Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1660/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: alimentin artırılması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay onun xeyrinə Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsinə əsasən xx xxxx 2003-cü il tarixdən başlayaraq, xx xxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər, onun saxlanılması üçün hər ay sabit p ul məbləğində 50.000 (əlli min) manat Cavabdeh İddiaçı xeyrinə aliment tutulmuşdur. xx.xx.2003-cü il tarixdə s05 nömrəli məktubla Səbail Rayon Məhkəməsinin yuxarıda göstərdiyi xx xxxx 2003-cü il tarixli qətnaməsi icra olunması üçün Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra qətnamə icra edilməsi üçün cavabdehin yaşayış yeri üzrə Yasamal İcra Şöbəsinə göndərilmişdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci ildə icra işi yenidən Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir. Bu günə kimi, Cavabdeh heç bir dövr üçün aliment ödəməmişdir. Baxmayaraq ki, daimi iş yeri vardır. Hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(004) -****/2020 nömrəli (hakim Ayaz Məmmədov) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx xxxx 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin dəyişdirilməsi, Cavabdeh xx xxxx 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/8 hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilə n birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ona görə də iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34cü, Ailə Məcəlləsinin 22, 75, 76, 78, 112.1-ci maddələri, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsii ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov, Vüsalə Baxışova) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasi ya şikayəti təmin edilməyərək, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin tam təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-****/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə də bu hallar mövcuddur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsinin qəbul edilməsindən 17 il keçib və bu müddətdə uşaqların saxlanılması üçün tələb olunan xərclər və yaşayış minimumu haqqında qanunvericili ilə müəyyən olunan pul məbləği dəfələrlə artmışdır. Sübuta ehtiyacı olmayan haldır ki, hazırda hər ay ödənilməli olan 10 ma nat məbləğində pul vəsaiti hesabına uşağın saxlanılması qeyri-mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tətbiq edilməsi və alimentin məbləğinin artırılması üçün bütün əsaslar mövcud olmuşdur. Birinci instansiya məhkəməsi də bu nəticəyə gəlmiş, lakin alimentin məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, cavabdehin yeni nikaha daxil olması və həmin nikahdan olan 3 uşağın onun himayəsində olması alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən aylıq qazancın ¼ hissəsində deyil, 1/8 hissədə müəyyən edilməsi üçün əsas ola bilməz. Çünki cavabdehdən ikinci nikahından olan uşaqların saxlanılması üçün aliment tutulmur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqla rın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndində isə göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məblə ğini cavabdehin aylıq qazancının 1/8 hissəsində müəyyən etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Bununla yanaşı kollegiya hesab edir ki, hal-hazırda iddia təmin edilə və alimentin məbləği dəyişdirilə bilməz. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə min diyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi hazırkı mübahisələrə Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilmir və məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən etibarən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin hazırki qətnamənin qəbul edildiyi tarixdən əvvəl, yəni xx xxxx 2020-ci il tarixdə X1 18 yaşı tamam olmuş və o, yetkinlik yaşına çatmışdır. Ailə Məcəlləsinin 113.2 və 113.2.1-ci maddələrinə görə isə uşaq yetkinlik yaşına çatdıqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Bu baxımdan, yəni cavabdehin aliment öhdəliyinə xx xxxx 2020-ci il tarixdən xitam verildiyini, miqdarı dəyişdirilmiş aliment in tutulmasının isə iddia ərizəsinin verildiyi tarixdən deyil, qətnamənin qüvvəyə mindiyi gündən hesablandığını nəzərə alaraq kollegiya hesab edir ki, iddia təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(106)-****/2020 saylı qətnaməsinin ləğv edilməsi və iiddia tələbinin təmin edilməsi, yəni xx xxxx 2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay onun xeyrinə Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin xx.xx.2020-ci il (ərizənin məhkəməyə təqdim edildiyi vaxtdan) tarixdən tutulması barədə yeni qərar qəbul edilməsini xahi ş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi belə bir nəticəyə gəlmək üçün, Ailə Məcəlləsinin 112.1, AR Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarın 8.7-ci bəndinə, 8.14-cü bəndinə istinad etməklə bu halda, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tətbiq olunmadığını qeyd etmişdir. Daha sonra Məhkəmə Ailə Məcəlləsinin 113.2 və 113.2.1-ci maddələrinə istinad etməklə uşağın 18 yaşının xx.xx.2020-ci il tarixdə tamam olmasını əsas kimi götürmüşdür. Məhkəmə nəzərə almalıdır ki, Mülki qanunvericilikdə hüququn və qanunun analogiyası baxımından, o, məhkəməyə ərizə təqdim etdiyi vaxtdan (AM md.100) cavabdehdən uşağın saxlanması üçün aliment istəmişdir. Bu tam qanunidir. Məhkəmə tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Həm də qanunu düzgün tətbiq e tməmişdir. Məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, 113.2 və 113.2.1-ci maddələrə səhv formada istinad etmişdir. Məhkəmə qətnamə çıxararkən ilkin qətnamənin çıxarıldığı vaxtdan 17 il keçdiyini qeyd etmişdir. Ancaq nəzərə almamışdır ki, məhkəmə qətnaməsi uşaq 18 yaşa çatana qədər qüvvədə olmuşdur. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, iddiaçının heç bir diqqətə layiq hərəkəti olmamış, keçən dövr ərzində məhkəmə qətnaməsində qeyd olunduğu kimi sabit pul məbləğinin dəfələrlə dəyişməsinə baxmayaraq, cavabdeh yalnız hər ayda 10 manat aliment məbləğini icraçının tələbindən sonra ödəmişdir. Nəzərə alınmalıdır ki, Ali Məhkəmə Plenumun qərarı tövsiyə xarakterlidir, digər tərəfdən Plenumun qərarın 8.13-cü bəndin nəzərə alınmaması qanun pozuntusudur. Eyni zamanda AM-nin 5 və MM-nin 11-ci ma ddəsi qanunun analogiya üzrə tətbiqini nəzərdə tutur. Belə olan halda o, uşaq 18 yaşa çatana qədər uşaq üçün aliment tələb etmişdir. Deməli uşağın təminatında iştirak etməmək üçün, uşağın qanuni mənafeyinə zidd edilən hərəkətlər qanuni hesab edilə bilməz. Məhkəmə qətnaməsi qanun tələblərinə ziddir. Nəzərə almaq lazımdır ki, cavabdeh hazırkı vaxta qədər aliment ödəməkdən yayınmışdır. Məhkəmə bu məsələdə də qanun pozuntusuna yol verərək alimentin tutulması vaxtını qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmasını qət etmişdir. Məhkəmənin bu nəticəsini faktiki olaraq o, özünün şikayət yazmaq hüququna qarşı addım kimi qiymətləndirir. Çünki qızının xx xxxx 2020-ci il tarixdə 18 yaşı tamam olacaq. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 113.2 və 113.2.1. Uşaq yetkinlik yaşına çatdıqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynl ərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, kasasiya yoxlaması zamanı və kasasiya şikayətindən də müəyyən edilmişdir ki, xeyrinə tutulmalı olan aliment məbləğinin miqdarının dəyişdirilməsi tələb edilən azyaşlı uşaq xx.xx.2020-ci il tarixdə yetkinlik yaşına çatmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.x x.2016-cı il tarixli Qərarı üzrə də dəyişdirilmiş aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı olması konkret olaraq göstərilmişdir. Belə olan halda, apelyasiya kollegiyası düzgün olaraq qətnamənin qanuni qüvvəyə mindiyi vaxtda azyaşlı uşağın yetkinlik yaşına çatmasını əsas gətirərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.