Məhkəmə qərarları › İş №2(102)-1653/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1653/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1653/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması 31.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(107)-1382/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Abdullayev Əli Fərhad oğluna xx.xx.2020-ci il tarixə kimi qaytarılması şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir 2. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X vərəsəsi Cavabdehdır və miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak İİ qrup müharibə əlillərinə görə Prezident təqaüdü alan mərhum X görə alınmayan vəsait 18.258,50 manatdan ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş borclu X 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona olan 10.000 manat məbləğində borcunun onun vərəsəsi Cavabdeh alınaraq iddiaçıya verilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən o, dostluq münasibətində olduğu X 10.000 manat məbləğində faizsiz borc vermişdir. Müqaviləyə əsasən o, pulu 30 oktyabr 2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixə pulu qaytarmamışdır. O, bir neçə dəfə zəng edib, danışıb xəbərdarlıq etsə də borclu maddi sıxıntıları olduğunu bildirərək pulunu qaytarmamışdır. O, dostluq münasibətlərini nəzərə alaraq gözləmişdir. Bu yaxınlarda öyrənmişdir ki, X xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 23 nömrəli Notariat Ofisinin 29 dekabr 2022-ci il tarixli, 2708 nömrəli arayışına əsasən Cav abdeh X vəfat etməsi ilə əlaqədar vərəsə kimi tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında 24 may 2022-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən miras əmlak 18.258,50 manat təşkil edir və həmin məbləğ 2-ci qrup müharibə əlillərinə görə Prezident təqaüdü alan mərhum X hesablanmış və alınmayan vəsaitdən ibarətdir.

5. Ağsu Rayon Məhkəməsinin(hakim A.Əsgərov) 3 iyul 2023-cü il tarixli, 2(016)284/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 10.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, mərhum X kredit müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən borc vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.2021-ci il tarixdə ölmüş X adına 23 nömrəli notariat ofisində V-11/2022 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsəsi Cavabdeh qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 1146, 1255 və 1306.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiy a şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan 10.000 manat borcun mövcudluğu barədə vərəsə kimi nə onun, nə də digər ailə üzvlərinin heç bir məlumatı olmamış, İddiaçı ilə münasibətləri olmamışdır. Eləcə də məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti qanunla müəyyən olunmuş qaydada əvvəlcədən cavabdeh tərəfə vaxtında təqdim edilməmiş, nəticədə cavabdehin müdafiə hüququ pozulmuşdur. Məhkəmə kredit müqaviləsi üzrə borcun götürülməsi faktını araşdırarkən həmin müqavilə üzrə borc bağlanarkən pul vəsaitinin notariat orqanının depozit hesabına yerləşdirilib-yerləşdirilməməsi, borcun vaxtında qaytarılıbqaytarılmaması, vaxtında ödənilmədiyi təqdirdə notariusa icra qeydi ilə bağlı kreditorun müraciət edib-etməməsi, notarius tərəfindən müvafiq icra qeydinin verilib-verilməməsi, icra qeydinin müvafiq icra orqanına göndərilib-göndərilməməsi, habelə icra qeydinin icra orqanı tərəfindən icra olunub-olunmaması və s. halları sübut edən dəlilləri müəyyən etməmişdir. Bu isə məhkəmə araşdırmasının səthi, birtərəfli və qərəzli aparılmasını dəlalət edir.

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1382/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tаrixli, 2(016)-284/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərini tək-tək əsassız hesab edərək müəyyən etmişdir ki, Ağsu Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli məhkəmə bildirişi ilə Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti Ağsu şəhəri S.Vurğun küçəsi ev 4, mənzil 7 ünvanına rəsmi qaydada göndərilmişdir. Lakin həmin zərfin üzərinə Poçt şöbəsi tərəfindən “Köçüb” qeydi qeyd olunaraq geri qaytarılmışdır. Ağsu Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli məhkəmə qətnaməsinin surəti Cavabdeh həmin yuxarıda qeyd olunan ünvanına göndərilmiş və iş materiallarının 56-cı səhifəsində olan xəbərnamədən görünür ki, Cavabdeh qətnamənin surətini rəsmi şəkildə almışdır. Eyni zamanda kollegiya qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətində öz ünvanını ünvan 1 məhkəməyə göndəndərdiyi 21 dekabr 2023-cü il tarixli teleqramında da həmin ünvan göstərilmişdir. Göründüyü kimi şikayətin yuxarıda qeyd edilən dəlili əsassızdır.

12. Həmçinin 10.000 manat borcun mövcudluğu barədə vərəsə kimi nə onun, nə də digər ailə üzvlərinin heç bir məlumatının olmaması, İddiaçı ilə münasibətlərinin olmaması, borc bağlanarkən pul vəsaitinin notariat orqanının depozit hesabına yerləşdirilməməsi iddianın əsassız olması anlamına gəlmir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən X xx.xx.2020-ci il tarixinə kimi qaytarılması şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Yəni borc müqaviləsinin bağlandığı şəksizdir.

13. Daha sonra kollegiya qeyd etmişdir ki, iddiaçı ilə mərhum X yuxarıda qeyd edilən kredit müqaviləsini xx.xx.2020-ci il tarixdə bağlamışlar. X xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X3 X müqavilə bağlandıqdan təqribən 1 il 4 ay sonra ölmüşdür. Bu müddətdə onun yuxarıda qeyd edilən kredit müqaviləsini mübahisələndirmək üçün kifayət qədər vaxtı olmuşdur. X2 X həmin kredit müqaviləsini mübahisələndirməmişdir. Kollegiyanın qənaətinə görə nə qədər ki, yuxarıda qeyd edilən kredit müqaviləsi mövcuddur və etibarsız hesab edilməmişdir, iddiaçı iddia tələbində haqlıdır.

14. Borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin iş materiallarında X iddiaçıya olan borcunun qaytarılması barədə heç bir sübut möbcud olmamışdır. Notariusa icra qeydi ilə bağlı kreditorun müraciət edib-etməməsi, notarius tərəfindən müvafiq icra qeydinin verilib-verilməməsi, icra qeydinin müvafiq icra orqanına gön dərilib-göndərilməməsi, habelə icra qeydinin icra orqanı tərəfindən icra olunub-olunmamasını araşdırmaq və bu barədə sübutlar toplamaq məhkəmənin vəzifəsi deyildir. Yəni sübutları təqdim etmək tərəflərin vəzifəsidir.

15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən alacağı miras əmlakın dəyəri X borcundan təqribən 8 min manat çox olduğundan, Cavabdeh X borcunu tam ödəmək üçün yetərli miqdarda, yəni 18.258,50 manat miras əmlakı olacaqdır.

16. Beləliklə, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 739.1, 739.2, 1146, 1151, 1255, 1306.1-ci və Mülki P rosessual Məcəlləsinın (bundan sonra-MPM) 76.1,76.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən tərəflər arasında çəkişmə şəraitində aparılması, tərəflərə bərabər imkanlar yaradılması təmin edilməmişdir. Belə ki, məhkəmə iddiaçı əvvəlcədən tanıdığı və yaxın münasibətdə olduğu, eləcədə işin nəticəsində marağı olan şəxsi şahid qismində işə cəlb etməklə əlavə sübut görüntüsü yaratmış, lakin cavabdehin vəsatətlərinə məhəl qoymadan iş üçün mühüm əhəmiyyətə malik digər sübutların araşdırılmasını təmin etməmiş, cavabdeh tərəfindən istinad edilən faktlar nəzərə alınmamışdır.

20. Bundan əlavə, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi ilə bağlı cavabdehə qarşı öz tələbinin əsası kimi istinad etdiyi halların nədə ifadə olunduğunu təsdiq edən mötəbər sübutlar təqdim etməmiş və məhkəməni subyektiv mülahizələri ilə inandırmaqla öz mənafeyinə uyğun ədalətsiz qərar qəbul etdirməyə nail olmuşdur.

21. Həmçinin məhkəmə tərəfindən cavabdehin dəlillərinə düzgün qiymət verilməməsi ilə yanaşı, iş tam və hərtərəfli araşdırılmamış, qeyri-obyektiv həyata keçirilməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Həmçinin, məhkəmə mülki işə səthi və qərəzli baxmış, iddia tələbini təkzib edən işdə olan digər sübutlara tətbiq edilməli hüquq normalarına əhəmiyyət vermədən iddiaçının haqsız tələblərinə üstünlük verib təmin etməklə, nəticədə ədalətdən tamamilə uzaq, birinci instansiya məhkəməsinin səhvlərini təkrar edən yekun qərar qəbul etmişdir

22. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələri, 60-cı maddəsinin İ və İİ hissələri, 71-ci maddəsinin İ hıssəsi, Mülki Məcəllənin 340.1,340.2-ci, və Mülki Prossesual Məcəllənin 9.1, 77.1, 88-ci maddələri ilə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir.

25. Maddə 739.1(müqavilə bağlanan zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır.

27. Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzif ələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

28. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

29. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən son ra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəti cəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmə dən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.

42. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət ver ərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara ma ddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2(107)-1382/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar