Məhkəmə qərarları › İş №2(102)-1659/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1659/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1659/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(103)3342/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası A li Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 277000 manat məbləğində pulun, ödədiyi 567 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(005)113/2024 nömrəli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(103)-3342/2024 nömrəli qətnaməsi ilə (hakim F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayeva və G.Axundova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, Cavabdeh 247000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 567 manat məbləğində dövlət rüsumunun 504,63 manat məbləğində olan hissəsinin əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 4. 12 dekabr 2024-cü il tarixində cavabdeh Bakı Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq, məhkəmənin yuxarıda qeyd olunan qətnaməsinin ona təqdim edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, cavabdeh qətnaməni əldə etməmiş, habelə məhkəmə iclaslarında iştirak etməmişdir. Qətnamədən icra mərhələsində xəbərdar olmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən ərizəyə cavab olaraq bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş müvafiq dövlət rüsumunun ödənilm əsi barədə qəbz əlavə edildiyi təqdirdə məhkəmə aktının təkrar təqdim edilməsi mümkündür.

5. Daha sonra cavabdehin nümayəndəsinin yenidən eyni məzmunlu müraciəti və müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbz daxil olmuş, apellyasiya instansiyası məhkəməsinin 27 yanvar 2025-ci il tarixli məktubu ilə mübahisələndirilən qətnamə ona təkrar göndərilmişdir.

6. Bundan sonra, cavabdeh qətnamədən kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizəsi təqdim etmişdir.

7. Ərizə belə əsaslandırılmışdır ki, qətnamə rəsmi qaydada göndərilmiş olsa belə, cavabdeh tərəfindən əldə edilməmişdir. Sonradan, dövlət rüsumunu ödəməklə qətnaməni əldə etmişlər. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qətnaməsini 06 fevral 2025-ci il tarixdə rəsmi şəkildə əldə etdi klərindən, şikayət vermə müddətinin ötürülməmiş hesab edilərək bərpa edilməsi və işin baxılması üçün Ali Məhkəməyə göndərilməsi xahiş edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(103)-3342/2024 nömrəli qərardadı ilə (hakim F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayeva və F.Abdıyev) buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsi təmin edilməmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh müddətin ötürməsinin üzürlü səbəbi kimi qətnamənin təqdim olunmamasına, yalnız özlərinin müraciətindən sonra qətnaməni əldə etmələrinə istinad etsə də, mülki iş materialları ilə həmin hal təkzib olunur.

10. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qətnaməsi Cavabdeh elektron kab inetinə 12 avqust 2024-cü il tarixdə yerləşdirilmiş, bununla da qətnamə ona ilk dəfə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir. Sonradan edilən müraciət əsasında qətnamə təkrarən 27 yanvar 2025-ci il tarixində cavabdehə göndərilmişdir. Kassasiya şikayəti isə elektron kabinet vasitəsilə 27 fevral 2025-ci il tarixdə daxil olmuşdur.

11. Apellyasiya kollegiyası bildirmişdir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi təqdirdə, həmin şəxslərin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Belə ki, cavabdehin qətnaməni 06 fevral 2025-ci il tarixdə təkrar olaraq qəbul etməsi həmin məhkəmə sənədinin 12 avqust 2024-cü il tarixdə əldə edilməsi (ona çatdırılması) faktı nı qüvvədən salmır.

12. Müddətin bərpasına münasibətdə isə qeyd edilmişdir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 128.1, 133.1, 135, 405.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(103)-3342/2024 nömrəli qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 9, 14.1, 405-ci maddələrinin tələbləri pozulmuşdur.

16. Belə ki, mübahisələndirilən qətnamə rəsmi qaydada göndərilsə də, iddiaçı tərəfindən əldə edilmədiyi üçün, qətnamənin surəti dövlət rüsumu ödənilməklə təkrarən əldə edilmişdir. İddiaçının elektron kabineti olmamış, olsa da belə istifadə etməmiş, təyinatından məlumatsız olmuşdur. Elektron sistemə keçid dövrü ilə əlaqədar müəyyən dövr üçün vətəndaşlara güzəşt edilməli, onların Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində nəzərdə tutulm uş məhkəmə müdafiəsindən istifadə etmək hüququ təmin olunmalıdır.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyə n edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllə nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər.

20. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

22. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

23. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

24. Hazırkı işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli qətnaməsi 12 avqust 2024-cü il tarixdə cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur.

25. Həmçinin müəyyən olunur ki, cavabdeh qətnamədən kassasiya şikayətini 6 ay 15 gündən sonra, 27 fevral 2025-ci il tarixdə “Elektr on Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə vermiş, prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir.

26. Hazırkı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası izah edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində cavabdehin elektron kabineti mövcud olduğu halda, onun həmin kabinetdən vaxtında və lazımi qaydada istifadə etməməsinin, o cümlədən yüklənən sənədlərlə tanış olmamasının mənfi nəticələrinin riskini özü daşımalıdır. Hər bir halda, bu ötürülmüş prosessual müddətinin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə kollegiyası həmçinin Elektron Məhkəmə Sisteminə keçid dövrü ilə bağlı cavabdehə güzəşt edilməli olmasına dair kassasiya şik ayətinin dəlilini də əsaslı hesab etmir. Belə ki, Mülki Prosessual Məcəllədə müvafiq dəyişikliklər 09 iyul 2021-ci il tarixli Qanunu ilə edilmiş və həmin Qanun 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmişdir. 3 il əvvəl qüvvəyə minmiş Qanunun tətbiqində tərəflərin birinin xeyrinə güzəşt edilməsi, mübahisənin digər tərəfinə ədalətsiz bir qərarın qəbul edilməsi ilə nəticələnəcək, son olaraq hüquqi müəyyənlik prinsipinə və məhkəmə qərarlarının sabitliyinə xələl gətirəcəkdir. 28. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

29. Beləliklə, kassasiya kollegiy ası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.

30. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

31. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(103)-3342/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar