Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-166/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Kateqoriya və açar sözlər: icarə müqaviləsi, müqavilə üzrə öhdəliklərin icrası, müqavilənin ləğvi,əmlakdan istifadəyə yaradılan maneələrin qadağan olunması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, əmlakdan istifadədən və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(103)-5089/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Keykab xanım Səfərəliyeva 12 ünvanında yerləşən, ümumi sahəsi 266 kv.m olan qeyri-yaşayış sahəsi (bundan sonra mübahisəli qeyri-yaşayış sahəsi) Cavabdeh (bundan sonra - cavabdeh) mülkiyyətindədir.
2. Cavabdeh ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında 09 mart 2023-cü il tarixdə icarə müqaviləsi bağlanmış, Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş həmin müqaviləyə görə, Cavabdeh (icarəyə verən) mübahisəli qeyri-yaşayış sahəsini xx.xx.2033cü il tarixinədək İddiaçı (icarəçi) icarəyə verməyi, İddiaçı isə ayda 3000 ma nat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. İcarə müqaviləsini cavabdehin adından onun etibarnamə üzrə nümayəndəsi qismində X6 imzalamışdır.
4. İcarə müqaviləsində nəzərdə tutulmuşdur ki, müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
5. İddiaçının şikayəti üzrə Nəsimi RPİ-nin 22-ci PŞ-də araşdırma aparılaraq xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bununla belə, X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərar, icra olunması üçün Nəsimi RPİ-nin 22-ci Pol is şöbəsinin aidiyyəti əməkdaşına həvalə olunmuşdur. Qərarda İddiaçı aşağıdakı məzmunda ərizəsi əksini tapmışdır: «Son zamanlar alveri zəif olduğundan, icarə pulu baha olduğundan və sonradan Anar Hüseynov qiyçəti qaldırdığından icarə haqqını ödəyə bilməmiş və ziyana getmişlər. Anara obyektin baha olmasını dedikdə, sonuncu ona sərf etmirsə çıxmasını demişdir. O da bir ay əvvəl obyektdən çıxmaq istəməyi barədə A.Hüseynova demiş, sonuncu ona yer pulunu ödəyib sonra çıxmasını demişdir. xx.xx.2023-cü il tarixdə obyekti boşaldan zaman A.Hüseynov obyektə gəlib ona obyekti boşalda bilmirsə aşarları dəyişdirəcəyini demişdir». Daha sonra İddiaçı ona Anar Hüsqynov və oraya gələn Araz adlı şəxs tərəfindən zorakılıq edildiyini bildirmiş, tədbir görülməsini xahiş etmişdir. Həmçinin İddiaçı izahatında qe yd etmiuşdir ki,obyekti ilkin olaraq 8000 manata kirayəyə götürmüş, daha sonra A.Hüseynov qiyməti qaldırararaq 10000 manat etmişdir.
6. İddiaçıya məxsus olan **********-14001 kodlu təsərrüfat subyekti obyekti) onun xx.xx.2024-cü il tarixli ərizəsi əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qeydiyyatdan çıxarılmışdır.
7. Cavabdeh sahibkarlıq subyekti deyildir, sahibkarlıqla məşğul olan fiziki şəxs kimi vergi xidmətində qeydiyyata alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, cavabdehə əmlakdan istifadə və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini barədə öhdəliklərin cavabdehin üzərinə qoyulması, mübahisəli qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüququndan məhrumetmənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlə bağlanan müqavilə rəsmi olaraq cavabdehlə bağlansa da, həmin vaxt bütün razılaşmalar cavabdehi etibarnamə əsasında təmsil edən şəxslə - Araz Hüseynov və onun qardaşı, cavabdehin oğlu Anar Hüseynovla aparılmışdır. O, cəmi 1 ay ödəniş edə bilməmiş və icarəyə verəndən möhlət istəmiş, icarəyə verən isə ona qarşı zor tətbiq etməklə obyektdən çıxarmış və o nu mülkiyyəti üzərində qanuni sahibliyindən məhrum etmişdir. Qarşı tərəfin təklifi ilə vergiyə tutulmaların az olması məqsədi ilə şifahi olaraq aylıq 8000 manata razılığa gəlsələr də, icarə müqaviləsində aylıq 3000 manat qeyd edilmiş və göstərilən müqaviləni bağlamışlar. Lakin sonradan işinin zəifləməsi səbəbindən ödənişi etməkdə çətinlik çəkmiş və cəmi 1 ay ödənişi edə bilməmişdir. Bunu qarşı tərəfə bildirərək ona 1 ay möhlət verilməsini xahiş etmiş, Anar isə ondan əşyalarını yığaraq obyekti tərk etməyini tələb etmiş, əks halda gəlib qolundan tutaraq onu məcbur çıxaracağını bildirmişdi. Anardan xahiş etmişdir ki, ona bir neçə ay möhlət versin, yavaşyavaş götürdüyü işləri tamamlayaraq obyektdən çıxar, ola bilsin sonradan işləri düzələr, ümumiyyətlə obyektdən çıxmaq məcburiyyətində qalmaz. Bunun üçün xx.xx.2023-cü il tarixdə əşylarının bir qismini çıxarmaq istəmiş, bu zaman Araz və Anar adlı şəxslər ora gəlmiş və onun ümumiyyətlə obyektdən çıxmağını tələb edərək hətta ona qarşı zor tətbiq etməkdən belə çəkinməmişlər. Hazırda göstərilən qanunsuz hərəkətlərlə bağlı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır. Obyektdən çıxmaq istəmədiyini, sifarişlərinin olduğunu bildirmiş, Anar isə dediklərinə əhəmiyyət verməmiş və onu çölə ataraq, qapının açarını dəyişdirmiş, onu əmlak üzərində olan qanuni sahiblik hüququndan məhrum etmişdir. Göründüyü kimi, cavabdeh yalnız onda müqaviləni ləğv edə və onun obeyktdən çıxmağını tələb edə bilər ki, o, iki ay icarə haqqını ödəməmiş olsun. İndiki halda isə o, cəmi bircə ay ödənişi etməmişdir. Bununla bərabər hətta o, iki aydan ço x ödəməmiş olsaydı belə, ona bildiriş təqdim edilməli və qanunvercilikdə nəzərdə tutulmuş prosedurlar yerinə yetirilməliydi ki, müqavilənin ləğvi tələb edilə bilsin. Ona hər hansı bildiriş təqdim olunmamış, beləliklə cavabdeh onu icarə obeykti üzərində olan sahiblik hüququndan qanunsuz məhrum etmiş və əmlakdan istfadə etməsinə qanunsuz məhdudiyyətlər yaratmışdır. İcarə müqaviləsi daşınmaz əmlak üzərində sərəncam hüququnun realizəsi hesab olunmaqla mütləq notariat qaydada təsdiq edilməlidir. Şübhəsizdir ki, qanunvericilik daşınmaz əmlakın mülki hüquq münasibətləri üzrə əhəmiyyətli obyekt olması səbəbindən qeyd edilən impertiv tələbi müəyyən etmişdir və bu belə mühüm məsələdə yarana biləcək mübahisələrin önlənməsi məqsədi ilə edilmişdir. Bu məsələlərdən ən mühümü isə şübhəsizdir ki, müqavilə nin qiymətidir və mübahisələr çox halda məhz buna görə yarana bilər. Müqavilənin qiyməti bilavasitə müqavilənin tərkib hissəsi hesab olunur, qiymət barədə müqavilənin notariat qaydasında təsdiq edilməməsi həmin hissədə müqavilənin etibarsız sayılması kimi qiymətləndirilməlidir. Belə olan halda qəbul edilməlidir ki, faktiki halda tərəfindən cavabdehə yalnız 3000 manat ödənilməli idi və öhdəliyi bu həddə məhdudlaşır. Artıq ödədikləri ilə qarşı tərəf əsassız varlanmışdır ki, bu ödənişlərlə də o, əslində öhdəliyini vaxtından əvvəl icra etmiş sayılmalıdır. Göstərilənlərdən belə bir nəticə hasil olur ki, cavabdeh hər hansı hüquqi əsas olmadan müqavilə üzrə öhdəliyinin icrasından yayınmış, onu icarə obyekti üzərində olan qanuni sahiblik və istifadə hüquqlarından məhrum etmişdir.
10. Cavabdeh iddi a tələbinə qarşı etiraz edərək bildirmişdir ki, ərizədə yazılanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı qeyri-yaşayış sahəsinin onun icarəsində olduğu 1 il müddət ərzində cəmi 6 ay icarə haqqı ödəmişdir. İlk 3 ayın icarə haqqı aralarında olan razılaşmaya əsasən, gələcəkdə mağazada olan əşyaların orada qalması şərtilə, əşyaların əvəzində ondan alınmamışdır. Daha sonrakı 6 ay ərzində icarə haqqı gecikdirmələrlə, hissə-hissə olmaqla ödənilmişdir. Bunu onların arasında olan Whatsap telefon proqramı vasitəsilə aparılmış yazışmalar da təsdiq edir. Son 3 (üç) ayın icarə haqqı isə tamamilə ödənilməmişdir. Bundan əlavə, əşyaların bir qismini çıxarmaq istədiyini qeyd etsə də, fəaliyyəti ilə bağlı (gəlinlik paltarlarının satışı və kirayəsi) ilə əlaqədar olan bütün əşyaları və geyimləri mağazadan ç ıxarmışdır. Həmçinin mağazaya bağlı olan kod Vergi Xidmətləri İdarəsinə iddiaçının şəxsən təqdim etdiyi ərizə əsasında ləğv olunmuşdur. İddiaçının günahi ucbatından - yığılmış icarə haqqını ödəməməsi səbəbindən, eləcə də qeyri-yaşayış sahəsi uzun müddət bağlı qalması səbəbindən yeganə dolanışıq yerindən məhrum olmuş, cavabdehə xeyli miqdarda maddi ziyan dəymişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1777/2024 saylı, 27 iyun 2024-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində obyektdən çıxmaq istəmədiyini, sifarişlərinin olduğunu, lakin onun dediklərinə əhəmiyyət verilmədiyini və cavabdeh tərəfindən onun çölə atılaraq, qapının açarı dəyişdirildiyini, onun zorla obyektdən çıxarılara q, üzərində olan qanuni sahiblik hüququndan məhrum edildiyini bildirsə də, mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda və məhkəmənin sorğusu əsasında əldə edilmiş “vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə” məktubda tam tərsi əks olunmuşdur.
13. Əlavə olaraq xx.xx.2024-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardaki iddiaçının izahatında qeyd edilmişdir ki, hazırda alveri olmadığından və icarə pulunu verə bilmədiyindən, iddiaçı özü obyektdən çıxmaq istəməyi barədə Anar Hüseynova demişdir.
14. Məhkəmə qeyd etmişdir ki, “vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uço tdan çıxarılması barədə” məktubdan görünür ki, iddiaçının xx.xx.2024 tarixli ərizəsinə əsasən onlara məxsus olan **********-14001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. Əlavə edilmiş flaş kartdakı xx.xx.2023-cü il tarixli görüntülərdən də görünür ki, iddiaçının fəaliyyəti ilə bağlı (gəlinlik paltarlarının satışı və kirayəsi) ilə əlaqədar olan bütün əşyaları və geyimləri mağazadan çıxarılmışdır.
15. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı əmlak üzərində olan qanuni sahiblik hüququndan məhrum edildiyini bildirərək hazırda məhkəməyə müraciət etsə də, o, icarə pulunu verə bilmədiyindən, öz arzusu ilə həmin obyektdən çıxmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yalnız 1 ayın ödənişini etmədiyini bildirsə də, mülki iş materiallarına əlavə edilmiş “Whatsapp” telefon proq ramı vasitəsilə aparılmış yazışmalardan göründüyü kimi 6 ay ərzində icarə haqqı gecikdirmələrlə, hissə-hissə olmaqla ödənilmiş, son 2 ayın icarə haqqı isə tamamilə ödənilməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.2-ci, 152.3-cü, 152.4-cü, 152.5-ci, 685.1-ci, 685.2-ci, 685.3-cü, 690-cı, 696-cı, 700-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5089/2024 nömrəli, 5 sentyabr 2024-cü il-ci il tarixli qətnaməsi ilə (h akimlər - Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1777/2024 saylı, 27 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, icarə haqqının ödənişini sadəcə 1 ay gecikdirsə də, cavabdeh tərəfindən ona hər hansı bildiriş verilmədən icarə obyektindən zorla çıxarılmış, beləliklə hüquqları pozulmuşdur. Cavabdehin iddiaya etirazının əsas dəlilinə əsasən iddiaçı müqavilə öhdəliklərini dəfələrlə pozmuş, qeyri-yaşayış sahəsinin onun icarəsində olduğu 1 il müddət ərzində cəmi 6 ay üçün icarə haqqını gecikdirmələrlə, hissə-hissə olmaqla ödəmiş, son 3 ayın icarə haqqını isə ümumiyyət lə ödəməmişdir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər (onların əlaqəli olduqları şəxslər) arasında “Whatsap” proqramı vasitəsilə aparılan yazışmaların məzmunundan aydın olur ki, iddiaçı tərəfindən ödənilməli olan icarə haqqlarının ödənilməsində gecikmələr olmuş, bu səbəblə cavabdeh (onun adından çıxış edən şəxs) tərəfindən iddiaçıya (onun adından çıxış edən şəxsə) müqavilənin ləğv olunacağı mənasına gələn xəbərdarlıqlar edilmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməyərək icarə haqqı ödənişlərini dəfələrlə gecikdirmiş, beləliklə də müqavilə bağlanarkən cavabdehin ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəbiyyət vermişdir.
24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsini faktiki ləğv etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 157.8, 158.1, 164.1, 165.1, 386.1, 421.1, 421.2, 421.3, 422.1, 423.1, 423.2, 425.1, 442, 675, 677.1.4, 696, 697.1, 697.2, 700-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil2 ) kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əla və olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə üçüncü şəxs qismində cəlb olunmuş X2 məhkəməyə gəlməməyi göstərilmişdir. X1 birinci instansiya məhkəməsində üçüncü şəxs kimi dinlənilsə də, onun tərəfindən verilən izahatlar Nəsimi Rayon Məhkəməsinin 2(006)-1777/2024 nömrəli qətnaməsində öz əksini tapmamışdır. Apellyasiya şikayətinin bu hissəsində heç bir araşdırılma aparılmamış və mövqe bildirilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmla ka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
35. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, m ülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
39. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
40. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
41. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
42. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
45. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozu ntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
46. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
47. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dər əcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur
48. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
49. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
50. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın t ələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
52. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
53. Maddə 677.1.4. Əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur.
54. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
55. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ə razidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
56. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müə yyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
57. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddə aları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkə mənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instans iyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məh kəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
71. Bununla yanaşı, məhkəmə kollegiyası ka ssasiya şikayətində müqavilənin ləğvi barədə xəbərdarlıq edilməmədi barədə kassatorun dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
72. Apelyasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı bildirib ki, tərəflər (onların əlaqəli olduqları şəxslər) arasında “Whatsap” proqramı vasitəsilə aparılan yazışmaların məzmunundan aydın olur ki, iddiaçı tərəfindən ödənilməli olan icarə haqlarının ödənilməsində gecikmələr olmuş, bu səbəblə cavabdeh (onun adından çıxış edən şəxs) tərəfindən iddiaçıya (onun adından çıxış edən şəxsə) müqavilənin ləğv olunacağı mənasına gələn xəbərdarlıqlar edilmişdir.
73. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında müqavilənin ləğv edilmədi ilə bağlı məsələlərə aydınlıq gətirilərək qeyd olunb ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir.
74. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilmə si və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Həmin norma ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü təsbit edir.
75. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsa slanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.
76. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər.
77. Müqavilənin b ağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasit ə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir.
78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası ap ellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
79. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rə hbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5089/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.