Məhkəmə qərarları › İş №2(102)-1653/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1653/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1653/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-551/2025 nömrəli 30 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 2 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri 44 saylı notariat ofisində təsdiq edilmiş 30 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 76500 manat pul vəsaitini verməyi, borc alan 6 ay ərzində həmin borcu geri qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi notariusu təsdiqlənmiş, reyestrdə 3M-364 nömrəsi ilə qeydə alınan, kredit müqaviləsi üzrə cavabdehə verilmiş 76500 manat əsas borc, 7650 manat kredit müqaviləsi üzrə hesablanmış cərimənin və 342,45 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 84492,45 manat məbləğində pulun cavabdehdən onun xeyri nə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehə 76500 manat pul vəsaitini borc vermiş, cavabdeh isə 6 ay ərzində həmin pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. Borc məbləğinin qaytarması gecikdirildiyi halda, əlavə olaraq verilmiş məbləğin 10 faizi miqdarında ödəmək şərti də müəyyən edilmişdir. 30 oktyabr 2023-cü il tarixli təhvi-təslim aktına görə cavabdehə 76500 manat pul vermişdir. Eyni zamanda, cavabdeh həmin pul məbləğini 06 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, 6 ay ərzində, yəni xx.xx.2024-cü il tarixə kimi, 76500 manat borc məbləğini geri qaytarmamışdır. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyindən məbləğin 10 faizi miqdarında, yəni 7650 manat cərimə ödənilməlidir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1698/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 76500 manat əsas, 3825 manat cərimə borcu və ödənilmiş 342,45 manat dövlət rüsumu tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə 76500 manat məbləğində pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, həmin məbləğin qaytarılması barədə tələb əsaslıdır və təmin edilməlidi r. Lakin cavabdehdən 7650 manat məbləğində cərimə məbləğlərinin tutulmasına gəldikdə isə məhkəmə bu hissədə iddianı qismən əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqavilələri üzrə 3825 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462, 467, 739.1 və 740-cı, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi üzrə xx.xx.2023-cü il tarixli, 3M-364 saylı kredit müqaviləsi formal xarakter daşımışdır. Belə ki, tərəflər arasında real kredit münasibətləri mövcud olmamışdır. Cavabdeh iddiaçını ümumiyyətlə tanımamışdır. Tərəflər arasında müqavilə bağlanılmasına əsas səbəb "xxxx" MMC-nin rəhbəri vəzifəsində çalışan şəxsin “X1” markalı nəqliyyat vasitəsini tuninq etdirmək olmuşdur. İddiaçı həmin şirkətdə çalışır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Babayev sədrlik edən və məruzəçi, C.Musayeva və F.Abdıyev) 2(103)-551/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış və hazırki mübahisənin predmeti olan kredit müqaviləsinin real əsaslarla bağlanıb-bağlanmaması, müqavilə üzrə borc məbləğinin, həqiqətən, cavabdehə verilməsini təsdiq edən sübutların mövcudluğu araşdırılmalıdır. Mülki Məcəllənin 743.1-ci maddəsinin birinci cümləsinə əsasən kredit müqaviləs inə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin b ağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir. Qanunvericiliyin normasının məzmunundan da göründüyü kimi borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırkı işin hallarından da göründüyü kimi tərəflər arasında notarial qaydada kredit müqaviləsi bağlanmış və cavabdeh müqaviləyə əsasən ona verilməli olan 76500 manat məbləği bununla bağlı müvafiq təhvil-təslim aktına imza atm aqla götürmüş, bu hal özünü iş materiallarındakı müvafiq sənədlərlə tapmış və həmin sənədlərin məhz cavabdeh tərəfindən imzalanması hər hansı formada mübahisələndirilməmişdir.

11. Cavabdeh həmçinin öz apellyasiya şikayətində bildirmişdir ki, cavabdehlə iddiaçı arasında, ümumiyyətlə, hər hansı borc münasibətləri olmamış, cavabdeh avtomobillərin tuninq (keyfiyyətinin yaxşılaşdırılması) edilməsi ilə məşğul olmuş, “Kontakt Home” adlı şirkətə məxsus “X1” markalı avtomobil tuninq edilməsi məqsədilə cavabdehə verilmişdir. Avtomobilin tuninq edilməsi üçün tələb edilən və tərəflər arasında raşılaşdırılmış xidmət haqqının ödənilməsi iddiaçı və hazırkı cavabdeh ilə bağlanmış borc müqaviləsi əsasında edilmiş, başqa sözlə, hazırkı borc müqaviləsində göstərilmiş məbləğ faktiki olaraq avtomobilin tuninq edilməsi üçün ödənilməsi nəzərdə tutulan məbləğin bir hissəsi olmuşdur.

12. Məhkəmə cavabdehin mübahisəli əqdin yalan əqd olması və tərəflərin əsl niyyətinin cavabdehlə üçüncü bir şəxs arasındakı podrat münasibətlərinin pərdələnməsi ilə əlaqədar olmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulması nı və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

13. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqa vilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

14. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: a) görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; b) gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; c) yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

15. Lakin xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, hazırki iş üzrə müqavilə tərəfi kimi iddiaçı mübahisəli əqdin yalan əqd olması və cavabdehlə üçüncü bir şəxs aras ındakı podrat münasibətlərinin pərdələnməsi niyyətlərinin olmasını təsdiq etməmiş, bu niyyətin varlığı heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır.

16. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh ona birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlarını təqdim edə bilməsi üçün şərait yaradılmadığını bildirsə də, apellyasiya baxışı zamanı edilən sual-cavab zamanı məhkəmə proseslərində işi ilə əlaqədar ölkə xaricində olduğundan iştirak edə bilmədiyini qeyd etmişdir. Bundan əlavə apellyasiya baxışı zamanı da məhkəmə tərəfindən cavabdehə tərəflər arasında belə bir əqd bağlanması ilə əlaqədar hər hansı niyyətin olmaması və əsl məqsədin onunla “Kontakt Home” adlı şirkətin rəhbəri Fazil İsrafilov adlı şəxs arasındakı podrat müqaviləsinin pərdələnməsi ilə bağl ı olmasına dair sübutların təqdim edilməsi təklif edilmiş, lakin hər hansı mötəbər dəlil mövcud olmamışdır.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri, həqiqi iradələrini ifadə edən bir müqavilədir və mahiyyəti baxımından, həqiqətən, bağlandığı zaman tərəflər üçün daha ağır və istəmədikləri nəticələr doğuracağından başqa bir əqdlə pərdələnmə zərurəti vardır. Lakin hazırkı iş üzrə cavabdehin qeyd etdiyi əsl niyyətin – üçüncü bir şəxslə mövcud olan podrat münasibətlərinin mövcudluğu tərəflərin hansısa biri üçün əlverişsiz nəticələrə səbəb olmazdı. Daha dəqiq desək, həmin tərəflər arasında real podrat müqaviləsinin bağlanmasına hansısa maneə olmamış və bu əqdi pərdələmək üçün hər hansı zərurə t yaranmamışdır. Bundan əlavə cavabdeh öz şikayətini həm iddiaçının, həm də onun nümayəndə və vəkilinin də eyni şirkətdə çalışması və bütün bunların sözügedən əqdin şirkətin rəhbərinin təkidi ilə görüntü məqsədi daşıyaraq bağlanması ilə əsaslandırmış və sonuncu məhkəmə iclasında adıçəkilən şəxslərin iş yerlərinin müəyyən edilməsi ilə bağlı vəsatət təqdim etmişdir. Bununla bağlı kollegiya cavabdehə öz dəlillərini təqdim etmək və bununla bağlı vəsatətlər verməklə əlaqədar kifayət qədər şərait yaradılması, lakin sonuncu məhkəmə iclasında belə bir vəsatətlə çıxış etməsinin prosessual qanunvericiliyə zidd olduğunu qeyd edir və əlavə olaraq bildirmişdir ki, həmin vəsatətin təmini nəticəsində iddiaçı və onun vəkilinin cavabdehin qeyd etdiyi şəxsin rəhbərlik etdiyi şirkətdə çalışması aşkar olunmuş olsa belə, bu hal hazırki mübahisənin predmetini təşkil edən kredit müqaviləsinin məhz göstərilən tərəflər arasında və kredit münasibətlərindən irəli gələn niyyətlərlə bağlanmasını istisna etmir. Bundan əlavə hazırda sübut olunmalı hissəni iddiaçı və onun vəkilinin həmin şirkətdə çalışması deyil, məhz sözügedən şirkətin rəhbəri ilə cavabdeh arasında sırf bu mübahisə ilə əlaqəli podrat münasibətlərinin mövcudluğu təşkil edir və bu hal da yuxarıda göstərildiyi kimi hər hansı mötəbər dəlillə öz təsdiqini tapmamışdır. Bu zaman da Konstitusiya Məhkəməsinin də bu barədə yuxarıda göstərilən mövqeyinə uyğun olaraq əqdin yalan əqd kimi qiymətləndirilməsinə dair mötəbər əsas mövcud olmuş olmur.

18. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda norma ları və iş üzrə tədqiq olunan sübutların məcmusu baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış borc müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və həmin borc müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 324, 337, 340, 351, 385, 386.1, 390, 406.1, 425, 442, 739 və 740-cı və MPM-in 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Və kil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti Mülki Məcəllənin 340-cı, MPM-in 14, 47, 106 və 217-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsində olan proseslərdə sual cavab zamanı cavabdeh birinci instansiya məhkəməsində keçirilən proseslərdən məlumatsız olduğunu, proseslərin keçirilmə tarixlərində öz işi ilə əlaqədar ölkə xaricində olduğunu və yalnız oradan qayıtdıqdan sonra belə bir məhkəmənin baş tutmasından xəbər tutduğunu və bundan sonra qətnamədən apellyasiya şikayətini verdiyini qeyd etmiş, həmçinin xaricdə olmasının təsdiqi kimi uçuş tarixləri barədə məlumatları da məhkəməyə təqdim edə biləcəyini b ildirmişdir. Lakin, məhkəmə qətnaməsində apellyasiya instansiyası məhkəməsi sanki cavabdehin birinci instansiya məhkəməsində keçirilən proseslərindən məlumatlı olduğunu, lakin xaricdə olduğundan iştirak edə bilməməsi kimi qələmə verməyə çalışmışdır. Reallıqda isə məsələ yuxarıda qeyd etdiyim kimi olmuş, faktiki olaraq cavabdeh dinlənilmə hüququndan məhrum olunmuş və çəkişmə prinsipinin tələbləri təmin edilməmişdir. Digər tərəfdən məhkəmənin əqdin etibarsızlığıilə bağlı cavabdeh tərəfindən proses zamanı hər hansı bir sübutun təqdim edilməməsinə dair fikirləri isə ümumiyyətlə qəbuledilməzdir. O səbəbdən ki, iddianın predmetini təşkil edən borc müqaviləsinin yalan əqd olmasına dair tərəfimizdən məhkəməyə kifayət qədər sübutlar təqdim olunmuş, habelə yeni sübutların əldə edilməsi üçün müvafiq vəsatətlər verilmiş, lakin onların heç biri məhkəmə tərəfindən qəbul edilməmişdir. "xxxx" ilə cavabdeh arasında bağlanmış müqavilədə tuninq olunması nəzərdə tutulmuş avtomobilin məlumatları, eləcə də Cəmiyyətin bütün rekvizitləri (bank hesab məlumatları daxil olmaqla) qeyd olunmuşdur. Bu məlumatların kommersiya sirri olmasını nəzərə alsaq, məlum olur ki, həmin müqavilə məhz "xxxx"un (“Kontakt Home”) özü tərəfindən tərtib edilmişdir. Bu hal da belə apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilməmiş, ümumiyyətlə qətnamədə bu məsələyə hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara yox, formal olan məlumatlara əsaslanmış, müqavilə bağlanana qədər tərəflərin hər hansı qarşılıqlı münasibətlərinin olmasını müəyyən edə bilməmiş, belə bir münasibətlərin olmamasına baxmayaraq birinci instansiya məhkəməsinin qanunsuz və ədalətsiz qətnaməsinin dəyişdirilmədən saxlanaması barədə yeni bir qanunsuz qətnamə qəbul etmişdir. b)

22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

25. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

26. Mad də 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

29. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

30. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

31. Maddə 351.2. Əgər ə həmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

32. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

33. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

34. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi nin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir.

36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

37. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

38. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

39. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdi yi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

41. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

42. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məb ləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

43. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

44. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Madd ə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

57. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman iddiya etirazlarda, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

58. Kassasiya şikayətinin işin faktiki hallarının d üzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-551/2025 nömrəli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar