Məhkəmə qərarları › İş №2(102)-1660/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1660/2019

11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1660/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1660/2019 11 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili ***nun və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(103)10466/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbay can Əmanətlərin Sığortalanması Fondu və Ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.08.2015-ci il tarixdə Cavabdeh2 ASC-yə depozitə qoyduğu 28400 ABŞ dolları pulun qalıq məbləği 9825,67 ABŞ dolları pulun və ona hesablanmış faizlərin ödənilməsi, ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri NəsimiRayon Məhkəməsinin (hakim P.A.Hüseynov) 08 may 2018-ci il tarixli, 2(006)-2790/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 9.825,67 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan Əmanətləri n Sığortalanması Fondundan alınaraq, İddiaçı ödənilməsi iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının İddiaçı aid edilməsi, 15 manatının isə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva) 10.10.2018-ci il tarixli, 2(103)-10466/2018 nömrəli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təminolunmuş, Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şik ayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, depozitə 28.400 ABŞ dolları əmanətin qoyulduğu tarixə (13.08.2015-ci il) manatın ABŞ dollarına məzənnəsinə uyğun olaraq 30.000 manat məbləğindən artıq olmamışdır (1 ABŞ dolları 1,0485 manat). Onunla Bank arasında imzalanmış Depozit müqaviləsinin 5.8-ci bəndinə əsasən isə Fondun sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30 min manatdan çox olmayaraq kompensasiya ödəməli olması müəyyən edilmişdir. Göründüy ü kimi, sığorta hadisəsi baş verdikdə ödənilməli olan kompensasiya məbləği müqavilə imzalanan tarixdə müəyyənləşdirilmiş və bu məbləğ əmanət məbləğini tam əhatə etmişdir. Ona görə də, əmanət məbləği tam şəkildə qaytarılmalı, qalıq qalmış əmanət məbləği 9.825,67 ABŞ dolları cavadehdən alınaraq ona ödənilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməd ən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 ASC-nin Sumqayıt filialı arasında bağlanmış 13 avqust 2015-ci il tarixli tam sərbəst depozit üzrə depozit müqaviləsinə əsasən, bank əmanətçidən daxil olmuş 28.400 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilə nin 5.2-ci bəndinə əsasən Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. “Cavabdeh2" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş 13 avqust 2015-ci il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən, Məcidova KönüJ Abbas qızı 28.400 ABŞ dolları məbləğində pulu depozit hesabına mədaxil etmişdir. Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış 11.05.2016-cı il tarixli, 711 saylı məktuba əsasən, İddiaçı Cavabdeh2 ASC-yə daxil olmuş 11.05.2016-cı il tarixli məktubda 28.400 ABŞ dolları məbləğində olan depozitin və ona hesablanmış faizlər ilə birlikdə qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 ASC tərəfindən İddiaçı məlumat üçün bildirilmişdir ki, “Azərbaycan Respublikası Mərkəzi Bankının 27 yanvar 2016-cı il tarixli, 07/4 nömrəli qərarın a əsasən Cavabdeh2 ASC-nin lisenziyası ləğv edilmiş, həmin tarixli sərəncamla isə ‘Cavabdeh2” ASC-yə müvəqqəti inzibatçılar təyin edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 04 saylı, 12.04.2016-cı il tarixli protokoluna əsasən Cavabdeh2 ASC-nin inzibatçısı dəyişdirilmişdir. ‘Cavabdeh2” ASC tərəfindən İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, ‘Azərbaycan Respublikasının Mərkəzi Bankı “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə uyğun olaraq Cavabdeh2 ASC-də iflas prosedurunun başlanılmasına dair ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə əsasən “X1 tərəfindən verildikdən sonra dərhal moratorium qüvvəyə minir. Moratoriuma görə məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun qaytarılmasını və ya borcu müqabilində bankın əmlakının ona verilməsini və ya hər hansı girov (ipoteka) təminatının tutulmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hər hansı tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz. Nəzərə alınması xahiş edilmişdir.” Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 18 sentyabr 2016-cı il tarixli, 05/480 saylı məktuba əsasən, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2016-cı il tarixində daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Republikası Qanununun 26.1 -ci maddəsinə əsasən Fond tərəfində n hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərti ilə konpensasiya ödənilir. Bundan əlavə həmin Qanunun 27.1-ci maddəsinə əsasən xarici valyutada olan əmanətlər üzrə “kompensasiya sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanır. Bununla əlaqədar olaraq bildirilir ki, İddiaçı sözügedən bankda iki hesab üzrə (28.542,05 USD və 0,62 USD) ümumilikdə 28.542,67 ABŞ dolları məbləğində əmanəti mövcuddur ki, bunun da 30000 manat ekvivalentində olan hissəsi, yəni 18.717 ABŞ dolları (sığorta hadisəsi baş verdiyi günə Mərkəzi Bankın həmin valyuta üzrə müəyyən etdiyi rəsmi məzənnə əsasında: 1 USD=1,6028 AZN) Fond tərəfindən kompensasiya olunur. Əmanətin 9.825,67 ABŞ dolları həcmində olan hissəsi ilə kompensasiya olunmur və ləğv prosesində olan Cavabdeh2” ASC-nin ləğvedicisi tərəfindən “Banklar haqqında" AR Qanununun 76-cı maddəsinə uyğun olaraq, kreditorların tələbləri qeydə alındıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödəniləcəkdir. Nəzərə alınması xahiş edilmişdir”. Cavabdeh2 ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışın surətinə əsasən, əmanətçi İddiaçı kompensasiya məbləği 18.717 ABŞ dolları təşkil edir. Kompensasiya olunmayan məbləğ isə 9.825,67 ABŞ dollarıdır. Xəzinə məxaric, orderinin surətinə əsasən, İddiaçı 27.09.2016-cı il tarixdə Cavabdeh2 ASC-nin Sumqayıt filialından 18.717 ABŞ dolları məbləğində əmanətin kompensasiya ödənişini götürmüşdür. Maddi hüq uq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət-hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət-sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonar-Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Həmçinin, İddiaçı ilə Cavabdeh2 ASC-nin Sumqayıt filialı arasında bağlanmış 13 avqust 2015-ci il tarixli tam sərbəst depozit üzrə depozit müqaviləsinin 5.8-ci bəndinə əsasən Fond sığorta hadisəsi ba ş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30.000 manatdan çox olmayaraq kompensasiya ödəyir. Həmin müqavilənin 5.9-cu bəndinə əsasən Fond kompensasiyanı milli valyutada olan əmanət üzrə manatla, ABŞ dollarında olan əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə əmanətçiyə ödəyir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun və tərəflərin iradə aza dlığı şəraitində bağladığı, 13 avqust 2015-ci il tarixli tam sərbəst depozit üzrə depozit müqaviləsinin şərtlərinə görə, Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30.000 manatdan çox olmayaraq kompensasiya ödəyir. İddiaçının 28.542,67 ABŞ dolları məbləğində əmanəti mövcuddur ki, bunun da 30000 manat ekvivalentində olan hissəsi, yəni 18.717 ABŞ dolları (sığorta hadisəsi baş verdiyi günə Mərkəzi Bankın həmin valyuta üzrə müəyyən etdiyi rəsmi məzənnə əsasında: 1 USD=1,6028 AZN) Fond tərəfindən kompensasiya olunaraq, iddiaçıya 27.09.2016-cı il tarixdə xəzinə məxaric orderi əsasında ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının qalıq məbləği 9.825,67 ABŞ dolları pula hesablanmış faizlərin ödənilməsi tələbi q eyri-müəyyən olmaqla yanaşı, qalıq məbləği 9.825,67 ABŞ dolları pulun tutulmasının təmin edildiyi halda, həmin tələbdən irəli gələn törəmə tələb olduğundan, qeyd olunan hissədə də, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. “Banklar haqqında” Azərbayöan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Ləğvedici öz aktivləri hesabına ləğvedicisi olduğu hüquqi şəxsin öhdəliklərinə və ya ona qarşı irəli sürülən tələblərə görə məsuliyyət daşıya bilməz. Həmin Qanunun 71.4-cü maddəsinə əsasən ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Həmin Qanunun 72.1-ci və 72.1.1-ci maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Həmin Qanunun 76.1-ci maddəsinə uyğun olaraq müflis elan olunmuş banklar kreditorları 60 gün ərzində yazılı şəkildə, kreditor tələblərini ləğvediciyə qeydiyyata aldırmalıdırlar. Həmin Qanunun 77.1-ci maddəsinə görə bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Cavabdeh2 ASC-nin 28.09.2016-cı il tarixli q əbzindən görünür ki, kreditor İddiaçı ləğv prosesində olan “Cavabdeh2" ASC qarşısında 9.825 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(103)-10466/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar