Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1663/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şamaxı Kommunal X1rşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şamaxı Kommunal X1rşı “qapının açılması, açarların və zirzəminin ona təhvil verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2815/2021 nömrəli 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 98 saylı evin birinci mərtəbəsində iki otaqlı 39 kv.m sahədən ibarət olan yarımzirzəmi (bundan sonra – mübahisəli sahə) 12 aprel 1996-cı ildə icarə müqaviləsi əsasında müddətsiz olaraq X6 icarəyə verilmişdir.
2. Həmin binada mübahisəli sahənin üzərində yerləşən 47 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli mənzil İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. 3. 2018-ci ildə mübahisəli sahəyə dair X7 ilə müddətsiz icarə müqaviləsi bağlanmışdır.
4. Mübahisəli sahənin daxil olduğu bina Şamaxı Kommunal Təsərrüfatı X3 (bundan sonra – cavabdeh) balansındadır və mənzil fonduna daxildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci ins tansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli sahənin qapısının cavabdeh tərəfindən açılaraq açarların və zirzəminin ona təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin ev ona 1995-ci ildə verilmişdir. Ondan əvvəl həmin evdə xalası yaşamış, xalası evin zirzəmisinin bir hissəsindən təsərrüfat əşyalarını qoymaq üçün istifadə etmiş, xalasının uşaqları Türkmənistanda olduqlarından o, xalasının yanında qalmışdır. Kommunal təsərrüfatı idarəsinin rəisi gəlib xalasından Nənəş adlı kimsəsiz bir qadının evinin olmadığı üçün oğlu ilə birlikdə evin altında olan zirzəmidə müvəqqəti olaraq yaşamalarını xahiş etmiş, başqa mənzil olan kimi onlara mənzil veriləcəyini, onla rın həmin zirzəmidən çıxacaqlarını və yenə zirzəminin ona qaytarılacağını bildirmiş, xalası buna razı olmuşdur. Nənəş adlı qadın oğlu Məhəmmədlə zirzəmidə yerləşmiş, daha sonra xalası vəfat etmiş, o, da evlənib ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamış, Nənəş adlı qadının orada müvəqqəti yaşayacaqlarından, ev verilən kimi çıxacaqlarından məlumatı olmuşdur. 1998-ci ildə öz evini özəlləşdirmişdir. 3-4 il əvvəl Nənəş rəhmətə getmiş, 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkən şəxs kimi onun oğlu Məhəmmədə zirzəminin yaşayış üçün yarasız olması səbəbindən mənzil verilmişdir. Onlar zirzəmini boşaldıqdan sonra kommunal təsərrüfatı idarəsinin işçiləri zirzəminin qapısını qıfıllayıb getmişlər. Evin texniki pasportuna əsasən ev bir mərtəbəlidir. Birinci mərtəbədə hal-hazırda özü yaşayır. Bu zirzəmi onların evinin yardımçı hissəsidir. Hazırda ev özəlləşmiş evdir. Zirzəminin üstü ona məxsusdur. Yaşayış sahəsi cəmi 47 kv.m-dir. Əslində həmin zirzəmi onun evinin zirzəmisi olduğu üçün onun istifadəsində olmalıdır. Zirzəminin açılması və ona təhvil verilməsi barədə dəfələrlə müraciət etsə də zirzəmi ona verilməmiş, qurum zirzəmini başqa şəxsə vermək fikrindədir. Amma bu mümkün deyil. Belə ki, onun ailəsi böyükdür. 5 nəfərdən ibarətdir. Ev əşyalarını qoymağa yer tapmır. Evinin zirzəmisində də başqasının olmasına razı deyil. Birinci Qarabağ müharibəsi veteranıdır. İİ qrup əlildir.
7. Məhkəmə X5 mülki iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir.
8. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.İs mayılov, iş № 2(074)-247/2021) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı zirzəminin onun istifadəsində olmasını təsdiq heç bir sübut təqdim etməmişdir. İddiaçının mübahisəli sahəyə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəki ldə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd et mişdir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbini n tam təmin edilməsini xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş № 2(105)2815/2021) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakir ə edərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyə vermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olm aqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Lakin məhkəmə “Evlər idarəsi” adlanan Şamaxı şəhəri, Şamaxı rayonu evlər müdiri ilə X8 və X7 arasında bağlanmış müqavilələrə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, icarəyə verən qismində çıxış edən idarənin həmin qeyri-yaşayış sahəsinə dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar qiymətləndirilmədən ümumi mülahizələr irəli sürülmüşdür.
16. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, MPMin 217.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Madd ə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
21. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Prosessual Məcəllə
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsə di ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır.
31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərin in, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kas sasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İddia ərizəsi məhkəmələr tərəfindən iddiaçının ümumiyyətlə hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə rədd olunduğundan və kassasiya şikayətinin üçüncü şəxslə bağlanmış müqavilənin etibarlılığı barədə dəlilləri işin həlli baxımından əhəmiyyəti kəsb etmir. Bu baxımdan Məhkəmə kollegiyası həmin dəlillərə ayrıca münasibət bildirilməsinə zərurət görmür.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2815/2021 nömrəli 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.