Məhkəmə qərarları › İş №2(102)-1657/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1657/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1657/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin miqdarının artırılması) 27.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7870/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3958/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, A-22/243 saylı arayışa əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində “ASAN xidmət” ilə iş və Elektron İdarəetmə Departamentinin “ASAN xidmət” və KOB evləri ilə iş şöbəsində xx.xx.2018-ci il tarixindən “ASAN xidmət”üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 750 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə Nəsimi rayon məhkəməsinin 2(006)3958/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə kəsilmiş alimentin miqdarının dəyişdirərək, xx.xx.2315-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdl ü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa hər ay 193 manat, cəmi 579 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3958/20 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin faktiki hallarına istina d edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 360 manat alimentlə üç uşağı saxlamaq çox çətindir. Ona görə də alimentin Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. İddiaçıya məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Prezidentin sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 193 manatdır. Uşaqlar böyüdükcə tələbatları daha da çoxalır.

7. Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Anar İbadzadə) 2(006)-3980/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3958/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 193 manat, cəmi 579 manat sabit pul məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.

9. Məhkəmə qeyd etmişdir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çat mayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsin i və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7870/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Emin Mehdiyev) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əssasızdır.

16. Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə istehlak mallar ının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2020-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını artırmışdır. Artırılmış alimentin miqdarının hər ay hər uşaq üçün 193 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Uşaqların atası əmək qabiliyyətlidir, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, münasib qazanc əldə etmək və uşaqların hər biri üçün hər ay 193 manat alimenti ödəmək iqtidarındadır. Atanın əmlak vəziyyəti bundan artıq aliment ödəməyə imkan ver mir.

17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 78.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kasassiya şikayəti verərək (Vəkil1) qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 75.1, 75.4, 78.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, uşaqların atası əmək qabiliyyətlidir, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, münasib qazanc əldə etmək və uşaqların hər biri üçün hər ay 193 man at alimenti ödəmək iqtidarındadır. Məhkəmə hər uşağa 193 manat məbləğində alimentin tutulmasını müəyyən edən zaman, qətnaməsində nə uşaqların təminatının maksimal saxlanılmasını, nə cavabdehin hazırkı maddi vəziyyətini, nə iqtisadi vəziyyətdə inflyasiyanı, nə də valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını nəzərə almamışdır. Cavabdeh iddiaçı ilə birgə yaşadığı dövrdə övladlarının ehtiyaclarının qarşılanması üçün hər ay təxminən 2.000-3.000 manat pul xərcləyirdi. Nikahın pozulması uşaqların əvvəlki təminatına, o cümlədən də təhsil, istirahət və sair hallara mənfi təsir göstərməməlidir. Məhkəməyə təqdim edilən sübutlar da ona dəlalət edir ki, cavabdehin aylıq gəlirləri kifayət qədər çoxdur və bu səbəbdən də onun övladlarının saxlanılması üçün daha art ıq məbləğdə aliment ödəməyə imkanı var. Cavabdehin atası Asəf Zeynallı adına Musiqi məktəbinin direktoru Nazim Kazımovdur. Cavabdeh çox imkanlı ailədirlər. Cavabdehlərin əmlaklarının dəyəri yüz minlərlə ölçülür. Cavabdehlə iddiaçının birgə yaşadıqları dövrdə uşaqlar tez-tez xarici ölkələrə, həmçinin rayonlara istirahətə aparmışlar. Məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş (videogörüntülər, sənədlər), işi tam, hərtərəfli və düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticədə iş üzrə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 76, 77, 217-ci maddələrinin tələbləri pozulmulmuşdur. Belə ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, işi hərtərəfli araşdırmamışdır. Cavabdeh narkotik və psixotrop maddəl ər istifadə edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 17.”Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İİİ. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. İV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyy ətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi ist inad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya məhkəməsi məhkəmə uşaqların mənafeyini, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq, cavabdehin etirazında və apellyasiya şikayətində irəli sürdüyü dəlilləri nəzərə alaraq alimenti hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən etmişdir.

37. Cavabdeh etirazında göstərir ki, iddiaçı ilə rəsmi nikahları yoxdur. Onlar ailə münasibələrinə son qoyduqdan sonra iddiaçıya faktiki olaraq iki mənzil verilmiş, bir mənzil yaşayış üçün, digər mənzil isə kirayə verilərək təminatlarının təmin edilməsi üçün olmuşdur. İddiaçı tərəf cavabdehin bu dəlillərinə hər hansı münasibət bildirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası artırılmış aliment məbləğini ağlabatan və ədalətli hesab edir. Cavabdehin daha artıq qazanca malik olması və müəyyən olunmuş məbləğin uşaqların əvvəlki təmintlarından daha aşağı olmasına dair isə sübutlar mövcud deyil.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7870/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar