Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1663/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh Frudin oğlunun və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, i ş № 2(006)-xx/18) iddiaçı «xxxx» ASC-nin Cavabdeh Frudin oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası və eləcə də Cavabdeh Frudin oğlunun «xxxx» ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-xx/18) iddiaçı «xxxx» ASC və Cavabdeh Frudin oğlunun apellyasiya şikayətləri təmin edilməyərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin qarşı lıqlı iddia ilə bağlı hissədə ləğv olunmasını, qarşılıqlı iddia qismən təmin edilməklə «xxxx» ASC-dən maddi ziyan qismində 2.004 ABŞ dolları, mənəvi ziyan qismində 5.000 manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» ASC Cavabdeh Frudin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 121.279 ABŞ dollarının və məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh öz növbəsində «xxxx» ASC-yə qarşı qarşılıqlı iddia verərək «xxxx» ASC-nin ticarət platformasının və ya serverinin düzgün işləməməsini (texniki nasazlıq) əsas tutaraq 32.505 ABŞ dolları məbləğində ona dəyən maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın «xxxx» ASC-dən tutulub ona ödnilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İddiaçı «xxxx» ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü m addəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisələndirmiş və şikayətində qətnamənin qismən – qarşılıqlı iddia ilə bağlı hissədə ləğv olunmasını xahiş etmişdir. Qətnamənin «xxxx» ASC-nin ilk iddiası ilə bağlı hissəsi kassasiya qaydasında mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən h issədə, yəni qarşılıqlı iddia ilə bağlı hissədə yoxlayıb qiymət verir. Məruzəçini, Cavabdeh və vəkili Vəkil izahatlarını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd olunması ilə bağlı qənaəti ilə razılaşaraq qətnaməni həmin hissədə dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx» ASC ilə Cavabdeh Frudin oğlu arasında xx xxx 2014-cü il tarixd ə xxxx Forex müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X1 üçün Bankda cari hesabın açılması və müştəri kodunun (İD) yaradılması, Müştəri tərəfindən “xxxx Forex” üçün sifariş forması doldurulduqdan sonra ticarət hesabının açılması və Müştəri tərəfindən pul vəsaitinin cari hesaba mədaxil edildikdən sonra həmin vəsaitin ticarət hesabına köçürülməsi, ticarətin təşkili və Müştəriyə valyuta mübadilə əqdlərinin bağlanması imkanının verilməsi, servis “Şəxsi kabinet”, məsləhət və informasiya xidmətlərinin yerinə yetirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. «xxxx» ASC müştərilərdən biri olan Cavabdeh xx xxx 2015-ci il tarixdə öz şəxsi hesabı vasitəsi ilə FOREX ticarət platformasında İsveçrə frankının alışı zamanı bazarda olan qiymətindən fərqli olaraq yanlış qiymət əsasında ticarət aparmas ını, nəticədə onun 121.279 ABŞ dolları məbləğində mənfi balansının yaranmasını bildirərək 25.10.2016-cı il tarixdə Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və qarşılıqlı iddia verərək «xxxx» ASC-nin ticarət platforması və ya serverinin düzgün işləməməsini (texniki nasazlıq) səbəbindən ona 32.505 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini bildirmiş və həmin məbləğin, eləcə də məruz qaldığı mənəvi ziyanın əvəzi kimi 5000 manatın «xxxx» ASC-dən tutulub ona ödnilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həm ilk, həm də qarşılıqlı iddianı əsassız sayaraq rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamı şdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Cavabdeh «xxxx» ASC-nin ticarət platformasının və ya serverinin düzgün işləməməsi - texniki nasazlıq nəticəsində ona 32.505 ABŞ dolları məbləğində maddi ziyanın dəyməsini bildirsə də, bununla bağlı sübutları təqdim edə bilməmişdir. Belə ki, hesaba mədaxil və məxaric olunan vəsaitlər arasında fərq olsa da, bunun «xxxx» ASC-nin təqsiri nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda Cavabdeh mənəvi ziyana görə 5.000 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb etsə də, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəld iyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 390.1, 442, 443.1, 448.1, 1096-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 106-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya instansiyası məhkəməsi qey d olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfində n iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin qarşılıqlı iddia ilə bağlı hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilən lərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Frudin oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)xx/18 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-1663/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1663/2019
26.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver