Məhkəmə qərarları › İş №2(102)-1656/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1656/2019

05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1656/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il İş № 2(102)-1656/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6317/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.B.Məhərrəmova) 2(004)-959/2018 nömrəli iş üzrə 08 fevral 20 18-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı Cavabdeh1 nəğd şəkildə verdiyi 17.200 manat məbləğində pulun, 2.580 manat məbləğində əlindən çıxmış fayda olmaqla ümumilikdə 19.780 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsinə və dövlət rüsumu kimi ödədiyi 30 manat iddiaçı olaraq onun xeyrinə tutulması barədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi) İ.Ş.Vəliyev və E.M.Həsənov ) 2(103)-6317/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)959/2018 saylı 08 fevral 2108-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddia qismən təmin e dilməsi, Cavabdeh1 8500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı verilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verdiyi 17.200 manat məbləğində pulun, 2.580 manat məbləğində əlindən çıxmış fayda olmaqla ümumilikdə 19.780 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsinə və dövlət rüsumu kimi ödədiyi 30 manat iddiaçı olaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəm əsinin MK-nın 2(103)-6317/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tarixli qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2(004)-959/2018 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı teleqram göndərərək xəstəliyi ilə bağlı işin baxılmasını təxirə salmasını x ahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)6317/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, - “xxxx” ASC Sahil filialı ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2012-ci il tarixli, 104-S-090H saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana avtomobil almaq məqsədilə illik 17% olmaqla 24 ay müddətinə 43.500 manat məbləğində kredit vermişdır. İş materiallarında olan “xxxx” ASC Sahil filialı ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2012-ci il tarixli, 104-S-090 h/İP saylı ipoteka müqaviləsinin surətindən görünür ki, 04 iyul 2012-ci il tarixli, 104-S090H saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan ipoteka qoyana HOWO ZZxxxxxxxx- markalı, **-CX*** dövlət qeydiyyat nişanlı avtomobili banka ipotekaya qoymuşdur. İpoteka predmeti 58.000 manat dəyərində qiymətləndirilmişdir. Həmçinin iş materiallarında olan “xxxx” ASC Sahil filialı tərəfindən verilmiş 24 noyabr 2016-cı il tarixli, 322 saylı arayışdan görünür ki, “xxxx” ASC Sahil filialı və Cavabdeh2 arasında bağlanmış 04.07.2012-ci il tarixli, xxx-S-xxx H saylı kredit müqaviləsi üzrə 43500 manat kredit götürülmüşdür. Həmin kredit üzrə əsas borc və hesablanmış faizlər 24.11.2016-ci il tarixində tam olaraq ödənilmişdir. İş materiallarında olan 08 dekabr 2016-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»dan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı tərəfə göndərilməsi, İddiaçı şikayət ərizəsində göstərdiyi faktlar mülki xarakterli olduğundan, mülki qaydada məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İş materiallarına əlavə edilmiş, AB seriyalı, xxxxxxxxxx saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh2 HOWO ZZxxxxxxxxx- markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh2 ipoteka yolu ilə HOWO xxxxxxxx-markalı, **-CX-*** qeydiyyat nömrə nişanlı avtomobil əldə etmiş, həmin avtomobilə görə banka Cavabdeh1 Bəhrəm oğlu tərəfindən ödənişlər etmiş, sonradan aralarında olan razılaşmaya əsasən qalan kredit məbləğini İddiaçı ödəmək şərti ilə nəqliyyat vasitəsi onun istifadəsinə verilməsi işin mübahisəsiz hallarındadır. Lakin birinci instansiya məhkəməsi həmçinin də qeyd etmişdir ki, iddiaçı avtomobili 5 ay istismar etməsini, ipoteka predmeti olan avtomaşının Bank əməkda şları tərəfindən ondan geri alınmasını etiraf etsə də, 26.08.2014-cü il tarixdə, Şabran rayon sakini Cavabdeh1 HOVO xxxxxxxxxx-markalı, **-CX-***-qeydiyyat nömrə nişanlı özüboşaldan yük avtomobilini 13.500 manat verərək, istismar etdikdən sonra Bəhlulun ona avtomobilin əmisi oğlunun yoldaşı Cavabdeh2 Balahüseyn qızının adına olmasını, onun bank evini əlindən almasını bildirərək aparıb işləri qaydasına qoyub qaytarması barədə deməsini, Cavabdeh1 Bəhrəm oğlunun ona Banka 1.900 manat borcu olmasını, banka hər ay 650-manat ödəyərsən deməsini, eləcə də, avtomobilə dəyəri 3.700-manat olan 10-ədəd şin almasını göstərsə də, bu halların təsdiqi olaraq məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. İşdən görünür ki, HOWO xxxxxxxxxxx- markalı, **-CX-*** qeydiyyat nömrə nişanlı avtomobili 24.000manat a satılaraq Cavabdeh2 Bankdan aldığı kredit üzrə əsas borc və hesablanmış faizlər 26.11.2016-cı ildə tam olaraq ödənilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin HOWO xxxxxxxxxxxx- markalı, **-CX-*** qeydiyyat nömrə nişanlı avtomobilin kredit borclarını ödəməsi mümkün olmadığı üçün həmin avtomaşının İddiaçı bu kredit məbləğini hər ay banka ödəmək şərti ilə onun istismarına verilməsinə, lakin sonuncunun bu vəziyyətdən sui-istifadə edərək kreditin qalan hissəsini ödəmədiyinə görə nəqliyyat vasitəsi onun istifadə və istismarında olduqu aylara görə cərimələr və kredit faizləri yığılması səbəbdən də nəqliyyat vasitəsinin İddiaçı əlindən alınaraq 24.000 manata satılaraq kredit üzrə borclar, aylıq faizlər və cərimələr ödənilməsinə dair izahatlarını işin araşdırılmış halları ilə tamamlandığı üçün inandırıcı saysa da, apellyasiya instansiyası məhkəməsində cavabdehin qismən etirafını apellyasiya instansiyası məhkəməsinə iddianın qismən əsaslı olması qənaətinə gəlməsinə əsas verir. Məhkəmə Kollegiyası Apellyasiya məhkəməsinin avtomaşının satılmış məbləğindən cavabdehin 6 ay ərzində həmin avtomaşından istifadə etməklə əldə etdiyi gəlir çıxılmaqla qalan məbləğ, yəni 8500 manat “11500-3000=8500” cavabdehdən iddiaçının xeyrinə tutulmalı barədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 -ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün ə həmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya İnstansiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq düzg ün olaraq qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübut ların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcə llənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olun an faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6317/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6317/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar