Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1652/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1652/2019 Bakı şəhəri 28 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-1025/2017, hakim Ə.S.Qəhrəmanov) i ddiaçı “xxxx” ASC-nin iddiası təmin edilmiş, iddiaçının xeyrinə 3374,94 manat əsas, 842,48 manat faiz və gecikdirilmiş vaxt üçün 5% bank uçotu dərəcəsi olmaqla 83,44 manat məbləğində faiz borcu olmaqla, cəmi 4300,86 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10608/2018, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi apelyanta aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə gön dərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə, illik 27% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” ASC 02.02.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu və zaminlərdən müştərək qaydada həmin kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz borcunun və gecikdirilmiş vaxt üçün 5% uçot dərəcəsinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərə flərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi əsassız və ədalətsiz qətnamə qəbul etmiş, çəkişmə prinsipini pozmaqla kassatorun məhkəmə iclasında iştirakını təmin etməmişdir. məhkəməyə məhkəmə-mühasibatşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət təqdim edilsə də, məhkəmə heç bir əsas olmadan vəsatəti rədd etmişdir. İddia tələbində göstərilən məbləğdən 2000 manat ödəniş edilsə də bu, maliyyə arayışında öz əksini tapmamışdır. Nəticədə iddia tələbi şişirdilmişdir. Banka müraciət edərək razılaşma yolu axtarsa da, bank borcun tam ödəməli olduğunu bildirmişdir, lakin kassatorun bunu ödəməyə gücü çatmır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kolleg iyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və gecikdirilmiş vaxt üçün 5% uçot dərəcəsi cavabdehlərdən müştərək qaydada tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamami lə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinin tələblərinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyi tam icra edərək nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, borclu isə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək borcu vaxtında qaytarmamışdır. Apellyasiya şikayəti ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, ödənişlər müqavilə şərtlərinə uyğun olaraq silinmiş, edilmiş ödənişlərin əsas borc əvəzinə faiz borcundan ç ıxılması və borcun düzgün hesablanmamasına ehtimal verən hallar yoxdur. Borclu kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmadığını göstərsə də, bununla bağlı apellyasiya instansiyası məhkəməsinə dəlillərini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Cavabdehin borcunun müqavilə şərtlərinə uyğun hesablanması iş materiallarında olan hesabdan çıxarışdan təsdiq olunduğundan və əksini ehtimal edən halları göstərən sübut təqdim olunmadığından həmin dəlillər əsassız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla bərabər kassatorun qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasında iştirakının təmin edilmədiyi dəlilinə gəldikdə isə kassator apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-1652/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1652/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver