Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1659/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-9937/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(005)-1386/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) İddiaçı Cavabdeh, üçüncü şəxslər “xxxx” ASC və “xxxx” ASC-nə qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi, həmçinin Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” barədə qarşılıqlı iddia ərizəsi təmin edilərək, Cavabdeh 37.950 manat pulun tutulub İddiaçı verilməsi, həmçinin sonuncunun əşyaları ilə birlikdə xxx şəhəri, xxx qəsəbəsi, xxx şəhərciyi, 51-ci blokda yerləşən, 26-cı mənzilindən çıxarılması və pulun ödənilməsi ilə mənzildən çıxarılmanın ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Cavabdeh və üçüncü şəxs “xxxx” ASC qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-9937/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, İ.Ş.Vəliyev və E.M.Həsənov) apelly asiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş, xxx rayonu, xxx qəsəbəsi, 1 saylı binanın, 51-ci blokunda yerləşən 20 saylı mənzilə (sonradan verilən ünvan- ünvan 1nun tərəfindən ödənilmiş 37.950 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə, Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx rayonu, xxx qəsəbəsi, 1-saylı binanın, 51-ci blokunda yerləşən, 20-saylı mənzildən (sonradan verilən ünvan- xxx şəhəri, xxx qəsəbəsi, xxx şəhərciyi, blok 5 1, mənzil 26) İddiaçı əşyaları ilə birlikdə çıxarılaraq üçüncü şəxslərin hüquqlarından azad mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı, Cavabdeh, üçüncü şəxslər “xxxx” ASC və “xxxx” məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağı dakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk və qarşılıqlı iddia ərizələri təmin edilməsinə və apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmasına baxmayaraq, İddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir, Cavabdeh isə kassasiya şikayətində qətnaməni ilk iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, Cavabdeh apellyasiya şikayətlərini təmin edilmədən saxlayarkən, ilk və qarşılıqlı iddia ərizələrini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə, Cavabdeh apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsasların olmamasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 386.1, 439.4cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmı şdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, İddiaçı 2014-cü ildə xxx rayonu, xxx qəsəbəsi, Sumqayıt şossesi, 7 km, 1 saylı binanın, 51 blok, 5-ci mərtəbə, 20 saylı 1 otaqdan ibarət ümumi sahəsi 45.5 kv.metr olan mənzilini bank vasitəsi ilə xxxn faktiki olaraq almış, lakin məcburi köçkün olduğundan krediti v ə alqı-satqı müqavilələrini qardaşının qaynanası olmuş Cavabdeh adına rəsmiləşdirmişdir. Mənzilə görə kredit üzrə ödənişlər İddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçı 2014-cü il tarixdən mənzilə faktiki sahiblik etmiş, yəni mənzili öz vəsaiti hesabına təmir edərək ailəsi ilə birlikdə həmin mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayır. Mənzilə İddiaçı tərəfindən cəmi 37.950 manat məbləğində ödəniş və xərc çəkilmişdir. 2016-cı ildə İddiaçı qardaşı ilə Cavabdeh qızının ailə münasibətlərinə xitam verilmişdir. Bundan sonra İddiaçı Cavabdeh müraciət edərək sözügedən mənzilini onun adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin Cavabdeh bundan imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, xxx sözügedən mənzilə görə 14.200 manat pul vəsaitini mənzilin keçmiş mülkiyyətçisi xxx ödəmişdir. Bu faktı birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən xxx öz ifadəsində təsdiq etmişdir. Bundan başqa 2014-cü ilin mart ayından 2017-ci ilin oktyabr ayına qədər xxx tərəfindən banka 13.700 manat ödəniş edilmişdir. Bu fakt İddiaçı adından banka ödənilmiş vəsaitə dair ödəmə qəbzlərinin surətləri ilə də inkar olunmur. Həmçinin mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi üçün İddiaçı tərəfindən 2.050 manat məbləğində ödəniş edilmiş və mənzilin təmirinə 8.000 manat xərc çəkmişdir və beləliklə də xxx tərəfindən mənzilin alı nmasına və təmirinə cəmi 37.950 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsası kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar arad an qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh bilavasitə İddiaçı tərəfindən ödənilmiş cəmi 37.950 manat pul vəsaiti hesabına xxx şəhəri, xxx qəsəbəsi, xxx şəhərciyi, blok 51, 26 saylı mənzili ə ldə etməklə əsassız olaraq varlanmışdır. Belə olan halda Cavabdeh varlanmasına haqq qazandıran qanuni və ya müqavilə əsası olmadığı üçün, İddiaçı hesabına əldə etdiyi 37.950 manat pul vəsaitini ona geri qaytarmağa borcludur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəllilərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh apellyasiya şikayəti üzrə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində İddiaçı sözügedən mənzilin müqaviləsi nin adına dəyişdirilməsi üçün 2.000 manat, mənzilin təmiri üçün 10.000 manat verməsini, kreditlə əldə edilmiş mənzilə görə ödənişlərin bir hissəsinin onun adından, bir hissəsinin isə İddiaçı adından aparılmasını, lakin ödənilmiş pul vəsaitinin ona məxsus olduğunu, sadəcə qohum olduqları üçün mənzilin satın alınması və təmiri ilə bilavasitə İddiaçı məşğul olduğu üçün pul vəsaitinin ona etibar edildiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, Cavabdeh kassasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nur an Qəribov, Əli Nəbiyevin ifadələri, eləcə də hər ay kreditin ödənilməsinə dair çoxsaylı kassa mədaxil qəbzlərinin surətləri ilə və digər yazılı sübutlarla təkzib olunur. Eləcə də mənzilin satın alındığı 14 mart 2014-cü il tarixdən İddiaçı fasiləsiz və etirazsız olaraq mübahisəli mənzildə yaşaması da Cavabdeh kassasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli o lan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-9937/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1659/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1659/2019
15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver