Məhkəmə qərarları › İş №2(102)-166/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-166/2021

01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-166/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı “maddi ziyan və əldən çıxmış faydanın cavabdehdən tutulması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4752/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC və vəkili Vəki l2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Tovuz rayonu Çatax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini X1, Tovuz rayon EPŞ-nin xətt montyoru X2 və Çatax kənd İnzibati Ərazi Dairəsinin Hacılar kənd sakini İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli Aktda əsasən Çatax kənd İƏD-nə daxil olan şifahi məlumata əsasən Pələkli kəndinin «Şedi» adlı ərazisində Hacılar kənd sakini İddiaçı məxsus 1 baş inək qırılıb düşmüş 0,4 KVA-lıq elektrik xəttinə toxunaraq tələf olmuşdur. Aktı tərtib edən şəxslər həmin ərazidə hadisə yerinə baxış keçirmiş və hadisə yerinin bir neçə tərəfdən şəkilləri çəkilmişdir. Həmin şəkillər akta əlavə edilmiş dir. Tovuz rayonu Çatax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini X1, Tovuz rayon Baytarlıq İdarəsinin Çobandağ baytarlıq sahəsi müdiri X4 və Çatax kənd İnzibati Ərazi Dairəsinin Hacılar kənd sakini İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli Aktda əsasən Çatax kənd İƏD-nə daxil olan Hacılar kənd sakini İddiaçı məxsus 1 baş inək qırılıb düşmüş 0,4 KVA-lıq elektrik xəttinə toxunaraq tələf olmuşdur. Ölmüş heyvanın qeydiyyatı aparılmış, müayinə zamanı heyvanın rənginin – qara-ala, cinsinin Qra-ala, diri çəkisinin – təxmini 280-300 kq, köklük dərəcəsinin orta olması müəyyən edilmişdir. Eyni zamanda inəyin sutkalıq süd sağımının iddiaçının dediyinə əsasən 10 litr olması Aktda qeyd olunmuşdur. “Nəsimi” firmasının xx.xx.2020-ci il tarixli arayışına əsasən hal-hazırda Tovuz rayon mal baza rında orta çəkili (300-350 kq) sağmal inəyin qiyməti 2500-3000 manat civarında dəyişir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Tovuz rayonunda yaşayır və heyvandarlıqla məşğuldur. xx.xx.2019-cu il tarixdə saat 12:00-da öz böyük baş heyvanlarını otlaq sahəsindən qaytaran zaman Tovuz rayonu Çataq kəndi ərazisində yerləşən X3 məxsus elektrik cərəyanı yanından keçən vaxt inəyini elektrik cərəyanı vurmuş və nəticədə inək tələf olmuşdur. Örüş ərazisindən keçən elektrik hava xətti xx.xx.2019-cu il gecə saatlarında qırılmış və bu barədə Elektrik İdarəsinə məlumat verilmişdir. Buna baxmayaraq idarə tərəfindən heç bir tədbir görülməmiş və nəticədə iddiaçıya məxsus inəklər oradan keçən zaman elektrik xə ttinə dolaşaraq cərəyan vurması nəticəsində tələf olmuşdur. Bununla bağlı olaraq akt tərtib olunmuş və Elektrik İdarəsi tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair vəd verilsə də buna əməl olunmamışdır. İddiaçı hesab edir ki, onun süd verən inəyinin tələf olması nəticəsinə ona maddi ziyan dəymiş və həmin inəyə görə əldə edəcəyi faydadan məhrum olmuşdur. Göstərilənlərə əsasən «xxxx» ASC tərəfindən vurulmuş ziyana görə İddiaçı xeyrinə vurulmuş maddi ziyan 4000 manat, əldən çıxmış fayda 900 manat, vəkil xidməti 110 manat və 30 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) xx xxxxxx 2020-ci il tarixli 2(006)-1503 /2020 nömrəli qətnaməsi ilə, cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə 2500 manat vurulmuş maddi ziyan, 500 manat əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 1 baş inək xx.xx.2019-cu il tarixdə Tovuz rayonu Pələkli kəndində qırılıb düşmüş 0,4 KV-luq elektrik cərəyanının vurması nəticəsində tələf olmuş, bu barədə müvafiq aktlar tərtib olunmuşdur. İddiaçı hesab edir ki, «xxxx» ASC tərəfindən vaxtında tədbir görülmədiyindən qırılıb düşmüş elektrik xətti onun inəyinin tələf olmasına səbəb olmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqət ən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097, 1108ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Rafael Eyvazov) xx xxxx 2020-ci il tarixli 2(103)-4752/2020 nömrəli qətnaməsi ilə “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsinin 2(006)-1503/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh “xxxx” ASC-nin hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Belə ki, Azərbaycan Respublikası NK-nin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”na əsasən elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. Belə olan halda, cavabdehin bu Qaydaların tələblərini pozması, dolayısı ilə, təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə və Azərbaycan Respublikası NK-nin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”na istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən iddianın təmin olunmuş hissəsində ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası NK-nin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”ndan da məlum olur ki, “xxxx” ASC-nin iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqi zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyi olmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən düzgün araşdırma aparılmam ış, iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş materiallarına əlavə olunmuş sənədlər təhrif edilmiş, hadisənin həqiqətən də elektrik qapanması nəticəsində baş verməsini təsdiq edən mötəbər sübutlar əldə edilməmiş, bununla da məhkəmələr qanunsuz və əsassız nəticəyə gəlmişdirlər. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, kassasiya şikayətini dəlilləri formal mülahizələrə əsaslanır və heç sübutla öz təsdiqini tapmır. Bu səbəbdən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Ma ddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir e dən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olar aq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə gö rə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi qismən iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya inst ansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan görünür ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Hazırki iş üzrə kass asiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyini yoxlayaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məxsus bir baş inəyin xx.xx.2019-cu il tarixdə Tovuz rayonu, Çatax kəndi ərazisində cavabdehin sərəncamında olan qırılıb düşmüş elektrik xəttinə toxunaraq tələf olması, ölmüş heyvanın diri çəkisinin təxmini 280-300 kiloqram olması, Tovuz rayon mal bazarında orta çəkili (300-350 kq) sağlam inəyin qiymətinin 2500-3000 manat civarında dəyişməsi və həmin inəyin günlük 10 litr süd verməsi Tovuz rayonu İcra Hakimiyyəti başçısının Tovuz rayonu Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktlar, «Nəsimi» firması tərəfindən verilmiş 56 №-li, xx.xx.2020-ci il tarixli arayış, fotoşəkillər və işdə olan digər sənədlərlə təsdiqlənir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən cavabdeh yalnız bu zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirdiyi halda, məsuliyyət daşımır. Cavabdeh isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əs asən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4752/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar