borcu yoxdur.
5. İddiaçı1 (bundan sonra iddiaçı) həqiqətən də, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəb əli binanın "B" girişində yerləşən, "10"-cu mərtəbə, "3" otaqlı sahəsi - "133"kv.m olan, "163" saylı mənzili müqaviləyə əsasən almışdır. Onun qeyd olunan mənzilin sifariş dəyərindən Cavabdeh MMC-nə borcu yoxdur.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir, bu barədə xx.xx.2020- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3306 nömrəli reyestr kitabının 309148 nömrəli vərəqində qeydiyyat aparılmışd ır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir, bu barədə xx.xx.2020- ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 79 (Yeni qaydalarla: AZ 1122, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir, bu barədə xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar cavabdehə qarşı qanunsuz hərəkətləri üzündən İddiaçı1, İddiaçı2, İddiaçı3, hər birinə ayrı-ayrılıqda 17 680 (on yeddi min altı yüz səksən) məbləğində dəymiş maddi ziyan, ümumilikdə 53 680 (qırx bir min üç yüz səksən dörd) manat pulun onlara geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. İddia onunla əsaslandırılmışdır ki, müqavilələrin şərtlərinə əsasən cavabdeh onlara aid olan mənzilləri təmirsiz halda ümumi sahəs ini 133 kv.m ölçü vahidində təhvil verməli idi. Lakin, cavabdeh müqaviənin şərtlərini kobud surətdə pozaraq həmin mənzilləri (təmirsiz halda) onlara 119,4 kv.m ölçü vahidi ilə təhvil vermişdir. İddiaçıların bu barədə məlumatı yalnız mənzillərə dair “çıxarış”larla tanış olduqdan sonra olmuşdur. İddiaçı1 Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 1127 (bir min yüz iyirmi yeddi) manat ödəməklə, 133 kv.m sahə üçün 150000 (yüz əlli min) manat pulu ödəmişdir. Bu isə 13,6 kv.m sahəyə görə 15327 (on beş min üç yüz iyirmi yeddi) manat fərq deməkdir. Beləliklə Cavabdeh MMC-i ondan 15327 (on beş min üç yüz iyirmi yeddi) manat atıq pul vəsaiti almışdır. İddiaçı2 Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 977 (doqquz yüz yetmiş yeddi) manat pul vəsaiti ödəməklə, 133 kv.m sahə üçün 130000 (bir yüz o tuz min) manat pul vəsaiti ödəmişdir. Bu isə 13,6 kv.m sahəyə görə 13287 (on üç min iki yüz səksən yeddi) manat fərq deməkdir. Beləliklə Cavabdeh MMC-i ondan 13287 (on üç min iki yüz səksən yeddi) manat əlavə pul vəsaiti almışdır. İddiaçı3 Cavabdeh MMC-nə hər kvadrat metr sahəyə görə 939 (doqquz yüz otuz doqquz) manat pul vəsaiti ödəməklə, 133 kv.m sahə üçün 125000 (bir yüz iyirmi beş min) manat pul vəsaiti ödəmişdir. Bu isə 13,6 kv.m sahəyə görə 12770 (on iki min yeddi yüz yetmiş) manat fərq deməkdir. Beləliklə Cavabdeh MMC-i ondan 12770 (on iki min yeddi yüz yetmiş) manat əlavə pul vəsaiti almışdır. Lakin, İddiaçı1 məxsus ünvan 6 ünvanda yerləşən mənzilin (təmirsiz halda), İddiaçı2 Şahin oğluna məxsus ünvan 7 ünvanda yerləşən mənzilin (təmirsiz halda) və İddiaçı3 məxsus ünvan 8 ünvanda y erləşən mənzilin (təmirsiz halda) bir kvadrat metrinin hazırda bu gün üçün bazar qiyməti həmin ərazi üzrə 1300 (bir min üç yüz) manat təşkil edir. Həmin ərazidə yeni inşa edilən mənzillərin bu günkü bazar qiyməti ilə bir kvadrat metrinin 1300 (bir min üç yüz) manat olduğunu nəzərə alsaq, Cavabdeh MMC onların hər birinə 13,6 kvadrat metrəyə görə 17 680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul vəsaiti qaytarmalıdır. Yuxarıda göstərilən xüsusatlarla bağlı Cavabdeh MMC-nə İddiaçı1, İddiaçı2, İddiaçı3, hər biri ayrı-ayrılıqda 13,6 kvadrat metrəyə görə 17 680 (on yeddi min altı yüz səksən) manat məbləğində pul vəsaitini qaytarması barədə pretenziya qaydasında müraciət etsələr də, müsbət nəticə ala bilməmişlər. Bu səbəbdən tərəflər məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh MMC-nin o nlara qarşı qanunsuz hərəkətləri üzündən hər birinə 17 680 (on yeddi min altı yüz səksən) manat məbləğində ziyan dəymişdir.
11. İddiaçılar iddia tələbinə əlavə barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə müraciət rüsumu olaraq ödənilən 252 AZN məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçılara ödənilməsi, həmçinin "xxxx" MMC tərəfindən qiymətləndirmə rüsümu olaraq təqdim olunan 750 manat ekpertiza xərci olaraq təqdim olunan 100 manat pulun cavabdehdən tutularaq ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. 12. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 14 saylı ekspert rəyinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən 3 saylı evin 163 saylı mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 37, M10 mən 2) 1 m2 üçün h azırki bazar dəyəri 1370.7 manat yuvarlaq 1370.0 (bir min üç yüz yetmiş) manat təşkil edir. Xidmət haqqı 250 manat təşkil edir. 13. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 15 saylı ekspert rəyinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən 3 saylı evin 79 saylı mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 37A, M13 mən 2) 1 m2 üçün hazırki bazar dəyəri 1370.7 manat yuvarlaq 1370.0 (bir min üç yüz yetmiş) manat təşkil edir. Xidmət haqqı 250 manat təşkil edir. 14. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 16 saylı ekspert rəyinə əsasən İddiaçı3 liman oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən 3 saylı evin 58 saylı mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 37A, M10 mən 2) 1 m2 üçün hazırki bazar də yəri 1370.7 manat yuvarlaq 1370.0 (bir min üç yüz yetmiş) manat təşkil edir. Xidmət haqqı 250 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1239 №-li, 28 iyul 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən: qərardadın birinci sualı üzrə: İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə ümumi sahəsi 133,0 kv.metr, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 119,4 m2, o cümlədən yaşayış sahəsi 69,7 m2, yardımçı sahəsi 49,7 m2 təşkil etdiyi müəyyən olunur. Eyni zamanda İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə olan ümumi sahəsi 133,0 kv.metr, faktiki ümumi sahəsi 128,0 kv.metr təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin faktiki sahəsi ilə bağlanmış müqavilələrdə qeyd edilən ümumi sahəsinin arasında fərq 5 kv.metr (133-128kv.metr) təşkil edir. - İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 4 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə ümumi sahəsi 133,0 kv.metr, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti M əcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 119,4 m2, o cümlədən yaşayış sahəsi 69,7 m2, yardımçı şahısı m2 təşkil etdiyi müəyyən olunur. Eyni zamanda İddiaçı3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə olan ümumi sahəsi 133,0 kv.metr, faktiki ümumi sahəsi 128,0 kv.metr təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin faktiki sahəsi ilə bağlanmış müqavilələrdə qeyd edilən ümumi sahəsinin arasında fərq 5 kv.metr (133-128kv.metr) təşkil edir. - İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 79 (Yeni qaydalarla: AZ 1122, ünvan 5 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə ümumi sahəsi 133,0 kv.metr, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarf’nın tələbləri nəzərə alınmaqla sahəsi 119,4 m2, o cümlədən yaşayış sahəsi 69,7 m2, yardımçı şahəsi 49,7 m2 təşkil etdiyi müəyyən olunur. Eyni zamanda İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil, 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin müqavilə üzrə olan ümumi sahəsi 133,0 kv.metr, faktiki ümumi sahəsi 128,0 kv.metr təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin faktiki sahəsi ilə bağlanmış müqavilələrdə qeyd edilən ümumi sahəsinin arasında fərq 5 kv.mr, (133- 128kv.metr) təşkil edir. Tədqiq olunan yaşayış binasının mənzillərinə dair Cavabdeh MMC tərəfindən verilmiş layihə cizgi təqdim olunmadığı üçün, həmin mənzillərin faktiki sahəsinin layihə cizgidə qeyd edilən mənzilin ümumi sahəsi arasında fərq olub-olmamasını və layihəyə əsasən mənzilin ümumi sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. qərardadın ikinci sualı üzrə: İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzilin, İddiaçı3 məx sus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzilin və İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 79 (Yeni qaydalarla: AZ 1122, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzilin hər birinin ayrı-ayrılıqda hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 194144,4 manat (119,4 kv.m. x 1626,0 manat) məbləğində müəyyən edilir. Lakin 2017-ci il tarixə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsi dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, həmin mənzillər in 2017-ci ilin orta bazar qiymətlərinə uyğun dəyərini müəyyən etmək mümkün olmamışdır.
16. Bakı Şəhəri şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 06 sentyabr 2022-ci il tarixli, 2(005)- 509/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehdən İddiaçı1 xeyrinə 5635 (beş min alı yüz otuz beş) manat, İddiaçı2 xeyrinə 4887,2 (dörd min səkkiz yüz səksən yeddi manat, iyirmi qəpik) manat, İddiaçı3 xeyrinə 4699, 2 (dörd min altı yüz doxsan doqquz manat iyirmi qəpik) manat pul tutularaq və keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 manat cavabdehdən alnaraq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına, Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən iddiaçılar tərəfindən ödənilmiş 750 (yeddi yüz əlli) manat məbləği ndə pul vəsaitinin, ödənilmiş 252 (iki yüz əlli iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir.
17. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılarla cavabdeh arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh MMC ünvan 9 ünvanda inşa etdiyi 16 mərtəbəli yaşayış binasının “B” girişinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 163 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M10,m2) inşa edərək (təmirsiz halda) 150000 (yüz əlli min) manata İddiaçı1, həmin ünvanda 16 mərtəbəli yaşayış binasının “A” girişinin 13-cü mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 79 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M13, m2) inşa edərə k (təmirsiz halda) 130000 (bir yüz otuz min) manata İddiaçı2 və həmin ünvanda 16 mərtəbəli yaşayış binasının “A” girişinin 10-cu mərtəbəsində yerləşən, sahəsi 133 kv.m olan 3 otaqlı, 58 nömrəli mənzili (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 37, M10, m2) inşa edərək (təmirsiz halda) 125000 (bir yüz iyirmi beş min) manata İddiaçı3 satmışdır. İddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən verilmiş çıxarışları əldə edərkən mənzillərin ümumi sahəsinin müqavilədə şərtləndiyi kimi 133.0 kv.m. deyil, daha az sahədə olduğunu (119.4 kv.m) müəyyən etmişdir. Hazırda da, üç mənzilin hərəsinə ayrıayrılıqda hər kv.m. sahəyə görə müqavilələrə müvafiq olaraq 939.84 manat, 977.44 manat və 1127 manat ödəm ək şərti ilə ümumilikdə 133.0 kv.m. sahənin dəyərini ödədiyini, mənzilin həqiqətdə bu sahədən az olduğunu, nəticədə onun tərəfindən ödənilməli olan məbləğin məhz 119.4 kv.m sahəyə uyğun hesablandığını, bununla da ondan artıq məbləğdə pul alınaraq zərər vurulduğunu, zərər məbləğinin hər birinə ayrı-ayrılıqda 17 680 (on yeddi min altı yüz səksən) məbləğində dəymiş maddi ziyan, ümumilikdə 53 680 (qırx bir min üç yüz səksən dörd) manat təşkil etdiyini iddia edir və həmin məbləği cavabdehdən tələb edirlər.
18. Müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 163 (Yeni qaydalarla: AZ 1122, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı1 təhvil verməyi, sifarişçi İddiaçı1 isə mənzilin ümumi dəyərini təşkil edən 150.000 manat, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 58 (Yeni qaydalarla: AZ 1122, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı3 təvhil verməyi, sifarişçi İddiaçı3 mənzilin ümumi dəyərini təşkil edən 125.000 manat və Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 79 (Yeni qaydalarla: AZ 1122, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 119.4 m2 olan 2 nömrəli mənzil İddiaçı2 təhvil verməyi, o isə mənzilin ümumi dəyərini təşkil edən 130.000 manat məbləğində pulu Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşlər. Məhkəmə, məhkəmə araşdırmasının nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1239 №-li, 28 iyul 2022-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, bağlanmış müqavilələrdə qeyd edilən mənzillərin ümumi sahəsinin arasında fərq 5 kv.mr, (133-128kv.metr) təşkil edir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir.
19. Məhkəmə Mülki Məcəllənin 775-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, yüksəkmərtəbəli binaların tikintisi sahəsində ixtisaslaşan və belə binaların (mənzillərin) tikintisindən gəlir əldə edən və hər bir kv.m. sahənin dəyərini müəyyən edən cavabdeh isə mənzilin ümumi sahəsini, habelə yuxarıda müəyyən edildiyi kimi ümumi divarın sahəsini eyni zamanda bir neçə sifarişçiyə satılmasından məlumatlı olmağa borcludur. Bu da cavabdehin (podratçının) bu qüsuru bilərəkdən gizlətməsi qənaətinə gəlməyə əsas verir və cavabdehə (podratçıya) iddiaçı (sifarişçi) ilə aralarında bağlanmış müqavilənin 1.2-ci maddəs i üzrə əldə edilmiş razılaşmaya istinad etməsini hüquqi baxımdan istisna edir. Digər tərəfdən cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2013-cü il tarixdən qanuni qüvvəyə mindiyini və məhz bu məcəlləyə əsasən (59-cu maddə) mənzilin ümumi sahəsinin bayır divarlarının və arakəsmələrinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablandığını və iddiaçı ilə aralarında 2011-ci il tarixdə müqavilə bağlanan zaman bu Məcəllənin hələ qəbul edilmədiyini bildirir. Lakin hansı normativ-hüquqi sənədə əsasən müqavilənin 1.2-ci maddəsinə divarların və arakəsmələrin mənzilin ümumi hissəsinə daxil olması barədə müddəanın daxil edilməsi məsələsinə aydınlıq gətirə bilmir və nəticə etibarı ilə iddiaçı ilə aralarında olan razılaşmaya, yəni iddiaçının müqavilənin bu şərtini qəbul etməsinə istinad edir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385.1, 404.1, 404.2, 425.1, 762.2, 773, 775-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmuş hissədə ləğv olunmasını və iddiaçıaların pul tələbinə dair iddiası rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nə ekspertiza qarşısında sualları qoyanda,nə də ki ekspert rəyini qiymətləndirərkən nəzərə almamışdır ki, qeyd olunan ölçülər iddiaçılara məxsus tam təmirli mənzillərdə aparılmışdır,”Ehtibar İnşaat”MMC-isə öz növbəsində təmirsiz, sahəsi 133 kv.m olan, mənzillərin verilməsi öhdəliyini üzərinə götürmüşdür. Tikinti üzrə mütəxəssis olmadan belə bəlli haldır ki, mənzil təmir edildikdən sonra onun sahəsi azalır.Konkret 133 kv.m sahəsi olan mənzilin isə təmiri zamanı divarların daxili işlənməsi,divar kağızlarının,kafelin vurulması, işin icrası keyfiyyətindən və seçilmiş inşaat materiallarından asılı olaraq 0.9 sm -1.3 sm qədər mənzilin perimetrinə uyğun azalır.Nəzərə alsaq ki, qeyd olunan mənzilin perimetr üzrə divarlarının və arakəsmələrin uzunluğu təqribən 57 m. təşkil edir, onda aşağıdakı düsturla mənzilin təmirdən sonra sahəsinin nə qədər azalması aydın olur (0.09.m X 57m.= 5.13 kv.m). Mənzilin təmiri zamanı eskiz layihədən kənar arakəsmələr quraşdırıldığı və divarlar alçipanla işləndiyi halda mənzilin sahəsi yuxarıda qeyd etdiyimizdən xeyli çox azala bilər.
23. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) cavabdeh tərəfindın verilmiş apellyasiya şikayəti təmin edilməyək birinci instansiya məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 22(005)- 509/2022 saylı qətnaməsini dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 589.1 və 589.2-ci maddələrinə əsaslanaraq bildirmişdir ki, mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Çünki alqı-satqı zamanı “qüsurlu əşya vermə” deyildikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülülür. Müqaviləyə uygunsuzluq əşyanın həm keyfiyyət, həm də kəmiyyət göstəricilərində ifadə oluna bilər. Hazırkı mübahisədə uyğunsuzluq kəmiyyət gös təricilərində ifadə olunub.Alqısatqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. İddiaçılar həmin müddəti ötürməyiblər. Belə ki, tərəflərin arasında mənzillərin təhvil-təslimi barədə sənəd tərtib olunmayıb. Əgər belə sənəd tərtib olunsayıdı və mənzilin sahəsi bu sənəddə qeyd olunsayıdı, belə halda deyilə bilərdi ki, təhvil-təslim zamanı iddiaçılar onlara verilən mənzilin sahəsini biliblər. Ona gö rə də 2 illik müddətin axımı mülkiyyət hüququnun reyestrə qeydə alındığı gündən hesablanır
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385.1, 404.1, 404.2, 425.1, 587.1.1,589.1,589.2,762.2, 773, 775-ci maddələrinə istinadla əsaslandırmışdır. məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətini apellyasiya şikayıti ilə eyni məzmunda əsaslandırmışdır.
29. Kasator tərəfindən kassasiya şikayətinə əlavə daxil olaraq qətnamənin ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, qanunverici orqan Podrat münasibətlərində tərərflərin məhkəmədən kənar həlli üçün məhz danişiqlar yolunu müəyyən etmişdir.
31. Cavabdehə ünvanlanan bütün pretenziyalar və məhkəmə sənədləri ünvan 10vana göndərilmişdır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda isə "xxxx" MƏHDUD MƏSULİY YƏTLİ CƏMİYYƏT-in hüquqi ünvanı AZ1106, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, NƏCƏF NƏRİMANOV, ev 3, m. 1 göstərilmişdir.
32. Beləliklə müəyyən olunur ki, hər üç İddiaçı tərəfindən xx.xx.2021 -ci ildə Expres poçt kuryer vasitəsi ilə ünvan 10van göstərilmiş Pretenziya məktubları Cavbdehə doğru ünvanlamamışlar və qanunla müəyyən edilmiş qaydada təqdim edilməmişdır.
33. Kasator Azərbaycan Respublikası Konsitusiyasının 60.1 madəsinə istinad edərək məhkəmədə müdafiə hüququn pozulduğunu qeyd etmişdir.
34. Kasator onuda qeyd etmişdir ki,iddiaçılar mübahisələndirdikləri mənzil sahəsindən əlavə, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığına da ümumi payl ı mülkiyyət hüququ əldə etmişlər və həmin sahələr daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan zaman nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı iddiaçılar tərəfindən etiraz daxil olaraq Birinci instansiya və apellyasiya məhkəməsinin qətnamələrini dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətini təmin edilməməsini xahiş etmişlər. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
40. Maddə 21.2. Zə rər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
43. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmay araq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin.
46. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.
47. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
48. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Key fiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
49. Maddə
773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
50. Maddə
775. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz.
51. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
52. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o c ümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnam əsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
63. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)7646/2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.