Məhkəmə qərarları › İş №2(102)-1653/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1653/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1653/2021 08.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirov, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizin və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-5868/2020 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil Əlibala oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: Cavabdeh1 və vəkili Vəkil Əlibala oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-5868/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Mülki iş nəzərdən keçirilərkən məlum oldu ki, İddiaçı B akı şəhəri Nizami rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək kreditin, ona hesablanmış faizin və cərimənin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim R.Həsənov) xx xxxxxx 2020-ci il tarixli 2(007)-218/2020 saylı qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faizin və cərimənin qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10176.75 ABŞ Dolları əsas, 6078.07 ABŞ Dolları faiz, 301.96 ABŞ Dolları cərimə olmaqla cəmi 16.556,78 ABŞ Dolları borc icra vaxtı manata olan məzənnə ilə tutularaqİddiaçı-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətna mədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020 tarixli 2(103)5868/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(007)-218/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanımışdır. Həmin qətnamədən Cavabdeh1 və vəkili Vəkil Əlibala oğlu 06 oktyabr yanvar 2020-ci il tarixdə kassasiya şikayəti vermişlər. Ali Məhkəmənin Mülki Kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdehin kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən ş əxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən apelyasiya instansiyası kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi həmin maddənin tələbini nəzərə almadan Cavabdeh1 verdiyi kassasiya şikayətini mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 408.1.5-ci və 408.2-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq olunmamasının nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən ge ri qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayətinin icraata qəbulundan imtina edilməklə kassasiya şikayətinin geri qaytarılması məsələsinin müzakirə olunması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 408, 411-ci maddələrini rəhbər tutaraq qərara alıram: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)5868/2020 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil Əlibala oğlunun birlikdə verdikləri kassasiya şikayəti həmin şikayətin geri qaytarılması məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar