Məhkəmə qərarları › İş №2(102)-166/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-166/2023

09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-166/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi, ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)59/2022 nömrəli, 4 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 yanvar 2023-cü il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-045A nömrəli, kodu 30217048 olan Şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə X1 mülkiyyətinə Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 7 sentyabr 2012-ci il tarixli, 814 nömrəli arxiv arayışına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı protokolu ilə Xaçmaz rayonunun “İliç yolu” sovxozu AİK-nın Mürşüdoba kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 126-cı sırada mərhum X2 adına qaytanlanmış kitab üzrə 0,25 ha, faktiki 0,22 ha həyətyan ı torpaq sahəsi qeyd olunmuşdur.

3. ƏMDK yanında DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adına 981 inventar nömrəsi, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış, texniki pasport 30 may 2013-cü il tarixdə tərtib olunmuşdur.

4. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 122,9 kv metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 6 iyun 2013-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Milli Arxiv İdarəsi Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2019 cu il tarixli 83 nömrəli arxiv arayışına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı protokolu ilə Xaçmaz rayonunun «İliç yolu» sovxozu AİK-nın Mürşüdoba kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 175-ci mərhum X3 adına qaytanlanmış kitab üzrə 0,25 ha, faktiki 0,21 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur.

6. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 47.2 kv metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 14 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır.

7. Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(067)-351/2019 nömrəli qətnaməsi ilə iddiaçı C avabdeh İddiaçı qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd olunmuşdır. Qətnamə 21 oktyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin qanunsuz sahibliyindən torpaq sahəsini istifadəsinə qaytarmaqla, torpaq sahəsinin texniki pasportda göstərilən cizgilər daxilində tamlığının bərpa edilməsi və cavabdehdən ona vurduğu ziyana görə 10000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmış dır ki, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Xaçmaz rayonun Mürşüdoba kəndində xüsusi mülkiyyətində şərikli qaydada yaşayış evi olmuş, həmin ev yanaraq qəzalı vəziyyətə düşdüyünə görə orada yeni ev tikmişdir. Evin yerləşdiyi 0,25 ha torpaq sahəsinə çıxarış və texniki pasport hazırlanması üçün Xaçmaz ərazi idarəsinə müraciət etmişdir. Mütəxəssislər müvafiq sənədləri hazırlayarkən yerində ölçmə işləri aparmış və müəyyən olunmuşdur ki, 0,25 ha torpaq sahəsinin təxminən 4 sotunu cavabdeh öz torpaq sahəsinə qataraq dəmir setka ilə çəpərləyib istifadə edir. Yaşayış evinin 1987-ci ildə tərtib olunmuş texniki pasportunda torpaq sahəsinin parametrləri göstərilmişdir. Torpaq sahəsi üçbucaq şəklində olduğu halda cavabdeh evinin arxa tərəfindən düz xətti sındıraraq əraziyə girmiş və torpaq sahəsinin 4 sotunu öz torpaq sahəsinə birləşdirmişdir. Evin texniki pasportunda da torpaq sahəsinin 0,25 ha olması göstərilmişdir. Ona görə də cavabdeh tərəfindən özbaşına olaraq öz həyətyanı torpaq sahəsinə birləşdirdiyi torpaq sahəsi onun qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılmalıdır. Cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində xeyli miqdarda ziyana düşmüşdür. Hər il orta hesabla həmin ərazidən 2000 manat pul götürə bilərdi. Son beş ildə həmin məbləğ 10000 manat təşkil etmişdir.

10. Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişdir.

11. Xaçmaz Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. 12. "xxxx" MMC-nin 13 aprel 2020-ci il tarixli rəyinə əsasən cavabdehə məxsus olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2013-cü il tarixli, **********50-10301 reyestr nömrəli texniki pasportunda qeyd olunan konfiqurasiya iddiaçıya məxsus olan Texniki İnventarlaşdırma Bürosunun oktyabr 1987-ci il tarixli texniki pasportunda qeyd olunan torpaq sahəsinin konfiqurasiyası ilə xəritə 1-də göstərilən forma və cədvəl 1-də qeyd olunan ölçülər daxilində faktiki olaraq bir-biri ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş və iddiaçıya məxsus olan torpaq sahəsini xəritə 2-də göstərilən forma və cədvəl 2-də qeyd olunan ölçülər daxilində istifadə etdiyi müəyyən edilmişdir. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəs inin 0.0223 ha hissəsini xəritə 2-də göstərilən forma və cədvəl 2-də qeyd olunan ölçülər daxilində faktiki olaraq istifadə etmişdir.

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2020-ci il tarixli ekspert rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə Xaçmaz rayonu, Mürşüdoba kəndində iddiaçının mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,0223 ha hissəsi cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən olunmuşdur.

14. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-245/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia qismən təmin edilərək, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, reyestr nömrəsi **********50-10 301 olan daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən 0,25 ha torpaq sahəsinin 0,0223 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi ekspert rəylərinə əsaslanaraq, iddianı qismən təmin etmişdir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı cavabdehdən maddi ziyan tələb etsə də, iddianın bu hissəsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 157.2-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin 4 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

20. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş 10 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ƏMDK yanında DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfind ən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə cavabdehin mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsinin (Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş və JN-045A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin planında qeyd olunan ölçülər nəzərə alınmaqla) naturada koordinatları müəyyən edilmişdir. Cavabdehin istifadəsində faktiki olaraq 0,2602 ha torpaq sahəsi mövcud olmuşdur. ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ç ıxarışının texniki hissəsində torpaq sahəsinin koordinatları olmadığından iddiaçının ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsinin hər-hansı bir hissəsinin istifadə edibetməməsini müəyyən etmək mümkün olmamışdır.

21. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2022-ci il tarixli, 10/2382 saylı rəyinə əsasən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri “Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən AR ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsinin iş materiallarına təqdim edilən ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının texniki hissəsində torpaq sahəsinin koordinatları mövcud olmadığından torpaq sahəsinin naturada koordinatları müəyyən etmək mümkün olmamışdı r. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının istifadəsində faktiki olaraq 0,3098 ha torpaq sahəsi mövcud olmuşdur.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-59/2022 nömrəli mülki iş üzrə 4 avqust 2022ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Şəmsəddin Abasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, yeni qətnamə çıx arılmaqla iddia tələbinin həmin hissədə də təmin olunmaması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehin sahibliyində olması və onun tərəfindən istifadə edildiyi sübuta yetirilməmişdir.

24. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın 12 may 2020-ci il tarixli, 10/704 saylı ekspert rəyinə qiymət verərək hesab etmişdir ki, həmin rəy iş materiallarında olan sənədlərə və işin faktiki hallarına uyğun olmamışdır. "xxxx" MMC-nin mütəxəssis rəyi tərəflərin hər birinə müxtəlif vaxtlarda verilmiş fərdi yaşayış evinin texniki pasportlarına əsasən verilmişdir. Halbuki cavabdehin yaşadığı Xaçmaz rayonu, Mürşüd oba kəndində olan ev Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsində yerləşmiş və JN-045A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həmin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü göstərilmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 170.2 və 239.2-ci, Torpaq Məcəlləsinin 48, 84 və 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdehin mülkiyyət hüquqlarının müdafiəsi üçün Mülki Məcəllənin 152-ci və Konstitusiyanın 13-cü maddəsini tətbiq etmişdir. Həmin normalar iddiaçının mülkiyyət hüququnun müdafiəsi üçün də tətbiq olunmalı idi. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini öz başına tutmuş, bu fakt Məhkəmə Ekspertiza Mmərkəzinin xx.xx.2020-ci il tarixli rəyi ilə də müəyyən edilmiş, həmin rəyə əsaslanmaqla birinci instansiya məhkəməsi qanuni və əsasl qətnamə çıxarmışdır. Lakin apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza ilə müəyyən olunmuşdur ki, Xaçmaz rayonu, Mürşüdoba kəndində iddiaçıya məxsus torpaq sahəsini müəyyən etmək mümkün olma mışdır. Məhkəmə kollegiyası iki ziddiyyətli rəydən əsassız olanına istinad etmiş və bununla da ziddiyyəti aradan qaldırmadan qeyri-obyektiv, ədalətsiz və əsassız qətnamə çıxarmışdır.

28. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin bir eksperti rəy vermişdir ki, iddiaçıya məxsus torpaq sahəsindən cavabdeh 0,223 ha torpaq sahəsindən istifadə etmiş, digər ekspert isə rəy vermiş ki, ümumiyyətlə Xaçmaz rayonu, Mürşüdoba kəndində iddiaçıya məxsus 0,25 ha torpaq sahəsinin yerini müəyyən etmək müəyyən olmamışdır. Eyni zamanda ikinci ekspert öz rəyində, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in “Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad edərək qeyd etmişdir k i, iddiaçının istifadəsində faktiki olaraq 0,3098 ha torpaq sahəsi mövcud olmuşdur. Torpağın yerini müəyyən etmək olmadığı halda, necə olur ki, həm də onun istifadəsində 0,3098 ha mövcud olsun. Göründüyü kimi ekspert rəyləri arasında kəskin ziddiyyətlər olmuş və apellyasiya məhkəməsi həmin ziddiyyəti aradan qaldırmaq üçün heç bir prosessual hərəkət etməmiş, hətta təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməyərək, əsassız, prosessual pozuntularla müşaiyət olunan qətnamə çıxarmışdır.

29. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.2-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəlləsinin 387.1 və 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinə etiraz edərək, şikayətin rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

31. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlə ri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

36. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətç isinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

37. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

38. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır

39. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarə çilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

40. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır.

47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayəti dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymə tləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş iki ədəd rəyin ziddiyyətli olması və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin ziddiyyətin aradan qaldırılmaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyləri arasında ziddiyyət mövcud deyildir. Əksinə, 12 may 2020-ci il tarixli 10/704 nömrəli rəy natamam olduğuna, ekspertizanın yalnız tərəflərin təqdim etdikləri torpaq sahələrinə dair hüquqi və texniki sənədlər əsasında olan "xxxx" MMC-nin mütəxəssisin rəyinə əsasən keçirildiyinə görə apellyasiya məhkəməsi əlavə ekspertiza təyin etmiş, "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri iş materiallarında olan sənədlərdən başqa Reyestr Xidmə tinin elektron baza məlumatlarını və ortofoto materiallarını tədqiq etməklə rəy vermişdir. Layihə Tədqiqat İdarəsinin mütəxəssislərinin xx.xx.2022-ci il tarixli C-21 nömrəli həmin rəyinə əsasən isə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 iyun 2022-ci il tarixli 10/2382 nömrəli rəy verilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq sonuncu rəyi daha mötəbər sübut kimi qəbul etmiş, tədqiqat dairəsinin daha geniş olmasını nəzərə almışdır.

52. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiq ətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-59/2022 nö mrəli, 4 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar