Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1664/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb olunmaqla) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə dair tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1752/2023 nömrəli 15 fevral 2024-cü il tarixli qərardadından cavabde h tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında 2016-cı ildən 2016-cı ilə qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan 6270 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia rədd edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-279/2023 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Rə himli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), V.Məmmədov və A.Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-279/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 1149 (min yüz qırx doqquz) manat 43 (qırx üç) qəpik pul vəsaitinin alınıb iddiaçıya verilməsi, ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manatın cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
6. Cavabdeh "xxxx" ASC qətnamədən kassasiya şikayəti vermişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1752/2023 nömrəli, 2024-cü il 15 fevral tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
8. Cavabdeh qəraddaddan kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
10. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
11. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
12. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402- ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.
14. Belə ki, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə cavabdehdən 1149 (min yüz qırx doqquz) manat 43 (qırx üç) qəpik pul vəsaitinin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırkı vəziyyətdə mübahisələndirilən hissədə iddianın qiymətinin 5000 manatdan az olması aşkardır.
15. MPM ilə mübahisələndirilən hissədə iddianın qiymə ti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi istisna edilmişdir. (maddə 402.1)
16. Göründüyü kimi, cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ olmamışdır. Belə olan halda, cavabdehin qətnamədən verdiyi kassasiya şikayətinin geri qaytarılmasına dair qərardaddan da şikayət vermək hüququ mövcud deyildir.
17. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
18. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1752/2023 nömrəli15 fevral 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.