Məhkəmə qərarları › İş №2(102)-1667/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1667/2024

13.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1667/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və başqa maneələrin aradan qaldırılması (neqator tələb), iddia tələbinin yönəldiyi şəxsin cavabdehlik daşımaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2040/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 şəhəri Bakı küçəsi 0.04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 27.2 kv.m, yaşayış sahəsi 22.1 kv.metr, köməkçi sahəsi 5.1 kv.m olan iki otaqlı, 1 mərtəbəli, 1 B nömrəli fərdi yaşayış evini 20000 manata İddiaçı satmış və 20 may 2010-cu il tarixli çıxarışa əsasən (Seriya MA 0058315) 0.04 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçmiş və texniki pasportu əldə etmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli 37136-00368 saylı məktubuna əsa sən, İddiaçı müraciəti X10 Yanğın Nəzarəti İdarəsi tərəfindən araşdırılaraq, müəyyən olunmuşdur ki, ötürücülüyü 10 kilovolt olan hava elektrik xətləri bərkidilmiş dirəklər metal borulardan ibarətdir. Həmçinin ötürücülüyü 10 kilovolt olan hava elektrik xətləri təhlükəli olub, fərdi yaşayış evinin üzərindən 2 metr hündürlükdən keçir. 3. "xxxx" MMC tərəfindən İddiaçı ünvanladığı 1 aprel 2021-ci il tarixli məktuba əsasən, ünvan 1a yerləşən fərdi yaşayış evinin üzərindən və həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik verilişi xəttinin kənara çıxarılması barədə müraciətə baxılmış və əraziyə baxış zamanı sözügedən xəttin şəxsi fermaya məxsus olduğu və "xxxx" ASC-nin balansında olmadığı məlum olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İd diaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən yaşadığı evin və həyətyanı sahəsinin üstündən keçirməklə öz fermalarına çəkdiyi yüksək gərginlikli elektrik xətlərinin öz hesabına götürməklə başqa yerə keçirilməsini bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, yaşadığı fərdi yaşayış evini 2002-ci ilin fevral ayında X3 500 manat beh kimi verərək almış və evin müəyyən təmir və təmizlik işlərini başa çatdırıb, evin qiymətinin qalan hissəsi olan 20.000 manat məbləğində pulu ödəyib alqı-satqı müqaviləsi bağlamış, daha sonra fərdi yaşayış evinin çıxarış və texniki pasportunu əldə etmişdir. O, evi alıb müəyyən təmizlik və təmir işlərini aparan zaman cavabdehlər evdə olmadığından istifadə etməklə qonşuluğunda yerləşən özlərinə məxsus fermaya evinin və həyətyanı sahəsinin üstündən yüksək gərginlikli hava elektrik xətti çəkmişlər. Həmin yüksək gərginlikli hava elektrik xətti çox aşağıdan çəkilməklə evinin damından 2 metr hündürlükdə yerləşir. Küləkli havada sallanaraq həmin naqillər olduqca təhlükəli vəziyyət alır. Yüksək gərginlikli hava elektrik xətlərinin evinin üstündən aşağıdan keçməsi ailəsinə daim təhlükə yaratmış, xüsusilə küləkli havada, hətta evdən çıxıb başqa yerdə yaşamağa məcbur olmuşlar. Cavabdehə dəfələrlə həmin naqillərin götürülməsini və yaratdıqları fermaya elektrik xəttini bir az kənardan çəkilməsini xahiş et sə də, bir nəticəsi olmamışdır. Hətta israrla bunu tələb etdikdə cavabdehlər bildirmişlər ki, 30.000 manat ödəsə elektrik xətlərini kənara çəkəcəklər, ya da onu buradan köçürəcəklər. Bu məsələ ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinə, Fövqaladə Hallar Nazirliyinə, "xxxx" ASC-yə, Azərbaycan Respublikasının Prezidentinə və başqa təşkilatlara dəfələrlə müraciətlər etmişdir. Həmin təşkilatlardan gəlib yerində baxış keçirilmiş və təhlükəli vəziyyəti təsdiq etsələr də, həmin yüksək gərginlikli xəttin «Azərişıq” ASC-nin balansında olmadığını bildirməklə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər.

6. İddiaçı əlavə olaraq izahatında göstərmişdir ki, məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinə də müraciət etmiş və vəziyyətin təhlükəli olması barədə rəy verilmişdir. Lakin cavabdehlər 10000 kvt elektrik naqillərinin yerinin dəyişdirilməsindən imtina etmişlər.

7. Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, 10000 k.vlt elektrik xəttinə müdaxilə edilməsi üçün Sumqayıt Elektrik Şəbəkəsindən xətt açılmalıdır. Elektrik xətləri "xxxx" MMC-yə məxsusdur. İddiaçı MMC-yə heç bir müraciət etməmiş, müraciət etsəydi, müvafiq qaydada tədbir görülərdi. Həmçinin o bildirmişdir ki, iddiaçının evinin əvvəlki mülkiyyətçisi MMC-nin işçisi olmuşdur. Həmin ərazi əvvəllər boş olmaqla yanaşı zibilxanaya çevirmişdi. Ərazini 1995-ci ildə almışlar. X1 təklif etmişlər ki, həmin ərazinin yaxınlığında torpaq sahəsi alsın və tikililərə nəzarət etsin. Cəbrayılov Atamşah 2.000.000 AZN verərək torpaq sahəsini almışdır. MMC-nin ərazisində 250-lik transformator quraşdırılmışdır. xx.xx.2001-ci ildə isə həmin transformator 63-lük transformator ilə əvəz olunmuşdur. İddiaçı qeyd etmişdir ki, tikilinin çıxarışı vardır, lakin bu çıxarışı saxtakarlıqla, dolayısı yolla əldə etmiş və yalandan bildirmişdir ki, tikilisinin üzərindən sonradan elektrik xətti çəkilmişdir. Qeyd etmişdir ki, MMC-nin işçiləri yığıncaq keçirib, buna razılıq versə, iddiaçının öz hesabına elektrik xəttinin dəyişdirilməsi həyata keçirilə bilər. 10000 kvt elektrik xəttinin altında tikilinin tikilməsi, ümumiyyətlə, qadağandır. Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, əgər iddiaçı öz hesabına razılıq versə, cavabdehlər yüksək gərginlikli elektrik xəttlərini iddiaçının hesabına başqa yerə keçirə bilərlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixl i, 10/1580 saylı tikinti-texniki ekspert rəyinə əsasən, İddiaçı təqdim etdiyi torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və yarımçıq tikilinin üzərindən elektirik xəttlərinin çəkildiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və yarımçıq tikilinin üzərindən çəkilmiş elektrik xətlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3-cü bəndinin 1.2.3.1, 1.2.3.2, 1.2.3.3, 1.2.3.4, 1.2.3.5-ci yarımbəndlərinin, 1.1.3-cü bəndinin isə 1.1.3.1 və 1.1.3.2-ci yarımbəndlərinin tələblərinin pozulması ilə çəkildiyi müəyyən edilmişdir.

9. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 8 avqust 2023-cü il tarixli 2(067)-106/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia qismən təmin edilərək cavabdehlər tərəfindən iddiaçının yaşadığı evin və həyətyanı torpaq sahəsinin (ünvan 1a yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 27.2 kv.metr olan yaşayış evi) üstündən keçən yüksək gərginlikli elektrik xətləri cavabdehlərin hesabına götürülməklə başqa yerə köçürülməsinin bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada dövlət reyestrində qeydə alındığından, onun bu hüquqlarının pozulma sını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının yaşadığı evin və torpaq sahəsinin üzərindən cavabdehlər tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətləri cavabdehlərin hesabına sökülməlidir.

11. Məhkəmə həmçinin ekspert rəyini də işdə olan digər sübutlarla əlaqəli səkildə təhlil edərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xətləri qanunvericiliyin tələblərinə uyğun çəkilmədiyindən və onun mövcudluğu təhlükəsizlik qaydalarını pozmaqla ictimai təhlükə törətdiyindən cavabdehlərin hesabına başqa yerə keçirilməlidir.

12. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının razılıq verdiyi halda, cavabdehlərin yüksək gərginlikli elektri k xəttlərini iddiaçının hesabına başqa yerə keçirə biləcəklərini bildirməklə iddianı qismən qəbul etmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2, 158.1, 158.2, 170.2, 180.4, 560.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 55, 68, 82, 84, 84.1, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyriobyektiv olmaqla, məhkəmənin g əldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericilikdən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bildirmişdir ki, birinci instansiya məhkəməsi işdə olan, o cümlədən cavabdehlərin təqdim etdikləri sübutları düzgün qiymətləndirməmiş, bu səbəbdən də gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış sübutlarla tam təkzib edilmişdir. Belə ki, "xxxx" MMC-nin birinci instansiya məhkəməsinə ünvanladığı məktuba əsasən, İddiaçı həyətindən keçən 10000-lik hava elektrik xətti "xxxx" MMC-yə ("xxxx" kiçik müəssisəsinin varisidir) 1997-ci ildən məxsusdur, 4 may 1995-ci il tarixində Xaçmaz rayon XDS rəyasət heyətinin çıxarışı və digər sənədlər əsasında 200X200 kv/metr ölçüdə olmaqla Xaç maz rayonu, Bakı küçəsi, Qudyalçayın kənarında bataqlığa çevrilmiş sahə "xxxx" kiçik müəssisəsinə ayrılmış, sonradan 1996-cı ilin dekabr ayında bu sahəyə işiq xəttinin çəkilməsi üçün müəssisələri tərəfindən Xaçmaz rayon elektrik şəbəkəsinə və Xaçmaz "xxxx"-yə müraciət olunmuşdur. Xaçmaz elektrik şəbəkəsi tərəfindən müraciətlərinə əsasən xx.xx.1997-ci il tarixində bu sahənin eliktrik enerjisi ilə təmin edilməsi üçün 219/1 saylı texniki şərt verilmiş və cəmiyyətin hesabına 250 kv-lıq (40019 kv/metr sahənin ərazisində) transformatora elektrik xətti qoşulmuşdur. Daha sonra 2021-ci il 14 sentyabr tarixində müəssisələri "xxxx" ASC-yə 10 mart 2000-ci il 12 saylı məktubun əsasında müvəqqəti olaraq sahələrində olan 250 kv-lıq transformator 63 kv-lıq transformatorla əvəz edilmişdir. Hal-hazırda işiq idarəsində abonent kodları **********8-dir. Bu dövrdə iddiaçının qeyd etdiyi Fərid Süleymanov küçəsi, 1B ünvanı boş çöllük və zibilxana idi. Tərəflərindən iddiaçıya və onun ailə üzvlərinə dəfələrlə bildirmişlər ki, yüksək gərginlik elektrik xəttinin altında tikinti aparmaq olmaz. Hətta bu haqda xx.xx.2016-cı il tarixində məktubla Xaçmaz Rayon Polis İdarəsinin rəisinə poçt vasitəsilə (qəbul ediblər xx.xx.2016-cı il tarixində) yazılı müraciət edilmiş, həmçinin bələdiyyə sədrinə şifahi olaraq iradlarını bildirmişlər. Bildirmişdir ki, həmin trasformator ora "xxxx" MMC tərəfdən iddiaçı tərəfindən ev tikilmədən qabaq icazə ilə qoyulmuşdur. Qətnamədə qeyd edilmişdir ki, İlqar yəni o, izahatında bildirmişdir ki, onlar ərazini 1995-ci il tarixdə alıblar. Əslində onlar torpağı 2000-2003-cü illərdə alıblar. Həmin torpaqda tikinti 2009-cu ildən sonra olub. Bildirmişdir ki, həmin trasformator tikili orada olmamışdan da əvvəl var idi. Lakin bu trasformator iddiaçı tərəfindən tikilən tikintidən əvvəl 10000 kvt ana xətdən hava ilə işləyən yüksək gərginlik verilmişdir. Ona görə də hesab etmişdir ki, maneə onların hesabına deyil, iddiaçının hesabına aradan qaldırılmalıdır.

16. Məhkəmə kollegiyası tərəfindən 3-cü şəxs kimi işə cəlb olunmuş "xxxx" MMC-nin nümayəndəsi kimi həmçinin Cavabdeh2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxla nılmasını xahiş etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2040/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı 1 aprel 2021-ci il tarixli məktuba əsasən, mübahisəli fərdi yaşayış evinin üzərindən və həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik verilişi xəttinin kənara çıxarılması barədə müraciətə baxılmış və əraziyə baxış zamanı sözügedən xəttin şəxsi fermaya məxsus olduğu və "xxxx" ASC-nin balansında olmadığı məlum olmuşdur.

20. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, 14 sentyabr 2001-ci il tarixli akta əsasən, yardımçı təsərrüfatı qidalandıran 10 kvt elektrik veriliş xəttinin sərhədi Xaçmaz elektrik şəbəkəsi tərəfindən verilmiş 219/İ saylı xx.xx.1997-ci il tarixli texniki şərtlərinə uyğun olaraq 10 kv K/Kombinat EVX-nin “İzmaylovka” budaqlanmasının qoşulma nöqtəsindən başlayaraq yardımçı təsərrüfatına qədərdir. Yardımçı təsərrüfatını qidalandıran 10 kvt elektrik veriliş xəttində və 19/0.4 kvt transformator yarımstansiyasında baş verə bilən hər bir qəzaya cavabdehlik və onun aradan qaldırılması "xxxx" kiçik müəssisəsinin üzərinə düşür.Buradan g örünür ki, İddiaçı həyətindən keçən 10000-lik hava elektrik xətti 1997-ci ildən "xxxx" MMC-yə ("xxxx" kiçik müəssisəsinin varisidir) məxsusdur.

21. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda, iddiaçı iddia tələbini fiziki şəxslər olan hazırki cavabdehlərə qarşı deyil, "xxxx" MMC-yə ünvanlamalı idi. Çünki əsl cavabdeh "xxxx" MMC-dir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya əsl cavabdeh məlum olsa da, iddiaçı əsl cavabdehə qarşı iddia qaldırmamış, birinci instansiya məhkəməsi isə onun bu hüququnu izah etməmişdir. Apellyasiya instansiya məhkəməsində isə cavabdehin əsl cavabdehlə əvəz olunmasına yol verilmir.

23. Məhkəmə kollegiyası tərəfindən həmçinin MPM-nin 52.4-cü maddəsinə əsasən mübahisənin barışıq sazişi ilə həll edilməsi tərəflərə təklif edilmiş, bununla əlaqədar işdə iştirak edən cavabdehlər iddiaçının öz hesabına elektrik xəttinin kənardan çəkilməsinə razılıq vermişlər, çünki həmin xətt "xxxx" MMC-yə məxsus olduğundan, yeni texniki şərtin verilməsi ilə bunun mümkün olduğu bildirilmişdir. Lakin iddiaçı həmin təkliflə razı olmamışdır.

24. Məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələndirilən elektrik xəttinin iddiaçıya məxsus evin tikilməsindən əvvəl və ya sonra çəkilməsi əsl cavabdehə qarşı iddia qaldırmaqla hazırki mübahisəyə düzgün hüquqi qiymət verilə bilər.

25. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 14.1, 77.1, 54.1, 54.2, 54.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətini n dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan qətnaməsini yalnız formal mülahizələrə görə ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, o, iddianı əsl cavabdeh olan "xxxx" MMC-yə yox, Əsədov qardaşlarına, yəni İlqar, İlham və Əsəd qardaşlarına qarşı vermişdir. Lakin evinin və həyətinin üstündən 10000-lik yüksək gərginlikli hava xəttini çəkən şəxslər məhz onlar olmuşlar. 2002-ci ildə çəkilmiş həmin elektrik xəttlərin evinin üstündən götürülməsi üçün 20 ildir mübarizə aparmış, müxtəlif aidiyyatı orqanlara və idarələrə və məhkəməyə müraciətlər etmişdir. Lakin Əsədov qardaşları nə bu idarələrə və birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə həmin sahənin və 10000 kv-lıq yüksək gərginlikli elektrik xəttinin "xxxx" MMC-yə aid olmasına dair bir sənəd təqdim etməmişlər. Hətta Əsədov qardaşları tərəfindən güya alındığını bildirən sahə də istifadəsiz, boş çöllükdən ibarət olmaqla heç bir mülkiyyət sənədi məhkəməyə təqdim olunmamışdır. Həmin sahə hasarlanmış və kimə məxsus olması barədə heç bir lövhə qoyulmamışdır. Belə olan halda o bilə bilməzdi ki, bu boş sahə və yüksək gərginlikli hava xəttləri Əsədov qardaşlarına (cavabdehlərə) yox "xxxx" MMC-yə aiddir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bu sahənin, "xxxx" MMC-yə aid olmasını biləndən sonra (sənəd təqdim edilibsə) həmin "xxxx" MMC-nin nümayəndəsi kimi Cavabdeh2 işə cəlb etmiş və prosseslərdə iştirak edərək "xxxx" MMC-nin mövqeyini müdafiə etmişdir. Həm də "xxxx" MMC-yə yalnız (əgər sənədi vardırsa) 3 qardaş İlham, İlqar və Əsəd qardaşları daxil olması ehtimal olunursa da həmin qardaşların hər üçünə qarşı iddia vermişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən "xxxx" MMC-nin nümayəndəsi də prossesə cəlb edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamalı və apellyasiya şikayətini rədd etməli idi.

28. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 170.2-ci Azərbaycan Respublikası Torpa q Məcəlləsinin 82, 84-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.

31. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı ge dişində əmələ gəlmiş olsun.

32. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

33. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. M addə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi ü çün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2040/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar