Məhkəmə qərarları › İş №2(102)-1658/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1658/2021

17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1658/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1609/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tərəflər qonşu olmaqla İddiaçı Balakən şəhəri, N.Nərimanov küçəsi, 17 saylı evin 4-cü mənzilində, Cavabdeh isə həmin evin 13 s aylı mənzilində yaşayırlar. Cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su sızması tərəflər arasında mübahisəyə səbəb olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhərində təhsil alması ilə əlaqədar ailəsi ilə bir müddət orada yaşamasını, xx xxxx 2019cu il tarixdə Balakən şəhərinə qayıtdıqda Cavabdeh məxsus mənzildən ona məxsus mənzilə su sızması nəticəsində mənzilinin yararsız vəziyyətə düşməklə ona 2826 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək İddiaçı mənzilinə ona məxsus mənzildən su sızmasının təsdiq olunmamasını əsas göstərməklə sonuncudan onun xeyrinə vaxt itkisinə görə 200 manat, mənəvi ziyana görə 3000 manat və dövlət rüsumuna görə 30 manatın tutulmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-19/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: H.Q.Səlimov) İddiaçı iddiası qismən təmin edilərək Cavabdeh onun xeyrinə 738 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək ona dəymiş ziyanın məbləğinin sübutlara düzgün qiymət verilmədən, müvafiq araşdırmalar aparılmadan qətnamə qəbul edilməsini əsas göstərməklə qətnam ənin qismən – iddianın rədd olunmuş hissəsində ləğv edilib iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 2(107)1609/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.M.Eyvazov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürov) İddiaçı apellyasiya şikayəti təmin edilərək Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilib həmin hissədə iddianın təmin edilməklə Cavabdeh İddiaçı xeyrinə 2826 manat tutulması, qarşılıqlı iddianın rədd olunmasına dair hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan Balakən rayon X1 tərəfindən verilmiş ziy anın məbləğinin 2826 manat təşkil etməsinə dair xx xxxx 2019-cu il tarixli rəyinə və mənzilin, orada yerləşən əşyaların tam yararsız hala düşməsinə dair işdə olan fotoşəkillərə və xx xxxx 2019-cu il tarixli akta əsaslanaraq hesab etmişdir ki, iddia tələbi tam həcmdə təmin olunmalı, qarşılıqlı iddianın rədd olunmasına dair hissədə qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçıya məxsus yararsız vəziyyətə düşməsi iddia olunan əşyaların dəyərinin məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməklə yoxlanılmamasını, həmin əşyaların yararsız vəziyyətə düşməsinin araşdırılmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsi ni tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Ma ddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Hə min Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehə məxsus mənzildən su sızması nəticəsində iddiaçıya məxsus mənzildə divar kağızları, mənzildə yerləşən geyim, yorğan-döşək və s. əşyalar yararsız hala düşmüş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların yararsız hala düşməsinin araşdırılmaması və ziyanın məbləğinin düzgün müəyyən edilməməsi iddia olunsa da, işdə olan sübut lar bunu inkar etdiyindən, kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmış, qətnamənin ləğvi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1609/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar