Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1656/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası /Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1023/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərardadından İddiaçı BOKT MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-896/2018 nömrəli iş üzrə 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Bank olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh1 23 iyul 2009-cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsi üzrə 2020 ABŞ dolları məbləğində əsas kredit borcu, 655 ABŞ dolları faiz borcu və 310 ABŞ dolları cərimə olmaqla cəmi 2985 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan manat ına olan məzənnə ilə, həmçinin ödənilmiş 10 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması, iddia tələbinin kredit borcunun müştərək qaydada digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində rədd olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1061/2019 nömrəli iş üzrə 19 avqust 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnаməsi iddianın əsas borca (2020 ABŞ dolları) dair hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-1061/2019 nömrəli iş üzrə 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətn aməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-232/2020 nömrəli iş üzrə 13 yanvar 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-1023/2020 nömrəli iş üzrə 13 may 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 аpellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilmiş və həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının Cavabdeh1 qarşı "kredit borcu tələbinə dair" iddiası rədd edilmişdir. Qətnamədən iddia çı kassasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər M.Hüseynov – sədrlik edən və məruzəçi, E.Hüseynov və G.Abbasov) apellyasiya instansiyası məhkəməsinin 13.05.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 135.2, 135.3, 135.5-ci maddələrinə istinadla qeyd etmişdir ki, 13.05.2020-ci il tаrixli qətnаmənin surəti poçt vasitəsilə i ddiaçının iddia ərizəsində qeyd edilən ünvanına göndərilmiş və 31.05.2020-ci il tarixdə sözügedən qətnamənin surəti iddiaçının əməkdaşı tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Bununla da qətnamənin surəti 31.05.2020-ci il tarixdə iddiaçıya rəsmi qaydada verilmiş, kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 3 aydan da artıq ötürüldükdən sоnrа təqdim edilmişdir. Məhkəmə kollegiyası iddiaçının vəsatətdə göstərdiyi dəlillərlə əlaqədar qeyd etmişdir ki, qətnamənin surətinin iddiaçının ünvan 1 ünvanında yerləşən baş ofisinə deyil, onun ünvan 2rləşən fililına göndərilməsi, ona görə də qətnamənin baş ofisə gec çatdırılması buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, əvvəla, 13 may 2020-ci il tаrixdə keçirilmiş, yekun məhkəmə q ətnaməsinin qəbul edildiyi məhkəmə iclasında iddiaçının Regional hüquq məsləhətçisi X2 iştirak etmiş, həmin məhkəmə iclasında məhkəmə kollegiyasının qəbul etdiyi qətnamə elan edilmiş, yəni iddiaçının səlahiyyətli nümayəndəsi apellyasiya məhkəməsinin yekun qətnaməsindən məlumatlı olmuşdur. Digər tərəfdən, məhkəmə qətnaməsinin surəti iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına lazımi qaydada göndərilmiş və rəsmi qaydada çatdırılmışdır. Bu faktlar iş materialları ilə kifayət qədər sübut olunur. Göründüyü kimi, iddiaçının kassasiya şikayəti verməsi üçün ötürülmüş müddətin bərpası barədə vəsatətin dəlilləri əsassız və qəbuledilməzdir. Məhkəmə kollegiyası müddətin ötürülmə səbəbini üzrsüz kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iş tirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin gəldiyi nəticə qeyriobyektiv, qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamənin iddiaçının hüquqi ünvanına rəsmi qaydada göndərilməməsini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 səbəbini qeyd etməsələr də məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılm asını xahiş etmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üz rə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müva fiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (maddə 135.2). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sə nədlərini ünvan sahibinə verməlidir (maddə 135.2). Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (maddə 135.3). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır (maddə 408.1.4). Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiy ası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bank olmayan Kredit X1 Cəmiyyətinin tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(107)-1023/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1656/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1656/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver