Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1667/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: sabit pul məbləğində müəyyən edilmiş alimentin əmək haqqına münasibətdə tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6409/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) və Cavabdeh (bundan sonra “cavabdeh”) 2015-ci ildə tarixdə nikaha daxil olublar.
2. Birgə nikahdan tərəflərin xx.xx.2016-ci il təvəllüdlü X3 (bundan sonra – uşaq) adlı bir uşağı var.
3. Tərəflərin nikahı xx.xx.2017-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, uşaq ananın (iddiaçını) yanında saxlanmış və uşağn yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan (cavabdehdən) hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq anaya verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün mediasiya pros esinin tətbiqi barədə ilk dəfə təklifin cavabdeh tərəfindən alındığı xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehin aylıq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində, əmək haqqı barədə cavabdehin iş yerindən arayış verilməkdən imtina edildikdə isə hər ay sabit pul məbləğində 1000 manat alimentin, hüquqi yardıma görə vəkillik qurumuna ödənilmiş 323 manatın və Bakı 12 saylı Mediasiya təşkilatına ödənilmiş 60 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, boşanma və aliment tutlması barədə qətnamə 15 avqust 2017-ci il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş və uşağın saxlanılması üçün müəyyən edilmiş ödəni şlər cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçı üçün övladının ehtiyaclarını təkbaşına ödəmək çox çətindir, uşaq böyüdükcə tələbatları da artır. Hazırda alimentin artırılmasına ehtiyac vardır. Aliment müəyyən edilən vaxt cavabdeh işləyirdi və yüksək məbləğdə əmək haqqı alırdı. Həmin vaxt aliment aylıq əmək haqqına münasibətdə təyin olunmalı olduğu halda iddiaçının hüquqi savadsızlığından cavabdehin aylıq əmək haqqının 1/4 hissəsi əvəzinə, aliment sabit məbləğdə təyin edilmişdir. Bu illər ərzində iddiaçı cüzi alimentlə çox çətinliklə uşağın daima artan tələbatını ödəmişdir. Cavabdeh heç olmasa bayramlarda, yaxud ad günündə qızına nəinki hər hansı bir maddi köməklik göstərilmiş və ya hədiyyə göndərilmiş, heç telefonla da olsa təbrik belə, etməmişdir. Məsələnin məhkəməyə qədər həll edi lməsi üçün cavabdehə ilk dəfə xx.xx.2023-cü ildə mediasiya təklifi göndərmiş, cavabdeh həmin təklifi xx.xx.2023-cü ildə almış və iddiaçı xx.xx.2023-cü ildə ərizə ilə Mediasiya Təşkilatına müraciət etmiş, “X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. Məsələnin məhkəməyə qədər həll edilməsi üçün cavabdehə mediasiya təklifi göndərilərək, sonradan iddiaçı ərizə ilə Mediasiya Şurasına müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir.
6. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlara əsasən cavabdehin aylıq pensiyası 2665,01 manat, Bakı Biznes Universitetində məruzəçi kimi işləməklə aylıq əmə k haqqı 1230 manat təşkil edir. İddiaçı isə “Azərbaycan X2 İnstitutu” publik hüququ şəxsində qeydiyyatçı vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 599,2 manatdır.
7. Cavabdeh iddia tələbini qəbul etməyərək, göstərmişdir ki, hazırda işsizdir, iddia tələbinin həcmi azaldılacağı təqdirdə 300 manat məbləğində aliment ödəməyə razıdır.
8. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3530/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olumuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılmış, onun saxlanılması üçün cavabdedən hər ay 500 manat sabit pul məbləğində alimentin, hüquqi xidmətə görə vəkil bürosuna ödənilmiş 323 manat pul vəsaiti və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, miq darı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. (hakim Ayşən Sultanova-Məmmədova)
9. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, onun artan qayğılarının və gələcək inkişafının dolğun şəkildə təmin olunmasını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə aldığını qeyd etmişdir.
10. Birinci instansiya məhkəməsi artırılmış alimentin tutulma vaxtını isə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarına istinadən qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı olması nəticəsinə gəlmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 78, 112 və 121-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilərək, cavabdehdən hər ay qazancının (pensiyasının və digər gəlirlərinin) ¼ hissəsində alimen tin tutularaq mediasiya prosesinin tətbiqi barədə ilk dəfə təklifin cavabdeh tərəfindən alındığı xx.xx.2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətini dəlillərinə görə məhkəmə cavabdehin hər ay sabit məbləğdə pensiya almasına baxmayaraq uşağın deyil, cavabdehin üstün mənafeyini müdafiə edərək sabit pul məbləğində aliment müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2021-ci il tarixli, 98 nömrəli qərarına əsasən uşaqlar üçün valideyinlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri təsdiq edilmişdir. Həmin qərarla təsdiq edilmiş növlərin 1-ci bəndində göstərilir ki, uşaqlar üçün aliment valideynlərinin manat və xarici v alyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: -1.2 Faktiki alınan pensiyadan. Göründüyü kimi aylıq pensiya məbləği aliment tutulan gəlir siyahısına daxildir.
14. Cavabdeh apellyasiya şikayətlərinə etiraz vermişdir. Etirazı onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin tələblərinə əsasən, aliment uşağın əvvəlki yaşayış şəraitinin maksimum dərəcədə saxlanması ilə bağlı müəyyən edilir. Lakin işin halları ilə də müəyyən edilmişdir ki, ailə faktiki olaraq bir yerdə yaşayış olmadan dağılmış və nikah pozulmuşdur. Yəni azyaşlı cavabdehin şəraiti ilə yaşamamışdır. Belə olan halda alimentin artırılması hansı meyar üzrə aparılmalı olduğu qeyri-müəyyən qalır. Eyni zamanda iddiaçı məhkəmədə qeyd edir ki, ödənilən aliment ona kifayət etmir. Lakin bu zaman id diaçı bununla bağlı hər hansı bir qəbzləri məhkəməyə təqdim etmir. Ancaq ödənilən alimentin miqdarının az olmasını bildirir. Bununla yanaşı iddiaçı məhkəmədə qeyd edir ki, əmək fəaliyyəti ilə məşğul olur. Belə olan halda məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsini rəhbər tutmalı və müəyyən etməlidir ki, uşağın saxlanması hər iki valideynin borcudur. Hazırda cavabdeh tərəfindən 200 manat sabit pul məbləğində aliment ödənilirsə, bu zaman uşağın xərcləri müəyyən edilməli və yerdə qalan vəsait elə iddiaçının özü tərəfindən qarşılanmalıdır. Apellyasiya şikayətində iddiaçı qeyd edir ki, guya rayon məhkəməsi alimentin sabit pul məbləğində müəyyən edilməsi zamanı pozuntuya yol vermişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı ¼ kimi müəyyən edilməli idi. Lakin bu zaman iddiaç ı unudur ki, istinad edilən maddi hüquq norması imperativ deyil. Belə ki, Ailə Məcəlləsinin 76.1.1 maddəsində 1 uşağa görə alimentin miqdarı ¼ kimi müəyyən edilsə də, elə həmin maddənin 76.2-ci bəndində qanunverici aliment ödəməli olan şəxsin də mənafelərini nəzərə alaraq dispozitivlik müəyyən edərək qeyd edir ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırki işin hallarına aşağı instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, işin halları ilə müəyyən edilmiş faktdır ki, tərəflərin nikahı 26 dekabr 2015-ci il tarixdə bağlanmış, 21 noyabr 2016-cı ildə uşaq dünyaya gəlmiş və artıq 01 iyun 2017-ci il tarixdə hazırki iddiaçı nikahın pozulması il ə bağlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Yəni tarixlərlə müəyyən edilir ki, uşaq 21 noyabr 2016-cı il tarixdə anadan olub, nikah pozulmasına dair iddia 01 iyun 2017-ci ildə məhkəməyə verilib. İddia ərizəsində iddiaçı özü qeyd edib ki, 2016-cı ilin dekabr ayından artıq cavabdehlə bir ailə kimi yaşamamışdır. Faktiki olaraq iddiaçı və uşaq, cavabdehlə bir evdə yaşamamışdır. Çünki Ailə Məcəlləsinin də tələblərinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda iddiaçı unudur ki, hazırki iddia aliment tələbi deyil, alimentin artırılması tələbidir. Yəni iddiaçı artıq məhkəmə qətna məsi ilə müəyyən edilmiş və icra edilən alimentin həcminin artırılmasını tələb edir. Bu zaman isə iddiaçı sübut etməlidir ki, bundan öncəki məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment hazırki vəziyyətdə uşağın saxlanmasına kifayət etmir. Hər il vətəndaşların maddi rifahının artırılması istiqamətində bir sıra dövlət proqramları həyata keçirilir. Bunun nəticəsi olaraq uşaqların da minimum yaşayış həddi hər il artırılır. Hazırda uşaqların minimum yaşayış həddi 235 manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən hal 2024-cü il üzrə Dövlət Büdcəsi haqqında Qanunda da öz əksini tapmışdır. Göründüyü kimi məhkəmə bu halda da əslində iddiaçının məhkəməyə heç bir sübut verməməsinə baxmayaraq alimentin həcmini faktiki olaraq 2 dəfə artırmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6409/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilmiş, onun saxlanılması üçün cavabdehdən hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1\4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının başlanğıcının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova, Xəyal Sarıyev).
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 78-ci maddəsinə istinadən alim entin aylıq qazancın müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutulması qənaətinə gəlsə də, işin hallarından görünür ki, cavabdehin aylıq pensiyası 2665,01 manat təşkil edir, eyni zamanda Bakı Biznes Universitetində məruzəçi işləməklə aylıq 1230 manat əmək haqqı alır.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyiən görə belə olan halda hazırkı situasiyada alimentin sabit pul məbləğində müəyyən olunması üçün Ailə Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Belə ki, cavabdehin rəsmi qaydada aldığı aylıq gəlirləri mövcuddur. Buna görə də apellyasiya şikayətinin alimentin sabit pul məbləğində deyil, aylıq gəlirlərin müəyyən hissəsi kimi tutulması ilə bağlı dəlilləri əsaslıdır.
18. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iddianın alime ntin tutulmasının başlanğıcının mediasiyaya müraciət edildiyi vaxtdan hesablanması ilə bağlı hissəsi və bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız sayaraq göstərib ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və y a şəxs aliment ödəməkdən azad edilir. Buna görə də iddia bu hissədə təmin oluna bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 56.1, 75.1, 76, 78.1, 100.2 və 112.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin alimentin məbləği hissəsində ləğv edilərək, aylıq 500 manat sabit pul məbləğinin təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Kassator şikayətini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən alimentin artırılmasını zəruri edən sübutlar məhkəməyə təqdim olunmasa da, apellyasiya instansiyası məhkəməsi işin bu halına Ailə Məcəlləsinin 76.2-ci, eləcə də Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından qiymət verməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin pensiya almasını, mövsümi işdə çalışmasını, tək yaşamasını və özünün də qayğıya ehtiyacı olması kimi işin əhəmiyyətli hallarına Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanma sı üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1617-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
29. İşdən görünür ki, iddiaçı məhkəmə qətnaməsi ilə sabit məbləğdə tutulan alimentin (cavabdehin iş yerindən və ya aylıq gəlirləri ilə bağlı müvafiq arayış verildiyi halda) cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında tutulmasını, başqa sözlə artırılmasını xahiş etmişdir.
30. İşin müəyyən edilmiş halına görə cavabdehin aylıq pensiyası 2665,01 manat təşkil edir, eyni zamanda cavabdeh Bakı Biznes Universitetində məruzəçi işləməklə aylıq 1230 manat əmək haqqı alır.
31. Cavabdehin aylıq qazancı (başqa gəlirləri) müntəzəm olduğu və cavabdehin tələbi də alimentin aylıq qazancın ¼ hissəsi miqdarında olduğu üçün işin halları və qanunvericiliyin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Apellyasiya məhkəməsi iddia tələbi üzrə zəruri hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübut etmə yükünü düzgün müəyyən etmiş, maddi və proses sual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
33. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
34. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh əsas dəlil kimi mövsümi işdə çalışmasını, tək yaşamasını və özünün də qayğıya ehtiyacı olmasını bildirir.
35. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır. Belə ki, bu dəlillər ona yönəlib ki, aliment birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi aylıq 500 manat sabit pul məbləğində müəyyən olsun.
36. Əvvəla, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə cavabdeh bir valideyn kimi uşağını saxlamaq vəzifəsi daşıyır. Buna görə də cavabdehin özünün şəxsi durumu ilə bağlı gətirdiyi dəlillər əsaslı deyil.
37. Həmçinin yuxarıda qeyd edildiyi kimi cavabdehin aylıq müntəzəm gəlirləri olduğu və iddiaçının tələbi də alimentin aylıq gəlirlərin ¼ hissəsində tutulması barədə olduğu üçün Ailə Məcəlləsini 78.1-ci maddəsinə görə cavabdehdən sabit pul məbləğində aliment tutulması istisna edilir.
38. Məhkəmə kollegiyası bununla bağlı diqqəti “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il Qərarına da cəlb edir. Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi belə olub ki, qanunvericinin yuxarıda göstərilən maddədə (Ailə Məcəlləsinin 78.1-ci maddəsi) müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutu lması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6409/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Q