Məhkəmə qərarları › İş №2(102)-1651/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1651/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1651/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı YYY X2-Bank Kredit Təşkilatının cavabdehlər LLLna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-156/2019 saylı, 17 sentyabr 2019cu il tarixli qətnaməsindən cavabdeh LLL və vəkili Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş kassasiya şik ayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-3939/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hаkim Ş.H.Nəcəfova) iddiaçı YYY X2-Bank Kredit Təşkilatının cavabdehlər LLLna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, 25 noyabr 2015-ci il tarixli, **********6613 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 10336,63 ABŞ dolları əsas, 1507 ABŞ dolları faiz və 6,10 ABŞ dolları cərimə borcu olmaqla cəmi 11849,73 ABŞ dollarının manat məzənnəsi ilə tutularaq YYY X2-Bank Kredit Təşkilatına verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-156/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə, T.O.Quliyev) cavabdeh LLLnun apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3939/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsi cavabdeh LLLna münasibətdə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı YYY X2-Bank Kredit Təşkilatı cavabdehlər LLLna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMQBKT ilə cavabdeh LLL arasında bağlanmış 25.11.2015-ci il tarixli, **********6613 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23.84 faiz dərəcəsi ilə 12.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı MMQBKT borclu LLL arasında 25.11.2015-ci il tarixli, **********6613 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 zamin qismində həmin kredit müqaviləsinin tərəfi olmuşdur. Müqavilənin 3-cü bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehin qalıq qalmış müəyyən ABŞ dolları məbləğində krediti ödəmək imkanının az olmasını nəzərə alaraq 15.07.2016-cı il tarixində kredit müqaviləsinin restrukturizasiyası barədə tərəflər arasında saziş imzalanmış, sazişin şərtlərinə uyğun olaraq qalıq qalmış 10336,63 ABŞ dolları məbləğində kreditə illik 15 faiz dərəcəsi tətbiq edilməklə cavabdehə 30 ay möhlət verilmişdir. Cavabdehlərin bu günə əsas borc üzrə 10336,63 ABŞ dolları, faiz borcu üzrə 1507 ABŞ dolları, cərimə üzrə 176,10 ABŞ dolları olmaqla, cəmi 12019,73 ABŞ dolları məbləğində borc u yaranmışdır. Cavabdehlər bu barədə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh LLL həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh LLL və vəkili Quliyev Vəkil Yelmar oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzm unda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, kredit borcu düzgün müəyyən edilməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı YYY X2-Bank Kredit Təşkilatının nümayəndəsi, cavabdehlər LLL və Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh LLLnun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahi səyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan YYY MMQBKT ilə cavabdeh LLL arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli, **********6613 saylı kredit müqaviləsindən görünür ki, bank borcluya 24 ay müddətinə illik 23,84 % ilə qaytarmaq şərtilə 12.500 ABŞ dolları kredit vermişdir. Bu kreditin təminatçısı kimi Cavabdeh2 kreditor qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan kredit müqaviləsinin restrukturizasiyası barədə 15 iyul 2016-cı il tarixli sazişdən görünür ki, qalıq qalmış 10336,63 ABŞ dolları kreditin ill ik faiz dərəcəsi 15 %-ə endirilmiş, kreditin geri qaytarılma müddəti isə 30 ay müəyyən (15 yanvar 2019-cu ilədək) edilmişdir. İşdə olan YYY MMQBKT–nin 26 aprel 2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh LLLnun əsas borc üzrə 10336,63 ABŞ dolları, faiz borcu üzrə 1507 ABŞ dolları, cərimə borcu üzrə 176,10 ABŞ dolları borcu (cəmi 12019,73 ABŞ dolları) vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzif ələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit m üqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borclud ur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şə xsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, LLLn un, habelə ona zamin durmuş Cavabdeh2 iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu və faiz borcu yaranmışdır. Məhkəmə borcun tutulması üçün iddiaçının verdiyi maliyyə arayışına istinad etmişdir. Kredit müqaviləsi üzrə əsas kredit borcunun 10336,63 ABŞ dolları ABŞ dolları, faiz borcunun isə 1507 ABŞ dolları olması işin faktiki halları ilə təsdiq olunur. Apelyasiya instansiyasl məhkəməsi qeyd etmişdir ki, bu borcdan az borcun olması barədə isə işdə mötəbər sübut yoxdur. Apelyasiya instansiyasl məhkəməsi belə qənaətə gəlmişdir ki, LLL kredit müqaviləsi üzrə bank qarşısında öhədliklərini tam icra etməmiş, nəticədə iddiaçı qarşısında onun borcu yaranmışdır və buna görə də YYY MMQBKT-nin yaranmış borcun qaytarılması barədə iddia tələbi qismən də olsa əsaslı o lduğundan birinci instansiya məhkəməsi işin hallarını nəzərə almış və düzgün olaraq hesab etmişdir ki, bu borc həm kredit sazişi üzrə əsas borcludan, həm də zamindən müştərək qaydada tutulmalıdır və borcun yalnız əsas borcludan tutulması hazırda qüvvədə olan mülki qanunvericiliyin və zaminlik institutunun mahiyyətinə ziddir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Kredit borcunun düzgün müəyyən edilməməsinə dair kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi 15.0 7.2016-cı il tarixdə kredit müqaviləsinin restrukturizasiyası barədə tərəflər arasında saziş imzalanmış, sazişin şərtlərinə uyğun olaraq qalıq qalmış 10336,63 ABŞ dolları məbləğində kreditə illik 15 faiz dərəcəsi tətbiq edilməklə cavabdehə 30 ay möhlət verilmişdir. Həmin sazişə əsasən tərəflərin imzaladığı kreditin ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən ödənilməmiş kredit borcu düzgün müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarş ılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh LLL tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-156/2019 saylı, 17 sentyabr 2019-cu il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar