Məhkəmə qərarları › İş №2(102)-1655/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1655/2019

13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1655/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərardadından Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-991/2018 saylı 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 03.06.2015-ci il tarixli 100/03/10 9813/15 saylı kredit müqaviləsi üzrə 3940.59 manat əsas, 214.99 manat faiz, 182.68 manat cərimə olmaqla, cəmi 4338.26 (dörd min üç yüz otuz səkkiz manat, iyirmi altı qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq «xxxx» KB QSC-nin xeyrinə ödənilməsi, məhkəmə xərci 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia təlbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4815/2018 saylı 01 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-991/2018 saylı 16 yanvar 2018-ci il taixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 2(103)-4815/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4815/2018 saylı 01 may 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7058/2018 saylı 10 oktyabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 2(103)-4815/2018 saylı qərardadından verdiyi şikayətin qanuna uyğunluğunun yoxlanılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 2(103)-4815/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4815/2018 saylı 27 iyul 2018-ci il t arixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19.11.2018-ci il tarixli qərardadından Cavabdeh və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarından göründüyü kimi kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq tərəf və vəkil tərəfindən imzalanmışdır. Prosessual hüquq normaları pozulmuşdur. Ona görə də BakıApellyasiya Məhkəməsinin MK-nin 19 noyabr 2018-ci il tarixli qərardadının ləğv olunmasını və kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsini xahiş edirlər. Məh kəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhk əməsi iş üzrə belə nəticəyə gəmişdir ki, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4815/2018 saylı 27 iyul 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilsə də, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmadığı üçün kassasiya şikayəti tərəfə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər. Həmin məcəllənin 405.0.2-ci maddəsinə əsasən, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində a pellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Həmin məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsivə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir Həmin məcəllənin 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun şikayətdə qeyd etdiyi dəlili ilə əlaqə dar bildirir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4815/2018 saylı 27 iyul 2018-ci il tarixli qərardadından Cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamışdır. (iş v. 110). Belə olan halda kassasiya şikayəti Mülki-Prosessual Məcəllənin 407 və 408-ci maddələrinin göstərişlərinə əsaslanaraq geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər əsassız olmaqla formal mülahizələrə əsaslanmaqla işdə olan və yuxarıda qeyd olunan hallarla təkzib edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmaqla qəbul edilmiş qərardad qanunidir, həmçinin hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə düz gün hüquqi nəticəyə gəlinmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar