Məhkəmə qərarları › İş №2(102)-1651/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1651/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1651/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: borcun silinməsi, girova xitam) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan C avabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh LPO “xxxx” ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “faiz borcunun silinməsi, girova xitam verilməsi və girov predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO “xxxx” ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona hesablanmış 1444.19 ABŞ dolları faiz borcunun silinməsi, “xxxx” ASC-nin “Şəmkir” filialı ilə aralarında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış Girov müqaviləsinə xitam verilməsi və saxlanca qoyulmu ş ona məxsus əyyarı 583 olan 6 qızıl üzük, 1 cüt sırğa, 1 qızıl qolbaq, 1 qızıl kolye və əyyarı 585 olan 1 qızıl komplekt olan girov predmetinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “xxxx” ASC-nin Şəmkir filialı arasında xx.xx.2014- cü il tarixli ********* saylı Kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 36 ay müddətinə illik 26 faiz hesablanmaqla 7640 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq onunla xx.xx.2014-cü il tarixli ********* saylı Girov müqaviləsi bağlanmış və ona məxsus əyyarı 583 olan 6 qızıl üzük, 1 cüt qızıl sırğa, 1 qızıl qolbaq, 1 qızıl kolye və əyyarı 585 o lan 1 qızıl komplekt girov qoyulmuşdur. Girov qoyulmuş əmlakın çəkisi cəmi 66,7 qram, ümumi dəyəri isə 1051, 85 AZN likvid dəyərində qiymətləndirilmişdir. Devalvasiyadan sonra yuxarıda qeyd edilən kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə onunla “xxxx” ASC ilə arasında razılığa gəlinmiş, xx xxxx 2017-ci il tarixdə həmin Kredit müqaviləsinə əlavə saziş bağlanmış və kredit müqaviləsi üzrə yeni qrafik açılmışdır. Dəyişikliklərə əsasən, onun kreditor qarşısındakı 5100,53 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı restrukturizasiya edilərək 7650,80 manat təşkil edirdi. Bundan başqa, dəyişikliyə əsasən, onun kreditor qarşısındakı kredit öhdəliyinin qalığının təkibini 6203,61 manat əsas borc, 1447,19 manat faiz borcu təşkil edirdi. O, qeyd edilən qrafıklə kredit öhdəliklərini tamam ilə yerinə yetirmişdir. Belə ki, yeni qrafik açıldıqdan sonra o, 2017-ci ilin dekabrından hər ay olmaqla 307 manat ödəməli idi. Lakin 4 ay müddətində filial bağlı olduğundan və hara müraciət etməyinə dair məlumatsız olduğundan o, 4 ay müddətində ödəniş edə bilməmişdir. Yalnız xx xxxx 2018-ci il tarixdə o, “xxxx” ASC-nin Gəncə filialına ödəmədiyi 4 aylıq krediti 1228 manat məbləğində ödəmişdir. Bundan sonra hər ay vaxtında ödənişləri edərək, ümumilikdə xx xxxxxx 2018-ci il tarixdə 859 manat ödəyərək kreditini tamamilə bağlamışdır. X1 xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərdən biri olaraq, ona güzəştə görə kompensasiya məbləğinin a zaldılan hissəsi 1122,62 manat olmaqla, 4279,36 manat kompensasiya ödənilmişdir. Lakin kompensasiya ödənilməzdən qabaq o, qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmişdir. Cavabdeh isə artıq 1 ilə yaxındır ki, iddiaçını süründürməçiliyə məruz qoyur. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə cavabdehə ünvanladığı müraciətə yalnız xx xxxx 2019-cu il tarixdə cavab verilmiş, bununla da “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun müraciətə baxılmasının müddəti ilə bağlı tələbləri pozulmuşdur. Bundan başqa, onun xx xxxxxx 2018-ci il tarixli qeyd edilən girov predmetinin ona qaytarılması məzmunununda olan müraciətinə hələ heç bir cavab verilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə cavabdehə ünvanladığı müraciətə cavab olaraq, ona bildirilmişdir ki, onun xx xxxx 2019-cu il tarixinə xx xxxx 2017-ci il tarixli tarixli ********* saylı Kredit müqaviləsi üzrə Ləğv prosesində olan "xxxx” ASC qarşısında 1444,19 ABŞ dolları faiz borcu mövcuddur. Bu necə ola bilər ki, onun kredit borclarını tamamən ödədiyi və cənab Prezidentin fərmanına əsasən kompensasiya aldığı halda, cavabdeh hələ faiz borcunun qaldığını, üstəlik məbləği saxta şəkildə və qanunsuz olaraq manat şəklində deyil, 1444,19 ABŞ dolları olaraq göstərir. Üstəlik, dəfələrlə ona hüquqi əsas gətirilməsini xahiş etdikdə, heç bir əsas gətirə bilməyən cavabdeh, ona girov predmetinin qaytarılacağına dair vədlər də vermişdir. Əgər hər hansı bir əsas gətirilsə idi, hansı müqavilə cənab Prezidentin Fərmanından üstün ola bilərdi. Cavabdehin laqeydliyi qarşısında o, Kredit bürosuna müraciət etmişdi r. İşə əlavə edilən Kredit bürosundan çıxarışdan da aydın olur ki, onun 0 əsas və 0 faiz borcu var. Necə ola bilər ki, cavabdehin əsaslandığı sistem kredit bürosu sistemi ilə ziddiyyət təşkil etsin. Buradan belə nəticə çıxır ki, cavabdeh qurum qanunun tələblərini və onun hüquqlarını pozur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(005)-****/2020 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırda İddiaçı banka ödənilməmiş kredit borcu qalmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən öhdəlik tam həcmdə yerinə yetirildiyindən öhdəliyin icrasının təmi n üsulu olan girova da xitam verilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 294.1.1, 385.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmanı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh LPO “xxxx” ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik ed ən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) xx.xx.2020-ci il tarixli, 2(103)-***/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-****/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı münasibətin əsası kredit müqaviləsi olduğundan və həmin müqavilə üzrə İddiaçı borcunu tam ödədiyindən, onun hesablanmış faiz borcun silinməsi, girova xitam verilməsi və girov predmetlərinin qaytarılması tələbləri haqlıdır. Göründüyü kimi, İddiaçı, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il kredit müqaviləsi üzrə əlavə sazişə uyğun olaraq öz öhdəliklərini tam şəkildə icra etmişdir. Bu hal, müqaviləd ən irəli gələn öhdəliyin tam icrası səbəbilə xətm olunması üçün əsasıdır. Belə olan halda, avtomatik olaraq həmin kredit müqaviləsinin təminatı olaraq tərflər arasında bağlanmış girov müqaviləsinə də xitam verilmişdir ki, bu da girov qoyulmuş əşyaların girov qoyana (İddiaçı) qaytarılması üçün əsasdır. Cavabdeh LPO “xxxx” ASC isə, apelyasiya şikayətində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il kredit müqaviləsi üzrə əlavə sazişin 1.1-ci bəndinə istinad edərək, iddiaçının 1444,19 ABŞ dolları faiz borcunun qaldığını bildirir. Həmin bəndə əsasən, restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və ümumi gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə gecikmə günlərinin sayı 30 gündən çoxdursa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Göründüyü kimi, kreditorun faiz borcunu tələb etmək hüququ, yalnız borc alan tərəfindən tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki üzrə gecikdirilmiş günlərin sayı 30 gündən çox olduqda yaranır. Kollegiya, sübutetmə yükü baxımından hesab edir ki, bu halı sübuta yetirmək vəzifəsi kreditorun (hazırkı iş üzrə cavabdeh) üzərinə düşür. Cavbadeh isə, məhkəməyə bunun la bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondu (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişin müvafiq maddəsinə əsasən, dondurulmuş faiz borcu (1444,19 ABŞ dolları) ayrıca hesabda saxlanılır və bir il ərzində 30 gündən çox gecikmə günləri olmayacağı halda qeyd olunan dondurulmuş faiz borcu iddiaçıya bağışlanılır. İddiaçı isə, 2017-ci ilin dekabr ayından etibarən 4 ay müddətində kredit öhdəliyini icra etməmiş və nəticədə, bankın iddiaçıdan dondurulmuş faiz borcunu tələb etmək hüququ yaranmışdır. Məhkəmə isə, bu halı gözardı edərək, düzgün nəticəyə gəlməmiş və bankın mənafeyinə zərər vurmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və cavabdeh ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməy ən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 294.1.1. Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Maddə 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.

4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC-dən kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyini tam icra etmiş, bununla müqavilədən irəli gələn öhdəliyin tam icrası səbəbi ilə müqaviləyə xitam verilməsi əsası yaranmışdır. Belə olan halda, avtomatik olaraq həmin kredit müqaviləsinin təminatı olaraq tərflər arasında bağlanmış girov müqaviləsinə də xitam verilmişdir ki, bu da girov qoyulmuş əşyaların girov qoyana qaytarılması üçün əsasdır. İddianın əsaslılığı iş materialları ilə öz təsdiqini tapdığı halda, cavabdeh etirazının hüquqi əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissə üzrə ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar