Məhkəmə qərarları › İş №2(102)-1666/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1666/2019

30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1666/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli, 2(105)3062/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin (hakim R.Kazımov) 23 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 “xxxx” KB ASC-nin xeyrinə 04 iyun 2016- cı il tarixli 27B8/14 saylı əlavə kredit müqaviləsinə görə 5863 ABŞ dolları, faiz borcu üzrə 800,01 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 7163,01 ABŞ dolları qətnamənin icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla, 02 iyul 2014-cü il tarixli 27B8/14-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 4396,39 AZN, faiz borcu üzrə 47,59 AZN, cərimə borcu üzrə 50 AZN, cəmi 4493,98 AZN, 19 yanvar 2015-ci il tarixli 27BK8/14 əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 2839,49 AZN, faiz borcu üzrə 47,97 AZN, cəmi 2887,46 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun tutulması, tələbin ipoteka ilə iddiaçının xeyrinə yü klü edilmiş mülkiyyət hüququ üzrə Qusar rayonu Çiləgir kəndində yerləşən Cavabdeh2 məxsus qeyri-yaşayış binasının (mağaza) və onun yerləşdiyi 0,15 ha torpaq sahəsinə və Cavabdeh1 məxsus Qusar rayonu Çiləgir kəndində yerləşən 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına Cavabdeh1 “xxxx” KB ASC-yə olan 04 iyun 2016-cı il tarixli 27B8/14 saylı əlavə kredit müqaviləsinə görə cəmi 7163,01 ABŞ dolları, 02 iyul 2014-cü il tarixli 27B8/14-2 saylı əlavə kredit müqaviləsinə görə cəmi 4493,98 AZN, 19 yanvar 2015-ci il tarixli 27BK8/14 əlavə kredit müqaviləsinə görə cəmi 2887,46 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pul vəsaitinin ödənilməsi, ipoteka predmeti olan Qusar rayonu Çiləgir kəndində yerləşən Cavabdeh2 məxsus qeyr-yaşayış binası (mağaza) və onun yerləşdiyi 0,15 ha torpaq sahəsinin dəyəri 15000 manat və Cavabdeh1 məxsus Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,12 ha torpaq sahəsinin dəyəri 20000 manat müəyyən ediləsi, ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakların boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli, 2(105)3062/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X3 iş üzrə Sumqayıt Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyul 2014-cü il tarixli 27B8/14-2 saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 24 may 2014-cü il tarixli 27B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 04 iyun 2014-cü il tarixli 27B8/14-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 5863,00 ABŞ dolları, faiz borcu üzrə 800,01 ABŞ dolları, cərimə borcu üzrə 2535,98 ABŞ dolları, cəmi 9198,99 ABŞ dolları, 02 iyul 2014-cü tarixli 27B8/14-2 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 4396,39 AZN, faiz borcu üzrə 47,59 AZN, cərimə borcu üzrə 646,86 AZN, cəmi 5090,84 AZN, 19 yanvar 2015-ci il tarixli 27BK8/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 2839,49 AZN, faiz borcu üzrə 47,97 AZN, cəmi 2887,46 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun tutulmasına, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən qeyri-yaşayış binasına (mağaza) və onun yerləşdiyi 0.015 ha torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndinə yerləşən 0.12 torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onla rın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 04 iyun 2014-cü il tarixli 27B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 7163.01 ABŞ dolları, 02 iyul 2014-cü il tarixli 27B8/14-2 saylı əlavə müqaviləsi üzrə 4493.98 AZN, 19 yanvar 2015-ci il tarixli 27BK8/14 saylı əlavə kredit müqaviləsi üzrə 2887,46 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Qusar rayonu, Çiləgir kəndində yerləşən qeyri-yaşayış binasının (mağaza) və onun yerləşdiyi 0,015 ha torpaq sahəsinin ilkin satış qiymətinin 20000 (iyirmi min manat) məbləğində,Qusar rayonuÇiləgir kəndində yerləşə n 0.12 ha torpaq sahəsinin ilkin satış qiymətinin 15000 (on beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Qusar rayonu, Çiləgir kəndində yerləşən qeyriyaşayış binasının (mağaza) və onun yerləşdiyi 0.015 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması vəQusar rayonu, Çiləgir kəndində yerləşən 0.12 ha torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X3 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış 24 may 2014-cü il tarixli, 27Bİ8/14 saylı və 10 sentyabr 2015-ci il tarixli, 27Bİ8/14-15-2 saylı ipoteka müqavilələrinin bağlanma tarixlərinə diqqət verməmiş, həmin müqavilənin bağlanmasından uzun müddət keçməsini nəzərə almamışdır. Nəzərə alınmalıdır ki, müqavilələrin bağlanmasından uzun müddət keçmiş, ipotekaya qoyulmuş əmlakların dəyəri ölkə ərazisində baş vermiş devalvasiyalara görə artmışdır. Buna görə də iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilməli idi. Tərəfindən məhkəmə iclasında əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə şifahi vəsatət qaldırılmasına baxmayaraq, məhkəmə vəsatəti təmin etməmişdir, bu da onun yuxarıda göstərdiyi Mülki Məcəllədə təsbit olunan hüquqlarının pozulması deməkdir. Bundan başqa bu barədə məhkəmə iclas protokolunda tərəfindən şifahi vəsatətin qaldırılması barədə məlumat qeyd edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.09.2018-ci il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2014-cü il tarixli 27B8/14 saylı əsas kredit müqaviləsinə əsasən, borc verən borc alana 1 000 000 (bir milyon) AZN məbləğində 60 ay müddətinə 24 may 2019-cu il tarixədək müddət ərzində kredit müqaviləsi çərçivəsində Əlavə Kredit Müqaviləl əri bağlanılmaqla kredit verir. İşdə olan 04 iyun 2014-cü il tarixli 27B8/14-1 saylı 04 iyun 2014-cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 24 ay müddətinə 04 iyun 2016-cı il tarixədək illik 23 faiz olmaqla 20 000 (iyirmi min) ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 02 iyul 2014-cü il tarixli 27B8/14-2 saylı 04 iyun 2014-cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 36 ay müddətinə 02 iyul 2017-ci il tarixədək illik 6 faiz olmaqla 15 000 (on beş min) AZN məbləğində kredit vermişdir. İşdə olan 19 yanvar 2015-ci il tarixli 27BK8/14 əlavə kredit xətti və bank hesabı mülaviləsindən görünür ki, Bank müştəriyə 24 ay müddətinə 19 yanvar 2017-ci il tarixədək illik 28 faiz ödəmək şərti ilə 3000 (üç min) AZN məbləğində kredi t xətti ayırır. İşdə olan 24 may 2014-cü il tarixli 27Bİ8/14 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqavilələrinin təminatı olaraq Qusar rayonu Çiləgir kəndində yerləşən Cavabdeh2 məxsus qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi 0.15 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. İpoteka qoyulmuş əmlakın dəyəri 13000 (on üç min) manat müəyyən edilmişdir. Həmçinin Cavabdeh1 məxsus Qusar rayonu Çiləgir kəndində yerləşən 0.012 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. İpotekaya qoyulmuş əmlakın dəyəri 20000 (iyirmi min) manat müəyyən edilmişdir. İşdə olan RX seriyalı ******* saylı 03 iyun 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Qusar rayonu Çiləgir kəndində yerləşən 0.015 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası (Ma ğaza) 24 may 2014-cü il tarixli 27B8/14 saylı əsas kredit müqaviləsinə ipoteka müqaviləsinə yaranmış öhdəlilərin təminatı olaraq 24 may 2014-cü il tarixdən öhdəliklər tam yerinə yetirilənədək «xxxx» KB ASC-nin xeyrinə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı 03 iyun 2014-cü il tarixli daşınmaz əmlakın reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Qusar rayonu Çiləgir kəndində yerləşən 0.12 ha torpaq sahəsi 24 may 2014-cü il tarixli 27B8/14 saylı kredit müqaviləsinə ipoteka müqaviləsinə yaranmış öhdəliklərin təminatı olaraq 10 sentyabr 2015-ci il tarixdən öhdəliklər tam yerinə yetirilənədək «xxxx» KB ASC-nin xeyrinə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən aşağıdakıla rı qeyd etmişdir. İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün onlar bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Verilmiş apelLyasiya şikayəti əsasında işin birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması müəyyən edilmiş borc hissəsində və ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi hissəsində yenidən araşdıran məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyaməhkəməsiişinhallarınıAzərbaycanRe spublikasıMPM-nin 88-cimaddəsinə uyğunkifayətqədərhərtərəfli, tamvəobyektivaraşdırmış, maddivəprosessualhüquqnormalarınaəsaslanmaqlaqanunivəəsaslıqətnamə qəbul etmişdir. Belə ki, apellyasiya şikayəti əsasında işin hallarını araşdıran və iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh1 kredit müqavilənin tələblərinə əməl etmədiyindən və müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən ödənilmədən qalmış borc məbləği iddiaçı Bankın xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinin hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edərək birinci instansiya məhkəməsi, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, m üqavilə üzrə ödənişləri qrafik üzrə aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətlərinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən, habelə apellyasiya şikayətlərinin dəlili hər hansı bir mötəbər sübuta əsaslanmadığından birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. İş materiallarından müəyyən edilir ki, hazırki iş üzrə tərəflər –«xxxx» KB ASC ilə Cavabdeh1 arasında 04 iyun 2014-cü il tarixli, 27B8/14-1 saylı əlavə kredit müqaviləsi, 02 iyul 2014-cü il tarixli 27B8/14-2 saylı əlavə kredit müqaviləsi və 19 yanvar 2015-ci il tarixli 27BK8/14 saylı əlavə kredi t müqaviləsi bağlanıldıqda cavabdeh həmin müqaviləsinin şərtlərini qəbul etmiş, müqavilənin doğuracağı nəticələrin daşıyıcısı kimi həmin müddət ərzində anlaqlı vəziyyətdə olmaqla müqaviləni imzalamışdır. Qeyd etmək lazımdır ki, bank qanunvericiliyinə əsasən, bank kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafiq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən Bank iddia ərizəsi ilə məhkəməyə mü raciət etmiş, kredit borcunu ödənilmədən qalmış faizləri ilə birlikdə ondan tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə cərimə pulunun yüksək olması qə naətinə gəlmiş, qeyd edilən maddəyə istinad edərək bankın 04 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə tələb edilən 2535,98 ABŞ dolları dəbbə (penya) pulunu azaldaraq, 500 ABŞ dolları məbləğində, 02 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə tələb edilən 646,86 AZN dəbbə (penya) pulunu azaldaraq 50 AZN məbləğində müəyyən etməklə cavabdehin əmlak vəziyyətini nəzərə almış və qanunvericiliyə uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin borcun tutulması ilə bağlı qənaətlə razılaşsa da, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsini maddi hüquq normasının tələblərinə zidd hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 ilə “xxxx” KB ASC arasında bağlanmış 24 may 2014 -cü il tarixli 27Bİ8/14 saylı ipoteka müqaviləsinə və ona dəyişikliklər edilməsi haqqında 17 mart 2015-ci il tarixlis Sazişə əsasən cavabdehin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən qeyri-yaşayış binası (mağaza) və onun yerləşdiyi 0,015 ha torpaq sahəsi banka ipotekaya qoyulmuş və tərəflərin qarşılıqlırazılığı iləipoteka predmeti 20000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 ilə “xxxx” KB ASC arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli 27Bİ8/14-15-2 saylı ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,12 ha torpaq sahəsi banka ipotekaya qoyulmuş və tərəflərin qarşılıqlırazılığı iləipoteka predmeti 15000 manat məbləğində qiymətləndirilmişdir. Verilmiş apelyasiya şikayətinin ipoteka predmetlərinin qiymətl əndirilməsi ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmə üsullarından biri mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsassında müəyyən edilməsi göstərilsə də, digər üsul tərəflərin iradə ifadəsi ilə müəyyən edilən razılaşmanın olması göstərilmişdir. Mülki hüquq münasibətlərinin yaranma əsaslarından birini də tərəflərin iradə ifadəsi ilə müəyyən edilən razılaşma (müqavilə) təşkil edir. Müqavilənin şərtləri tərəflərin iradəsi əsasında yaranır. İpoteka predmeti təşkil edən əmlakın ilkin satış qiyməti tərəflərin iradə ifadəsi ilə ipoteka müqaviləsində müəyyən edilmişdir. Buna əsasən həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Halbuki, Belə ki, Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlаkın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya koll egiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halları baxımından təbiq etdiyi maddi hüquq normalarını yoxlayaraq belə qənaətə gəlir ki, məhkəmə ilkin satış qiymətini 2014-cü ilin İpoteka Müqaviləsindəki qiymət əsasında müəyyən edən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.9-cu maddəsinə əsasaən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, istinad edilən maddi hüquq normasının ilkin satış qiymətinin məhz qərarın qəbulu zamanaı olan bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi ilə bağlı qeyd edilən imperativ tələblərinin olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ilkin satış qiyməti ilə bağlı tərəflər arasında bununla bağlı mübahisənin olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin ilkin satış qiymətini 5 il əvvəl bağlanmış müqavilədə əks olunmuş qiymət əsasında müəyyən etmiş qətnaməsini qüvvədə saxlanılması qənaətinə gəlməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağ lı razılıq 5 il əvvəl bağlanmış ipoteka müqaviləsində əks olunmuş qiyməti deyil, məhz işin məhkəmədə baxılması zamanı mövcud olan razılaşmanı ehtiva edir ki, hazırki halda da tərəflər arasında belə bir razılaşmanın olması müəyyən edilmir. Odur, ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yeni apellyasiya baxışında müvafiq araşdırma aparılaraq, ipoteka predmetinin ilkin satış qiyməti əmlakın mövcud bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.09.2 018-ci il tarixli, 2(105)3062/2018 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar